07 Fevral 2025 08:25
1224
İQTİSADİYYAT
A- A+
Neft-qaz sərgisindən qlobal Bakı Enerji Həftəsinə

Neft-qaz sərgisindən qlobal Bakı Enerji Həftəsinə


Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan bu tədbir Prezident İlham Əliyevin sayəsində dünyanın ən nüfuzlu enerji forumuna çevrildi


Bu sərgini "Əsrin müqaviləsi"nin müjdəçisi adlandırırlar. Çünki tədbirin keçirildiyi vaxt  Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Məhz bu zaman Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, səyi və təşkilatçılığı ilə Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi.

Prezident İlham Əliyev həmin dövrü belə xatırlayır: "O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra "Əsrin kontraktı" imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik".

Təməli 31 il əvvəl mayın 24-də Ümummilli Lider tərəfindən qoyulmuş sərgi artıq hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda o, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar əhatə etdiyi sahələrə uyğun olaraq adını da təkmilləşdirdi və  Beynəlxalq Xəzər Neft, Qaz,  Neftayırma və Neft Kimyası Sərgisi adlanmağa başladı.  Daha sonra  bu tədbirlə yanaşı ayrıca  energetika sərgisi də həyata vəsiqə aldı. Üstəlik, uzun illərdir hər il sərgi ilə paralel şəkildə eyniadlı konfrans da keçirilir. Artıq bir neçə ildir paytaxtımızda  keçirilən mötəbər Bakı Enerji Həftəsinin  özəyini də məhz  uzunömürlü neft-qaz sərgisi  təşkil edir. İndi bu həftə çərçivəsində  həm də  "yaşıl enerji" sərgisi baş tutur.

İlk dəfə cəmi 20 ölkənin şirkətlərinin təmsil olunduğu bir sərginin bu cür geniş şaxələnməsinin,  böyük beynəlxalq tədbirə çevrilməsinin və 31 ildir öz məkanını dəyişməməsinin bəs  səbəbi nədir? Əlbəttə, Ümummilli Liderin başladığı bütün işlər kimi, bu  tədbirin də  bünövrəsi möhkəm qoyulmuşdur. Prezident İlham Əliyevin  düşünülmüş , uzaqgörən enerji siyasətinin uğurları, yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platforması, ümumiyyətlə, dövlətimizin başçısının dünyadakı nüfuz və ölkəmizin imici sayəsində  Bakı Enerji Həftəsi   sözügedən sahənin  ən ümdə məsələlərinin müzakirə olunduğu məkana çevrilib.  Burada  baş tutan tanışlıqlar, nümayiş olunan nailiyyətlər  yeni əməkdaşlıqlar üçün körpü yaradır. Nəticədə neçə-neçə müqaviləyə imza atılır, neçə layihənin  bünövrəsi qoyulur. 

Prezident İlham Əliyevin  hər il sərginin açılışına gəlməyə vaxt tapması, ekspozisiyalarla tanış olması,  iştirakçılarla söhbət etməsi  və onların qarşısında çıxış etməsi  tədbirin statusunu bir daha təsdiqləyir. Enerji həftəsinin  açılşı münasibəti ilə hər il Prezidentimizin ünvanına bir sıra  ölkələrin  dövlət  və hökumət  başçılarından,  tanınmış mütəxəssislərdən və şirkət rəhbərlərindən təbrik məktublarının gəlməsi də bunun sıradan bir tədbir olmadığını göstərir.

Keçən il  enerji həftəsindəki çıxışında  dövlətimizin başçısı  digər bir məqamı da vurğuladı: "Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində "Şahdəniz" müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir."

Göründüyü kimi, indiyədək neft-qaz sərgisi çərçivəsində bir sıra mühüm işlərin, qlobal layihələrin təməlqoyma, imzalama, yaxud açılış mərasimləri də keçirilib. Xatırladaq ki, 2018-ci il mayın 29-da, Bakı Ekspo Mərkəzində növbəti sərginin açılışı olan gün mötəbər qonaqlarımız eyni zamanda Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin açılış mərasimində  də iştirak etdilər.     

Enerji tariximizin ayrılmaz bir hissəsinə çevrilmiş bu ənənəvi tədbir artıq regionlarımıza doğru da "addımlayır". Ötən enerji həftələrinin iştirakçılarının  Naxçıvanda, Şuşada olması, orada da konfranslar keçirməsi tədbirimizin ildən-ilə genişlənməsindən xəbər verir. 

Bakı Enerji Həftəsi  həmçinin  Azərbaycanın özünün qazandığı nailiyyətlərin  əyani nümayiş etdirildiyi, dövlətimizin başçısının dünyadakı nüfuzunun bir daha etiraf olunduğu tədbirdir. Məsələn, keçənilki sərginin açılışında  Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays çıxış edərək demişdir: "Bakı Enerji Həftəsinin açılış mərasimində olmaq bizim üçün böyük şərəfdir. Azərbaycan Zati-aliləri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə OPEC-in böyük dostudur, eyni zamanda əməkdaşlıq bəyannaməsinin dəstəkçisidir. Həm OPEC, həm də qeyri-OPEC neft istehsal edən ölkələr arasında böyük dəstəkçidir. Faktiki olaraq, Zati-aliləri Prezident Əliyev deyərdim, azsaylı qlobal liderlərdən biridir ki, OPEC və qeyri-OPEC istehsalçılarını hələ 2016-cı ildə bir araya gətirmişdir. Belə ki, həmin vaxt əməkdaşlıq haqqında Bəyannamə imzalanıb və o vaxt bu, OPEC+ sazişi kimi tanınmışdır. Zati-aliləri, eyni zamanda həmin dövrdən etibarən öz dəstəyini daim göstərmişdir. Belə ki bütün bunların hamısının balanslı, sabit bazarların təmin olunmasında böyük rolu olmuşdur. Bu, sadəcə, neft istehsalçılarının marağında olan məsələ deyil, eyni zamanda istehlakçıların marağında olan məsələdir. Nəticə etibarilə bunlar daha qlobal iqtisadiyyatın marağında olan məsələdir".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!