08 İyul 2025 09:35
738
Mədəniyyət
A- A+
"Nə zaman o zənglər sussa, onda mən də olmayacağam"

"Nə zaman o zənglər sussa, onda mən də olmayacağam"


Çoxsaylı mahnıların müəllifi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova 1940-cı ildə Bakıda dünyaya gəlib. Ovaxtkı Azərbaycan Dövlət Televiziyası və Radiosunda işə baslayıb, sonralar radionun Uşaq verilişləri redaksiyasında redaktor kimi fəaliyyətini davam etdirib. 

Musiqi sənətinə gəlişi barədə özü belə deyirdi: "Gözümü açandan Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Bülbülün, Rəşid Behbudovun mahnıları ilə böyümüşəm. Radıonun qarşısında oturub saatlarla onlara qulaq asardım". Musiqiyə olan bu həvəsi onu 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib. Burada Müthəd Əhmədovdan bəstəkarlıq dərsi alan Ruhəngiz Qasımova 1958-ci ildə ali musiqi təhsilini  Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Ürəyi musiqi ilə döyünən gənc xanıma burada zəmanəmizin görkəmli bəstəkarı Cövdət Hacıyevdən dərs almaq nəsib olur. Özünün də dəfələrlə dediyi kimi, məhz Cövdət Hacıyevin dərsləri, onunla ünsiyyət Ruhəngizin kamil bir bəstəkar kimi püxtələşməsində böyük rolu olur. Ruhəngiz xanım konservatoriyada təhsil aldığı illəri belə xatırlayardı: "Bir sonata formasının ekspozisiyasını altı-yeddi variantda dərsə aparırdıq, müəllimimiz yenə də razı qalmırdı. Beləcə, Cövdət Hacıyev tələbələrinə özlərinə qarşı tələbkarlığı öyrədirdi".

Gənc bəsətəkarın 20 yaşı olanda atası dünyadan köçür. Ata itkisini musiqi ilə ifadə etməyə çalışan gənc xanım "İntizar" mahnısını yazır. Mahnını ifa etmək üçün dünyaşöhrətli sənətkar Rəşid Behbudova müraciət edir. Tələbə qızın mahnısı böyük sənətkarın ürəyincə olur və mahnını məmnuniyyətlə ifa edəcəyini bildirir. Beləliklə, gənc bəstəkar Ruhəngiz Qasımovanın Rəşid Behbudovla yaradıcılıq əlaqələri başlayır. Rəşid Behbudovun ifasında səslənən  "Anacan, dostum evlənir" mahnısı hər iki sənətkarı xalqa daha da sevdirir. Bəxtiyar Vahabzadənin sözlərinə yazılan və dahi Rəşid Behbudovun ifasında səslənən "Laylay" mahnısı da bəstəkarın bu janrda yazdığı ilk nümunələrindəndir. Bəstəkarın "Utancaq oğlan", "Gəlmirsən, gəlmə" kimi lirik mahnıları ilə yanaşı, müğənnidən güclü səs tələb edən "Azərbaycan" mahnısı da bu janrın təkrarsız incilərindəndir.

 Azərbaycan musiqi mədəniyyətinə, incəsənətinə böyük töhfələr verən bəstəkar Ruhəngiz Qasımova ürəyəyatımlı, lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnılara, musiqi əsərlərinə məlliflik edib. Teletamaşalara aparan yol isə hələ tələbə ikən 1961-ci ildə Naxçıvan Dövlət Dram Teatrında hazırlanan "Kölgəli dağ" tamaşasına (quruluşçu rejissor, Xalq artisti Tofiq Kazımov) yazdığı musiqidən başlayıb. 

Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunan Ruhəngiz xanım 1970-ci ildə "Babamın muzeyi" adlı ilk hekayələr kitabı çapdan çıxdıqdan sonra özünü dramaturgiya sahəsində də sınayır. "Yollar görüşəndə" televiziya tamaşasını yazır. Musiqisi və liberettosu Ruhəngiz Qasımovaya məxsus olan əsər rejissor Ramiz Mirzəyevin quruluşunda televiziya tamaşası kimi zamanında çox böyük uğur qazanır. Bəstəkar daha sonra "Məzəli əhvalatlar" musiqili komediyasını yazır. 1979-cu ildə səhnəyə qoyulan bu əsər uzun illər teatrın repertuarından düşmür. Onun əsərləri arasında "Quyu" tamaşasına musiqi , "Qızıl oğlan", "Ömrün yolları" və "Qonşu qonşu olsa"  musiqili nağıl yaradıcılığında  xüsusi yer tutur. Filmoqrafiyasında 50-ə yaxın filmi olan Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə həmişə belə cavab verib: "Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm".

Xanım bəstəkar mətbuata verdiyi açıqlamasında özünü belə xarakterizə etmişdir: "Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. 20 ildir "Soverşenno sekretno", "Sobesednik" və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord edəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdilər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən "azartnı" adamam. Riskə getməyi xoşlayıram".

Görkəmli sənətkarın yeganə qızı Honq-Konqda yaşayırdı. Ruhəngiz xanım vaxtaşırı qızına baş çəkmək üçün Çinə gedərdi. Mətbuata açıqlamasında özü bu barədə belə demişdir: "Mən Bakıda doğulmuşam, burada böyüyüb, buranın havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burada üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman o zənglər sussa, deməli, onda mən də olmayacağam".

 Bir gün ona olunan zənglər cavabsız qalır. Əməkdar incəsənət xadimi  2022-ci il  oktyabrın 9-da  Honq-Konqda vəfat edir. Vəsiyyəti ilə Bakıda dəfn olunur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!