18 Aprel 2024 16:02
1030
Elm və texnika
A- A+

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir  

 

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstəyərik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr hər yerdə olur, olub, olacaq”.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib. O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir: “Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir.

Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? İctimai qınaqla problemlərin həll olduğuna inanmıram”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video