04 Oktyabr 2024 11:34
906
İQTİSADİYYAT
A- A+
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

Energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyi çərçivəsində Foz do İquaçu şəhərində keçirilən “Təmiz Enerji və İnnovasiyalar üzrə Nazirlər” iclasında çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Braziliyanın G20 və COP platformaları vasitəsilə təmiz enerjiyə sürətli keçidi təşviq edən mühüm bir missiya yerinə yetirdiyini vurğulayan nazir COP29-a ev sahibliyi edəcək Azərbaycanın ədalət və bərabərliyə əsaslanan, bütün ölkələrin faydalana biləcəyi enerji keçidinə nail olmaq məqsədi və bu xüsusda təşəbbüslərindən bəhs edib. Bunun üçün Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, müxtəlif tərəflər arasında körpü olmaqla həmrəylik əsasında balanslaşdırılmış nəticə əldə etməyə, iqlim maliyyəsini artırmağa, enerji keçidi qarşısında maneələri aradan qaldıran yeni təşəbbüs və öhdəliklərin qəbuluna çalışdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu COP29-un “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Vədi” zəngin bərpaolunan enerji resursları olan bölgələrdə sıfır emissiyalı yaşıl enerji məkanlarının, eləcə də xərclərin azalmasına yol açan uzun məsafələrdə enerji təchizatı üzrə tələb və təklif mərkəzləri arasında müxtəlif ötürücü infrastrukturlarının yaradılması üzrə fəaliyyətdən irəli gəlir.

Ölkəmizin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjini 2 dəfədən çox artıraraq 33 faizə çatdıran 2 qiqavatlıq stansiyaların enerji sisteminə inteqrasiyası və 2030-cu ilədək 5 qiqavat güclərin ixraca yönəldilməsi ilə bağlı yaşıl kursumuzun “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsünü formalaşdırdığı da diqqətə çatdırılıb.

“Enerji keçidinin “onurğa sütunu” olacaq şəbəkə infrastrukturunun inkişafı üçün qlobal enerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 qiqavata çatdırmağı, 2040-cı ilə kimi ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və ya təkmilləşdirilməsini təklif edirik. Daha bir təşəbbüsümüz isə transformativ inkişaf və enerji təchizatçısı gündəliyimizin əsas komponentlərindən olan hidrogenlə bağlıdır. Azərbaycan yaşıl enerji ölkəsinə transformasiyada qətiyyətlidir və qlobal enerji keçidini irəli aparmaq əzmindədir”, - deyə nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!