08 İyun 2026 17:43
463
SİYASƏT
A- A+
Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb  

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb  


Bugünkü müzakirələr çərçivəsində ötən toplantıdan keçən müddət ərzində üç ölkə arasında icra olunan layihələrin cari vəziyyətini müzakirə etmək, hazırkı dövrdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr, yeni potensial istiqamətlər barədə geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Eyni zamanda, ortaq çağırışlara da nəzər salındı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında deyib.

Ceyhun Bayramov beynəlxalq və regionlar gərginlik fonunda Avropa ilə Asiya arasındakı keçiddə yerləşən bölgəmizin ətrafda baş verən prosesləri yaxından hiss etdiyini qeyd edib.

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı gündəmin çox sıx olduğunu bildirən nazir ölkələrimiz arasında həyata keçirilən layihələrin fəaliyyətində bir gün belə fasilə yaranmadığını vurğulayıb.

O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə Şərq ilə Qərbi birləşdirən mühüm enerji, nəqliyyat və ticarət dəhlizlərinin hazırkı dövrdə əhəmiyyəti daha da artıb.

Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündə toplantının yekunlarına dair İstanbul Bəyannaməsi imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

Qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 faizədək artıb

12:19
27 İyul

Uqandada 19 nəfərin aclıqdan ölməsindən sonra hökumət ərzaq yardımı paylamağa başlayıb

12:11
27 İyul

Dövlət büdcəsinin gəlirlərinin 46 faizi vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb

11:53
27 İyul

Birinci yarımildə dövlət büdcəsindən sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilən vəsait açıqlanıb

11:49
27 İyul

Son iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
27 İyul

DİN-də xidmətə qəbulla bağlı növbəti sıra baxışı olub

11:37
27 İyul

Bu ilin 6 ayında icmal büdcə profisitlə icra olunub

11:29
27 İyul

Elbrus dağında beş bosniyalı alpinist həlak olub

11:19
27 İyul

Azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına birinci yarımildə ayrılan vəsait 1 milyard manatı ötüb

11:13
27 İyul

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

11:01
27 İyul

Dünyada ilk dəfə bir gözdən digərinə torlu qişa köçürülməsi əməliyyatı uğurla həyata keçirilib

10:51
27 İyul

Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır

10:41
27 İyul

NASA Marsa robot-helikopter göndərməyi planlaşdırır

10:29
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!