25 İyul 2026 08:15
631
SİYASƏT
A- A+
"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"


"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Bunu bir neçə aspektdən əsaslandırmaq olar".

Bu barədə Berlində fəaliyyət göstərən tanınmış jurnalist Evald Köniq AZƏRTAC-a müsahibəsində bildirib.

Prezident İlham Əliyevin Berlində ən yüksək səviyyədə qarşılandığını vurğulayan E.Köniq qeyd edib ki, Birgə Bəyannamənin imzalanması təkcə simvolik jest deyil, həm də geniş əməkdaşlıq üçün möhkəm baza yaradır. Bu əməkdaşlıq əvvəlki kimi yalnız praqmatik xarakter daşımır, artıq strateji əsaslara söykənir.

"Bu, hər iki tərəfin maraqlarına uyğundur. Almaniya enerji idxalını şaxələndirməlidir və enerji təchizatçısı kimi Azərbaycana ehtiyac duyur. Bu çərçivədə Almaniya Azərbaycanın etibarlı tərəfdaş olduğunu təcrübədə görüb. Azərbaycan üçün isə etibarlı alıcıya malik olmaq, beynəlxalq enerji təchizatçısı kimi rolunu gücləndirmək və siyasi çəkisini artırmaq vacibdir. Enerji və xammaldan əlavə, Asiya ilə Avropa arasında daşımaların artıq Rusiya üzərindən həyata keçirilməsinin mümkün olmadığı bir şəraitdə Azərbaycan tranzit ölkə kimi də Almaniya üçün böyük əhəmiyyət qazanıb", - deyə tanınmış jurnalist bildirib.

Almaniya Kansleri Fridrix Mertsin Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta dəhliz baxımından əhəmiyyəti barədə fikirlərinə də toxunan E.Köniq deyib: "Əvvəllər Azərbaycan əsasən enerji və xammal ölkəsi kimi önəmli idi və bu, belə də qalmaqdadır. Lakin hazırda ölkə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın kəsişməsində yerləşməsi və mühüm bağlantı nöqtəsi olması ilə siyasi baxımdan da daha böyük əhəmiyyət qazanıb.

Bununla yanaşı, Cənubi Qafqaz artıq sabitləşən bir bölgəyə çevrilir. Bu təhlükəsizlik siyasəti Almaniyanın maraqlarında möhkəm yer almaqdadır və Prezidentin Berlində yüksək səviyyədə qarşılanması, eləcə də Birgə Bəyannamənin imzalanması ilə bu yanaşmaya müvafiq qiymət verildi".


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!