25 İyul 2026 08:40
901
SİYASƏT
A- A+
Azərbaycanın liderlik missiyası 

Azərbaycanın liderlik missiyası 


Ölkəmiz beynəlxalq təşkilatlara sədrlik etdiyi dönəmdə uğurlu fəaliyyəti, aktivliyi və xüsusi təşəbbüskarlığı ilə seçilir


Hazırda dünyanın geosiyasi mənzərəsi qütbləşmə və ziddiyyətlərlə xarakterizə olunur. Müxtəlif maraqların, fərqli siyasi sistemlərin və strateji ambisiyaların toqquşduğu regionlarda ortaq dialoq mühiti yaratmaq, təşəbbüskarlığı ələ almaq və fəal əməkdaşlığı təmin etmək xüsusi diplomatik məharət və güclü liderlik iradəsi tələb edir. Məhz belə mürəkkəb bir şəraitdə uğurlu diplomatiyası və prinsipial mövqeyi ilə seçilən Azərbaycan qlobal arenada etibarlı körpü rolunu oynamaq bacarığını nümayiş etdirir. 

Azərbaycan öz xarici siyasətində çoxşaxəlilik və beynəlxalq hüquqa hörmət prinsiplərini əsas götürərək, üzvü olduğu və rəhbərlik etdiyi bütün beynəlxalq platformalarda səmərəli inteqrasiya layihələrini uğurla həyata keçirir. Ölkəmiz müxtəlif coğrafiyaları, siyasi baxışları və ideologiyaları vahid masa ətrafında birləşdirən etibarlı diplomatik mərkəz statusunu beynəlxalq qurumlara sədrlik etdiyi dövrlərdə daha da möhkəmləndirib. Azərbaycanın rəhbərlik etdiyi hər bir beynəlxalq təşkilat, sadəcə, müzakirə platforması olmayıb, eyni zamanda institusional baxımdan güclənən, qlobal nüfuzu və praktiki təsir imkanları artan dinamik bir mexanizmə çevrilib. 

Bu uğurlu xarici siyasət kursunun məntiqi davamı olaraq, ölkəmiz 2024-cü ildən etibarən Asiyanın ən böyük dialoq platformalarından biri sayılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurla sədrlik edir. 28 üzv dövlətin yekdil konsensusu ilə rəhbərliyə seçilən Azərbaycan öz fəaliyyətini "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" konseptual xətti üzərində qurub. 

Cari il iyulun 22-də Astana şəhərində Azərbaycanın Sədrliyi altında AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. İclasda üzv dövlətlər arasında etimadın gücləndirilməsi, bağlantıların artırılması və rəqəmsallaşma istiqamətində görülən işlər geniş müzakirə olunub. Eyni zamanda 2022-ci il Astana Bəyannaməsi ilə təməli qoyulmuş və AQEM-in məşvərətçi platformadan tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini nəzərdə tutan transformasiya prosesində əldə olunan irəliləyişlər gözlənilən nəticə kimi qiymətləndirilib. Azərbaycan bu institusional dəyişikliyə birbaşa liderlik edərək, bu ilin payızında Bakıda keçiriləcək AQEM Zirvə görüşünədək təşkilatın Nizamnaməsini yekunlaşdırmağı və institusiyalaşmanı tam başa çatdırmağı hədəfləyir. 

Ölkəmiz AQEM daxilində təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üzrə əlaqələndirici dövlətdir. Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat marşrutlarının strateji kəsişməsində yerləşən Azərbaycan Asiyanın nəqliyyat xəritəsinin rəqəmsallaşdırılmasına və limanlararası şəbəkənin gücləndirilməsinə rəhbərlik edir. Təsadüfi deyil ki, 2025-ci ildə reallaşdırılan 44 etimad-quruculuq tədbirinin 20-dən çoxu məhz rəsmi Bakının təşəbbüsü ilə irəli sürülüb. Bura rəqəmsal iqtisadiyyat, "yaşıl enerji"yə keçid və ekoloji təhlükəsizlik sahələrini əhatə edən layihələr daxildir. 

Uzun illər daha çox müzakirə klubu təəssüratı bağışlayan AQEM-ə ölkəmiz tərəfindən nəqliyyat-logistika, rəqəmsallaşma və enerji təhlükəsizliyi kimi konkret layihələrin gətirilməsi təşkilatın əhəmiyyətini köklü surətdə artırıb. Təxminən 4 milyarda yaxın insanın məskunlaşdığı Asiya qitəsində təhlükəsizlik və inkişafın təmin olunması baxımından AQEM-in potensialı böyükdür. Ölkəmiz BMT, ŞƏT, Türk Dövlətləri Təşkilatı və Ərəb Dövlətləri Liqası kimi qlobal və regional strukturlarla AQEM arasında sıx tərəfdaşlıq körpüləri qurur. Payızda Bakıda təşkil olunacaq AQEM-in Zirvə görüşü də bu qurumun tarixində yeni dönüş nöqtəsi olacaq. 

Azərbaycanın AQEM-də ortaya qoyduğu nümunəvi liderlik modeli ölkəmizin illər ərzində müxtəlif beynəlxalq qurumlara uğurlu rəhbərlik təcrübəsinə söykənir. Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi də təşkilatın tarixində institusionallaşma dövrü kimi xarakterizə edilir. Həmin dövrdə ölkəmiz pandemiya ilə mübarizədə "peyvənd millətçiliyi"nə qarşı çıxaraq, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. Azərbaycanın QH-yə sədrliyi dövründə qurumun Parlament Şəbəkəsi, Gənclər Təşkilatı və Qadınlar Platforması yaradıldı. Məhz dövlətimizin uğurlu fəaliyyəti nəticəsində üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadıldı.

Azərbaycanın 2019-2021-ci illərdə Türk Dövlətləri Təşkilatına sədrlik dövrü də türk dünyasının birliyinin yeni mərhələyə keçməsini təmin etdi, türk dövlətlərinin iqtisadi, nəqliyyat və humanitar sahələrdə inteqrasiyası sürətləndi. 

2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu dövrdəki sədrlik fəaliyyəti ölkəmizin diplomatiyasının ən böyük uğurlarından biri sayılır. O dövrdə Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizəyə dair yüksəksəviyyəli iclaslar keçirilmiş, qlobal sülh və təhlükəsizliyin qorunmasında hüququn aliliyi prinsipi müdafiə olunmuşdu. 

2014-cü ildə ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə altıaylıq sədrliyi dövründə də Azərbaycan Avropanın hüquqi və humanitar məkanında mühüm gündəlik formalaşdırdı. Korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoq və gənclər siyasəti ölkəmizin sədrliyinin əsas mövzuları idi. 

Bakının beynəlxalq qurumlardakı fəallığı qlobal əməkdaşlığın qurulmasına mühüm töhfələr verir. Azərbaycanın humanitar təşəbbüsləri ölkəmizin mədəniyyətlərarası dialoq və inklüziv inkişafın mərkəzi olduğunu nümayiş etdirir. Xüsusi vurğulamaq lazımdır ki, coğrafi baxımdan Avropa ilə Asiyanın qovuşduğu strateji məkanda yerləşən Azərbaycan öz infrastrukturunu müasirləşdirərək qlobal ticarət yollarının aparıcı mərkəzinə çevrilib. Mövcud enerji və logistika layihələri, regional və qlobal bağlantılar AQEM və digər tərəfdaş dövlətlər üçün böyük iqtisadi imkanlar yaradır. 

Nəticə etibarilə Azərbaycanın beynəlxalq platformalara uğurlu sədrliyi qlobal müzakirə mövzularına və əməkdaşlıq formatına yeni məzmun, dinamika və etimad mühiti gətirən strateji missiyadır. Bakı sədrlik etdiyi hər beynəlxalq təşkilatı qlobal həmrəyliyin və tərəfdaşlığın unikal platformasına çevirir. Bu yanaşma ölkəmizin yalnız regionda deyil, qlobal miqyasda sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlığın həlledici mərkəzi olduğunu bir daha təsdiqləyir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!