22 May 2024 09:20
1278
Mədəniyyət
A- A+

Muzeylər də Böyük qayıdışa hazırlaşır

 

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Tarix-Diyarşünaslıq muzeyində "Müharibənin muzeylərimizə vurduğu ziyan. Şərqi Zəngəzur muzeylərinin milli vətənpərvərlik ruhunun formalaşması istiqamətində elmi tədris fəaliyyəti və doğma yurda qayıdışı" adlı seminar  keçirilib. 
Tədbirdə çıxış edən Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru  Xatın Ağayeva bildirib ki, Azərbaycan muzeyləri milli dəyərlərimizi, irsimizi və tariximizi qoruyaraq yeni nəsillərə çatdırır, ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini təbliğ edir: "Bu gün xalqımızın tarixi keçmişinə marağın artdığı bir zamanda tarix-diyarşünaslıq muzeyləri milli vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Unutmayaq ki, keçmişin mühafizəsi və qorunması bizim gələcək nəsillərə verəcəyimiz ən böyük sərvətdir". 
Şərqi  Zəngəzur rayonlarının muzey direktorları, digər iştirakçılar muzeylərin yaranma tarixindən bəhs edərək qeyd ediblər ki, Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərmiş, həmişə bu sahədə çalışanlara dayaq olmuş, mədəniyyət, o cümlədən muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirmişdir. Məhz Ulu Öndərin rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulmuşdur. 
Sonda iştirakçılar Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Günel Quluzadənin " Qayıdış" adlı ekspozisiyası  ilə tanış olmuşlar.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video