08 May 2026 19:32
245
CƏMİYYƏT
A- A+
Monqolustanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb  

Monqolustanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb  


Baş prokuror Kamran Əliyevin dəvəti ilə Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, mayın 6-da heyət Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixi nəzərdən keçirilib və müşahidə edilən dinamikadan məmnunluq ifadə olunub. Həmçinin hüquq siyasətinin formalaşdırılması və qanunvericiliyin qəbulu və təkmilləşdirilməsi istiqamətlərində parlamentlə prokurorluq qurumlarının qarşılıqlı əməkdaşlığı təcrübəsi müzakirə edilib.

Bununla yanaşı, nümayəndə heyəti Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanması aktivliyi ilə seçilir və indiyədək Baş Prokurorluğun sorğusu əsasında 64 Plenum qərarı qəbul edilib.

Səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub. 44 günlük Vətən müharibəsinə həsr edilən memorial qalereyaya baş çəkən qonaqlara şanlı Zəfərin tarixi ilə yanaşı, törədilən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, eləcə də onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarəedilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olub.

Nümayəndə heyəti Milli Aviasiya Akademiyasında da olub, burada qurulan müasir tədris infrastrukturu, elmi-tədqiqat imkanları, innovativ təhsil mühiti və beynəlxalq standartlara uyğun hazırlıq prosesi ilə tanış olub. Akademiyada keçirilən görüş zamanı qonaqlar və təhsil müəssisəsinin tələbələrinə “Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti” mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.

Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində Şamaxı şəhərini ziyarət edən qonaqlar orada regional “ASAN xidmət” mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar.

Bununla yanaşı, nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Bakı şəhərində Milli Tarix Muzeyi, Şamaxı şəhərində isə Cümə məscidi, Rəsədxana və digər memarlıq abidələri ilə tanış olub.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!