14 İyun 2025 08:20
1398
SİYASƏT
A- A+
Möhtəşəm uğurların başlanğıc günü

Möhtəşəm uğurların başlanğıc günü



Tarixin həlledici anlarında xalqın iradəsini ifadə edən liderlər dövlətin və millətin taleyində mühüm rol oynayırlar. Belə şəxsiyyətlərdən biri də müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin müdrikliyi, siyasi uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəmiz dərin tənəzzüldən çıxaraq davamlı inkişaf yoluna qədəm qoymuşdur.

1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi elan olunsa da, siyasi böhran, hakimiyyət uğrunda mübarizə və daxili çəkişmələr ölkəni xaosa sürükləmişdi. Dövlət institutları iflic vəziyyətinə düşmüşdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların ard-arda işğalı və minlərlə günahsız insanın qətlə yetirilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi gənc müstəqil dövlətin ciddi təhlükə qarşısında olduğunu göstərirdi.

Belə mürəkkəb geosiyasi proseslər fonunda - 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Bu cür şəraitdə xalq bütün ümidlərini böyük siyasi iradəyə və zəngin idarəçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevə bağladı. Xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dəvət olundu və iyunun 15-də Ali Sovetin Sədri seçildi. Ulu Öndərin siyasi arenaya qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Milli Qurtuluş Günü kimi tarixə düşən 15 iyun ölkəmizin inkişaf yolunda taleyüklü bir dönüş nöqtəsinə çevrildi. Bu əlamətdar gün eyni zamanda xalqın öz gələcəyini qorumaq məqsədilə nümayiş etdirdiyi ümummilli həmrəylik və liderinə olan dərin inamla səciyyələnir.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti Heydər Əliyevə səs verdi. Bu, xalqın Ümummilli Liderə olan inamı, ehtiram və etimadının təzahürü idi. Ulu Öndərin Prezident kimi fəaliyyətə başlaması ilə dövlət idarəçiliyində köklü dəyişikliklərə start verildi, bütün sahələrdə islahatlar aparıldı. Heydər Əliyevin rəhbərliyi ilə görülən tədbirlər nəticəsində dövlət strukturları möhkəmləndi, hüquq-mühafizə orqanlarının fəaliyyəti bərpa edildi, qanunların aliliyi təmin olundu. 

1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan mühüm hadisə baş verdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində dünyanın aparıcı neft şirkətləri  ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı qlobal enerji bazarının fəal iştirakçısına çevirdi. Bu müqavilə təkcə neft hasilatı və ixracı ilə bağlı texniki-iqtisadi sənəd deyil, eyni zamanda dövlətimizin beynəlxalq nüfuzunu möhkəmləndirən, ölkənin suverenliyini və müstəqil enerji siyasətini tanıdan strateji nailiyyət idi.

"Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın neft və qaz ehtiyatları beynəlxalq sərmayələr hesabına iqtisadiyyata cəlb olundu, bu resurslar real milli sərvətə çevrildi. Yeni neft strategiyası ölkəmizə investisiya axınını təmin etdi, nəqliyyat və infrastruktur layihələrinin icrası sürətləndi. Dövlətimizin Cənubi Qafqazda etibarlı tərəfdaş, sabit və təhlükəsiz enerji təchizatçısı kimi mövqeyi formalaşdı. Bu strateji addım ölkəmizin iqtisadi dirçəlişinə təkan verdi, siyasi müstəqilliyini daha da möhkəmləndirdi və gələcək illərdə reallaşdırılacaq transmilli layihələr üçün etibarlı zəmin yaratdı.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji ehtiyatları yalnız iqtisadi inkişafın mühüm mənbəyinə çevrilməklə kifayətlənmədi, həm də ölkənin dünyada gedən ictimai-siyasi proseslərdə rolunu gücləndirən strateji vasitə oldu. Onun təşəbbüsləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyət daşıyan layihələr reallaşdırıldı. Bu layihələr Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm enerji və nəqliyyat dəhlizi statusunu möhkəmləndirdi. Nəticədə ölkəmiz həm regionun enerji və logistik mərkəzinə çevrildi, həm də qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş və aparıcı iştirakçı kimi tanındı. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə və geosiyasi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verdi.

Güclü dövlətin mövcudluğu güclü və mütəşəkkil ordu ilə təmin oluna bilər. Bu strateji yanaşma dövlət siyasətində prioritet istiqamətlərdən birinə çevrildi. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli ordu quruculuğuna sistemli və ardıcıl şəkildə başlanıldı. Silahlı Qüvvələrin strukturlaşdırılması, komandanlıq sisteminin təkmilləşdirilməsi, döyüş hazırlığının artırılması və maddi-texniki təminatın gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Ordu sıralarına peşəkar hərbi kadrların cəlb olunması, təlimlərin və hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi də əsas diqqət mərkəzində idi. Bu tədbirlər nəticəsində qısa müddət ərzində döyüş qabiliyyətli, intizamlı ordu formalaşmağa başladı. Orduda nizam-intizam gücləndi, xalqın Silahlı Qüvvələrə olan inamı artdı, cəmiyyətin hərbi sahəyə yanaşmasında köklü dəyişikliklər baş verdi.

Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Konstitusiya ali hüquqi sənəd olaraq dövlət quruculuğuna və vətəndaş cəmiyyətinin formalaşmasına əsaslı zəmin yaratdı. Hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları, sosial təminat prinsipləri bu sənəddə öz əksini tapdı. Ümumiyyətlə, Konstitusiyanın qəbulu hüquq sisteminin inkişafına təkan verdi, qanunvericiliyin müasir standartlara uyğunlaşdırılması prosesinə başlanıldı. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası milli maraqlara əsaslanan, balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq prinsipinə söykənən uzaqgörən bir kurs idi. Bu strateji xətt Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasına, etibarlı və söz sahibi bir tərəfdaş kimi tanınmasına şərait yaratdı. Bu siyasətin əsas xüsusiyyətlərindən biri nüfuzlu beynəlxalq qurumlarla əlaqələrin ardıcıl şəkildə genişləndirilməsi oldu. Bu, həm ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həm də milli maraqların qorunmasına mühüm töhfə verdi. Xarici siyasətdə praqmatizm, ardıcıllıq və çevik diplomatik yanaşma ölkəmizin beynəlxalq münasibətlər sisteminə uğurla inteqrasiya olunmasına zəmin yaratdı. İkitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi nəticəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda etibarlı tərəfdaş kimi qəbul edildi. Eyni zamanda beynəlxalq təşkilatlarda fəal mövqe tutaraq qlobal çağırışlara münasibətdə prinsipial və ardıcıl mövqe nümayiş etdirdi.

Heydər Əliyevin rəhbərliyi ilə gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün də məqsədyönlü siyasət həyata keçirildi. İdmanın kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği və idman infrastrukturlarının yaradılması istiqamətində əhəmiyyətli layihələr reallaşdırıldı. Müasir idman qurğularının tikintisi, idmançılara dövlət dəstəyinin gücləndirilməsi və onların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi milli ruhun yüksəlməsinə, ölkəmizin beynəlxalq idman arenalarında tanınmasına güclü təkan verdi.

Bir sözlə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sabitlik, iqtisadi inkişaf və ordu quruculuğu siyasəti gələcəkdə Azərbaycanın qalib dövlətə çevrilməsinin möhkəm təməlini formalaşdırdı. 

Ulu Öndərin uzaqgörən siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Məhz bu qətiyyətli liderlik sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, şanlı ordumuz düşməni darmadağın edərək uzun illər işğal altında qalmış torpaqları azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərqərar olundu, konstitusiya quruluşu bütün ərazilərimizdə təmin edildi. Bu tarixi Qələbə Milli Qurtuluşun bəhrəsi, Zəfər isə Ulu Öndərin qurduğu güclü dövlətin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir.


Səbinə XASAYEVA,

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!