08 İyul 2025 08:05
740
SİYASƏT
A- A+
Möhkəm və əbədi dostluq

Möhkəm və əbədi dostluq


Azərbaycanla Özbəkistanı ortaq dəyərlər birləşdirir


Azərbaycan və Özbəkistan tarixi qədim, zəngin, eyni zamanda keşməkeşli olduğu qədər də mənalıdır. Bu iki dövlətin xalqlarını mənəvi köklər, sağlam dostluq və qardaşlıq münasibətləri, inam, etibar, hörmət və ehtiram birləşdirir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, əsrlərə söykənən bu dostluq və qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq dövlət rəhbərləri Şərəf Rəşidovun, İslam Kərimovun hakimiyyəti dövründə daha da möhkəmlənib. 

İki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində və dövlətlərarası münasibətlərin formalaşmasında mühüm rol oynayan bu dostluq ənənələri bu gün özünün ən yüksək mərhələsinə qədəm qoyub. "Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünya ölkələri ilə sağlam münasibətlərin yaradılmasına, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməyə  və nüfuzunu yüksəltməyə böyük önəm verir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətimizin daxili və xarici siyasət xətti, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq, düşünülmüş layihələr cənab İlham Əliyevin uzaqgörənliyi nəticəsində özünə yeni həyat qazanır, məna kəsb edir. Məhz buna görə Azərbaycan qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə, iqtisadiyyatını dinamik inkişaf etdirməyə, ordusunu gücləndirməyə, xalqının sosial rifahını yaxşılaşdırmağa, torpaqlarının düşməndən azadlığına nail olub, dünyada öz mövqeyini və yerini möhkəmləndirib", - deyə deputat əlavə edib.

T.Rzayev deyib ki, İkinci Qarabağ müharibəsindən sonra dövlətimiz dünyanın bir çox ölkəsi tərəfindən etibarlı tərəfdaş, dost və qardaş kimi qəbul edilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, Şərq-Qərb əməkdaşlığına, dünyada sülhün və əmin-amanlığın  yaradılmasına töhfə verən ölkə kimi tanınır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən dövlət proqramları, irimiqyaslı layihələr, sosial-iqtisadi, enerji və nəqliyyat, ekoloji əhəmiyyətli mühüm tədbirlər nəinki ölkəmiz, eləcə də region və dünya dövlətləri üçün əhəmiyyətlidir. Ölkəmiz dünyaya açıqdır və bu, xarici dövlətlərlə əlaqələrin yaradılmasına, əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə öz töhfələrini verir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında və digər bir çox beynəlxalq qurumda söz sahibidir, böyük nüfuza malikdir. Dünyanın aparıcı dövlətləri, görkəmli ictimai-siyasi xadimlər, beynəlxalq maliyyə orqanları ölkəmizdə baş verən yenilikləri, inkişafı diqqətlə izləyir və yüksək qiymətləndirirlər.

Komitə sədri qeyd edib ki, dövlətlərarası münasibətlərin ildən-ilə yaxşılaşması və sağlam əməkdaşlıq nəticəsində ölkələrin bir-birinə dəstək verməsi yeni uğurlara yol açır ki, Azərbaycan da bu yolda inamla irəliləməkdədir: "Dövlətimiz Mərkəzi Asiya respublikaları ilə əməkdaşlığa xüsusi önəm verir, imkanları dəyərləndirir, mövcud şəraitdən, potensialdan maksimum faydalanmağa çalışır. Özbəkistan ilə dostluq və qardaşlıq münasibətləri bu baxımdan bir nümunədir. Bu dövlət Mərkəzi Asiyanın dinamik inkişaf edən, həm də demokratiyaya, insan haqlarına, sağlam əməkdaşlığa sadiq olan  ölkələrindən biridir. Azərbaycanla Özbəkistanı ortaq dəyərlər - insanlığa hörmət və məhəbbət, sabitlik, sülh, əmin-amanlığa sadiqlik, inkişaf amalları, sağlam əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün Azərbaycan-Özbəkistan əməkdaşlığı, dövlət rəhbərləri İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq, qardaşlıq münasibətləri dünya ölkələrinə və rəhbərlərinə örnək olmaqla bərabər, həm də sülh, demokratiya, inkişaf üçün bir mesajdır. Son illər prezidentlərin qarşılıqlı səfərləri, keçirilən çoxsaylı görüşlər, qəbul olunan qərarlar və imzalanan sənədlər gələcək inkişafa, xalqların xoşbəxtliyinə və sabitliyə hesablanıb. Cənab İlham Əliyevin 23 mart 2004-cü ildə Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə əməkdaşlığımızın bugünkü səviyyəyə çatmasında mühüm rol oynayıb. Bütün səviyyələrdə - Qarabağ məsələlərinin müzakirəsində, digər mötəbər tədbirlərdə Özbəkistan həmişə dövlətimizin haqlı mövqeyini müdafiə edib, xalqımıza dəstək verib".

Deputat vurğulayıb ki, Qarabağ torpaqlarının işğaldan azad edilməsinə ürəkdən sevinən ilk dövlətlərdən biri məhz Özbəkistandır. Füzulidə özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adına məktəbi də Özbəkistan inşa edib. 2022-ci ildə Azərbaycan Prezidentinin üç dəfə dost ölkəyə səfər etməsi və bu  səfərlər zamanı çox mühüm sənədlərin imzalanması əlaqələrin inkişafına yeni stimul verib. Şavkat Mirziyoyevin ölkəmizə səfərləri, Şuşada, Füzulidə, Ağdamda olması, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-abadlıq, bərpa-quruculuq işlərinə yüksək qiymət verməsi, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasının 29-cu sessiyasında (COP29) iştirakı, həmin tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üç dövlətin hökumətləri arasında "yaşıl enerji"nin  inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması sağlam əməkdaşlığın bir ifadəsidir. 

T.Rzayev bildirib ki, Özbəkistan Prezidentinin ölkəmizə növbəti səfəri də çox əlamətdar və uğurlu oldu. Bakıda "Özbəkistan" parkının təməlinin qoyulması, Özbəkistan səfirliyinin yeni binasının açılışı, iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat, ticarət, sənaye, elm, peşə təhsili, sosial, gömrük və digər sahələrə aid sənədlərin imzalanması əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə olacağından xəbər verir. "Bu, dövlət rəhbərlərinin mətbuata bəyanatlarında da aydın görünür. Keçən il Daşkənddə ölkələr arasında müttəfiqlik münasibətləri haqqında çox mühüm sənədin imzalanmasının əhəmiyyətini qeyd edərkən cənab İlham Əliyev bildirib: "Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk". İki ölkə arasında bu günə kimi 170-dən çox sənədin, strateji tərəfdaşlığın möhkəmlənməsinə və əlaqələrin yaxşılaşdırılmasına, əməkdaşlığın inkişafına dair bəyannamənin qəbul edilməsi, mühüm layihələrə imza atılması gələcək uğurların yol xəritəsidir", - deyə deputat əlavə edib. 

Tahir Rzayev vurğulayıb ki, dostluğa, qardaşlığa, hörmət və ehtirama əsaslanan münasibətlər, əməkdaşlıq xalqlarımızın xoşbəxtliyi və inkişafı üçün çox vacib və əhəmiyyətlidir. Belə də olmalıdır, çünki əsl qardaş və dost yaxşı amallar, əməllər arzusunda və inamındadır. Azərbaycanın və Özbəkistanın tutduğu yol da uğurludur, məqsədlər aydın, amallar saf, dostluq möhkəm və əbədidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!