18 Noyabr 2026 13:17
493
SİYASƏT
A- A+
Milli prioritetlərə xidmət edən maliyyə strategiyası

Milli prioritetlərə xidmət edən maliyyə strategiyası


“2027-ci il üçün dövlət büdcəsi layihəsinin təhlili onu deməyə əsas verir ki, təqdim olunan layihə ölkəmizin sosial-iqtisadi inkişafının dayanıqlığının təminatı, makroiqtisadi sabitliyin qorunması, dövlət prioritetlərinin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin çox önəmli xüsusiyyətlərindən biri onun müdafiəmiz, milli təhlükəsizliyimiz, insan kapitalının inkişafı, sosial öhdəliklərin yerinə yetirilməsi, iqtisadi potensialın genişləndirilməsi kimi bir-biri ilə sıx və qarşılıqlı əlaqədə olan vacib istiqamətləri əhatə etməsidir”. 

Bu fikirləri Milli Məclisi deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, büdcə layihəsində, o cümlədən, makroiqtisadi müstəvidə  proporsionallıq  iqtisadiyyatımızın  inkişaf trayektoriyasının  dayanıqlılıǧı nöqteyi nəzərdən çox vacibdir.  2027-ci il büdcə layihəsində böyük önəm kəsb edən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlik sahəsinin maliyyələşdirilməsidir. Bu məqsədlərə ayrılması nəzərdə tutulan vəsaitin həcmi ölkəmizdə müdafiə qabiliyyətinin, strateji təhlükəsizlik imkanlarının maliyyə təminatına verilən böyük əhəmiyyəti göstərir. Hazırda bölgədə və dünyada baş verən proseslər, formalaşan çaǧırışlar dövlətimizdə bu istiqamətlər üzrə görülən işlərin olduqca vacib olmasını bir daha təsdiq edir.

“Burada daha bir vurğulamaq istədiyim məqam ondan ibarətdir ki, milli təhlükəsizliklə iqtisadi inkişaf bir-birini tamamlayan mühüm amillərdir.  Təhlükəsizliyin təmin edilməsi iqtisadi fəaliyyətin davamlı olması, investisiya mühitinin sabitliyi, infrastrukturun qorunması, inkişaf proqramlarının reallaşdırılması üçün fundamental əhəmiyyət  daşıyır” – deyən millət vəkilinin sözlərinə görə, müasir müdafiə sistemlərinin  texnoloji məzmunu bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin elmi-texniki potensialın, müdafiə sənayesinin inkişafının və yerli istehsal imkanlarının daha da genişləndirilməsi  üçün əlavə imkanlar yaratmaqdadır.

Samir Vəliyev 2027-ci ilin dövlət büdcəsi layihəsində  təhsillə baǧlı olan seqmentə aid fikirlərini də bildirib. Onun sözlərinə görə, təhsilin maliyyələşdirilməsi prosesinə sosial prizma ilə yanaşı, eyni zamanda, iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətinin artırılması, beynəlxalq iqtisadi münasibətlər müstəvisindəki volatillik dalǧaları illə baǧlı risklərdən qorunma prizmasından yanaşılmalıdır. “Nəzərə almaq lazımdır ki, müasir, aktual iqtisadiyyatda inkişaf və iqtisadi artım bilik, innovasiya, yüksək məhsuldarlığa malik insan kapitalı ilə baǧlıdır. Bu baxımdan, təhsilə  ayrılan resursların dövlət büdcəsində əhəmiyyətli paya malik olması Azərbaycanın gələcək iqtisadi inkişafının keyfiyyət amillərinə əsaslanması  istiqamətində mühüm maliyyə zəmini, müvafiq baza yaratmaqdadır. Xüsusilə rəqəmsal iqtisadiyyatın inkişafı, əmək bazarındakı struktur transformasiyalar, yüksək texnologiyaların tətbiqi,  innovasiya potensialının yüksəldilməsi şəraitində təhsil sahəsinə yönəldilən resurslar uzunmüddətli iqtisadi səmərəlilik baxımından xüsusi əhəmiyyət daşımaqdadır” – deyə, deputat qeyd edib.

Millət vəkilinin fikrincə, gələn ilin büdcə layihəsinin vacib xüsusiyyətlərindən biri də iqtisadi inkişafın maliyyə təminatı ilə sosial öhdəliklər arasında proporsionallıǧın, sistemliliyin qorunmasıdır. Sosialyönümlü xərclərin büdcədə böyük paya malik olması əhalinin sosial müdafiəsi, sosial xidmətlərin əlçatan olması, rifah səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir və bu yanaşmanın qorunması təqdirəlayiqdir.

“Çox vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərlə baǧlıdır. İşǧaldan azad edilmiş ərazilərdə reallaşdırılan işlərin önəmi bu istiqamətin prioritetliliyini birmənalı şəkildə təsdiq və təmin edir. Onu da qeyd edim ki, bu istiqamətdə görülən işlər ölkə iqtisadiyyatında yeni istehsal, investisiya imkanlarının formalaşdırılması, regional infrastrukturun inkişafı baxımından da böyük əhəmiyyətə malikdir” – deyən Samir Vəliyev büdcə daxilolmalarından da bəhs edib. Onun sözlərinə görə, büdcə daxilolmalarında  qeyri-neft gəlirlərinin payının genişləndirilməsi, investisiya axınlarının, fiskal mexanizmlərin effektivliyinin daha da yüksəldilməsi iqtisadiyyatımızın şaxələndirilməsi və bununla dünya enerji daşıyıcıları bazarındakı turbulentliklə baǧlı risklərdən qorunma, uzunmüddətli maliyyə dayanıqlılığı üçün böyük önəm kəsb edirlər.

“Bütövlükdə,  2027-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulan prioritetlər müdafiə, milli təhlükəsizlik,  iqtisadi inkişafın dayanıqlı məzmununun, davamlılığının təminatı, sosial rifahın yüksəldilməsi, insan kapitalının gücləndirilməsi baxımından mühüm və sistemli impulslar və imkanlar formalaşdırır” – deyə, millət vəkili vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!