Milli Məclisin nümayəndə heyəti Strasburqda Avropa Şurasına üzv ölkələrin parlament rəhbərlərinin konfransında iştirak edir
Sentyabrın 21-də Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin parlament rəhbərlərinin konfransı öz işini davam etdirmişdir. Konfransda Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.
Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon konfransda çıxış edərək hazırda dünyada gedən iqtisadi-siyasi proseslər, etnik və milli zəmində baş verən münaqişələr, həmçinin terrorçuluq və digər böhran halları ilə mübarizə yolları barədə fikirlərini bölüşmüşdür.
Konfransda təşkilatın baş katibi Yan Qladın, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Albaniya parlamentinin sədri Josefine Topallinin çıxışları olmuşdur.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratse isə bu məhkəmənin gələcəyi, milli parlamentlərin rolu mövzusunda məruzə etmişdir.
Demokratiya mövzusunda aparılan müzakirələrdə Ermənistan tərəfi həmişə olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa hədəflənmiş mövqe nümayiş etdirmişdir. Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonun konfransdan əvvəl tərəflərə müraciət edərək bu beynəlxalq tədbirdə qarşılıqlı ittihamların səsləndirilməməsi xahişinə əvvəlcə "hə" deyən, sonra isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini gündəmə gətirmişdir. H.Abrahamyan Azərbaycan Prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi ilə bağlı məlumat yerləşdirildiyini və saytda xalqımızın bunu təqdir etdiyini bildirən məktubların əks olunduğunu demişdir.
Erməni spiker cavabsız qalmamışdır. Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov gündəlikdəki mövzu barədə fikirlərini bildirdikdən sonra erməni parlamentinin rəhbərinin qaldırdığı Ramil Səfərovun əfvi məsələsinə də toxunmuşdur. Sədr bildirmişdir ki, o əslində bu məsələyə toxunmaq istəmirdi. Lakin Ermənistan parlamentinin sədrinin uydurma ittihamları onu bu məsələ üzərində dayanmağa məcbur etdi.
O.Əsədov Hovik Abrahamyanın ittihamlarının bütövlükdə yalan olduğunu avropalı həmkarlarının diqqətinə çatdırmış və xüsusi vurğulamışdır ki, bu əfv Avropa Konvensiyasına, beynəlxalq və milli hüququn bütün norma və prinsiplərinə əsasən tətbiq olunmuşdur. O.Əsədov demişdir: "Təəssüflər olsun ki, bu məsələni şişirtməklə həm Ermənistan, həm onun lobbisi, həm də onun havadarları status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov məsələsinin şişirdilməsi münaqişənin həllini daha da müşkül vəziyyətə sala bilər. Mən çox şadam ki, Azərbaycan Prezidentinin saytını bunlar çox diqqətlə izləyirlər. Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımında iştirakı ilə fəxr edir və bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər. Mən çox təəssüf edirəm".
Milli Məclisin Sədri Oqtay Əsədov, həmçinin Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyonla görüşmüşdür. Görüşdə ölkəmizlə bu qurumun münasibətləri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovun ATƏT Parlament Assambleyasının rəhbəri Rikardo Miqlioru ilə də görüşü olmuşdur. Görüşdə Assambleya rəhbəri təşkilatla Azərbaycanın əlaqələrini yüksək qiymətləndirdiyini bildirmişdir. Assambleyada ölkəmizin nümayəndə heyətinin daim yüksək səviyyədə iştirak etdiyi vurğulanmışdır. R.Miqlioru ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmadığını demişdir. O, ölkəsində Azərbaycana, Prezident İlham Əliyevin siyasi kursuna böyük rəğbət bəslənildiyini bildirmişdir. Oqtay Əsədov ATƏT Parlament Assambleyasının rəhbərinə səmərəli fəaliyyətinə, bir çox məsələlərdə tutduğu prinsipial mövqeyə və ölkəmizə qarşı xoş münasibətinə görə minnətdarlığını bildirmişdir.
Strasburqa səfəri çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Moldova parlament nümayəndə heyəti ilə də görüşü keçirilmişdir. O.Əsədov və moldovalı həmkarı Marian Lupu istər ikitərəfli, istər beynəlxalq təşkilatlar, istərsə də GUAM çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!