04 May 2024 23:33
370
İQTİSADİYYAT
A- A+

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq  

 

Azərbaycan dövləti beynəlxalq nəqliyyat dəhlizinin təşəkkül tapmasında və inkişafında mühüm rol oynayır. Azərbaycan, ilk növbədə, Xəzər dənizində müvafiq liman infrastrukturunu yaradıb, eyni zamanda, dəmir yolunun yenidən qurulması layihələrini həyata keçirir. Azərbaycan, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisində çatışmayan hissəsinin maliyyələşdirilməsi və tikintisini də öz üzərinə götürüb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək. Orta Dəhlizin ən vacib elementlərindən biri yüklərin Azərbaycanın və Gürcüstanın dəmir yollarının, avtomobil yollarının birləşdirilərək Gürcüstanın Qara dəniz limanlarına çatdırılmasıdır.

Nazir deyib ki, təkcə cari ilin birinci rübündə Çindən gələn 23 xüsusi konteyner eşelonu Azərbaycan üzərindən keçməklə 12 gün ərzində Gürcüstan limanlarına çatdırılıb.

Samir Şərifovun sözlərinə görə, Azərbaycan daha bir mühüm layihənin həyata keçirilməsinə çalışır: “Burada söhbət Horadiz-Ağbənd dəmir yolu layihəsindən gedir. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa istiqamətində ən vacib layihələrdən biri hesab edilir. Bunun üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Bu layihə də Orta Dəhlizin vacib bir qanadı hesab olunur. Zəngəzur dəhlizi açılmaqla Azərbaycan yolları Ermənistan üzərindən keçməklə Naxçıvan Muxtar Respublikası və sonradan Türkiyə yolları ilə birləşdiriləcək. Prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında Naxçıvanda işlərə başlanılıb. Dəmir yolunun yenidən qurulması və Türkiyənin dəmir yoluna birləşdirilməsi işləri həyata keçirilir. Qarşılıqlı razılaşma əsasında Türkiyə tərəfi də öz ərazisində dəmir yolu şəbəkəsini Azərbaycan dəmir yolu şəbəkəsinin Naxçıvan hissəsinə birləşdirilməsi istiqamətində çalışır”.

Nazir deyib: “Bu layihə şübhəsiz ki, Cənubi Qafqazda yerləşən bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video