15 Sentyabr 2026 18:20
152
SİYASƏT
A- A+
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ - komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

Komitənin sədri Əli Hüseynli əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gördüyü işlər barədə hesabatı nəzərə çatdırıb.

2026-cı ilin payız sessiyasının iş planı barədə məlumat verən Əli Hüseynli bildirib ki, növbəti sessiyada komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, o cümlədən dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, bəzi qanunlarda ediləcək dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub.

Sonra gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.

İclasda iştirak edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.

Sonra Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Elçin Nəsibov, həmçinin “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Daha sonra komitə sədri Əli Hüseynli gündəlikdəki digər məsələləri diqqətə çatdırıb.

Bildirilib ki, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-nin müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədi daşıyır.

Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, Məcəllənin 22.1-ci maddəsinin mövcud tələblərinə əsasən, adları həmin maddədə sadalanan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Gündəlikdəki növbəti məsələ - Mülki Məcəllədə, Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə “Lisenziyalar və icazələr haqqında” Qanunun icrası ilə əlaqədar uyğunlaşdırma xarakterli düzəlişlər təklif olunur.

Sonra "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi nəzərdən keçirilib. Sözügedən Protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım mexanizmlərinin müasirləşdirilməsinə, tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın operativ həyata keçirilməsinə, müasir kommunikasiya və prosessual imkanlardan istifadə edilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi – "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, sənəd hökumət rabitəsi sahəsində səlahiyyətli orqanlar barədə müddəanın yenilənməsini nəzərdə tutur.

Gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlon Mask kosmosa süni intellekt kompüterləri çıxarmağı planlaşdırır

20:20
15 Sentyabr

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır

20:09
15 Sentyabr

ABŞ kosmosda silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib  

19:18
15 Sentyabr

Polis Akademiyasında andiçmə mərasimi olub

19:01
15 Sentyabr

 Merkuri düşünüldüyündən daha sürətlə kiçilir

18:57
15 Sentyabr

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib YENİLƏNİB-2

18:51
15 Sentyabr

 Alimlər qripə qarşı yeni vasitə hazırlayıblar

18:47
15 Sentyabr

Azərbaycan və Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı perspektivləri nəzərdən keçirilib

18:43
15 Sentyabr

Hörmüz boğazında 5 böyük neft çirklənməsi qeydə alınıb

18:43
15 Sentyabr

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

18:31
15 Sentyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:20
15 Sentyabr

Süni intellekt artıq öz “düşüncəsini” də təhlil edir  

18:13
15 Sentyabr

BMT-dən azərbaycanlı ekspertə etimad

18:11
15 Sentyabr

“SABAH.city” innovasiya şəhərciyinə mediatur təşkil olunub  

18:05
15 Sentyabr

Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilib

18:04
15 Sentyabr

Qaxda aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı monitorinq keçirilib  

17:57
15 Sentyabr

ABŞ Hörmüz boğazında İranın iki qayığını məhv edib

17:56
15 Sentyabr

Səkkiz ayda dəmir yolları ilə 12 milyon tondan çox yük daşınıb

17:55
15 Sentyabr

Qırğızıstan Müsəlmanları İdarəsi Azərbaycan İlahiyyat İnstitutu ilə əlaqələrin inkişafında maraqlıdır

17:53
15 Sentyabr

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik  

17:50
15 Sentyabr

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

17:47
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!