07 Fevral 2025 17:21
1337
PARLAMENT
A- A+
Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin  Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları  Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu-Yorka səfəri fevralın 16-da başa çatacaq.

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

Antarktida dəniz buzunun sahəsi qismən bərpa olunub

13:11
11 Mart

Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb

13:04
11 Mart

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

13:02
11 Mart

Qiymətli metal və daşlara dair yeni dövlət standartı qəbul ediləcək  

13:01
11 Mart

Hörmüz boğazında iki gəmi atəşə tutulub

13:00
11 Mart

Dövlət və özəl sektorda çalışanların əməkhaqları artacaq

12:58
11 Mart

Mədəniyyət naziri Adil Kərimli Türk dünyasının teatr təmsilçiləri ilə görüşüb

12:54
11 Mart

İrandan təxliyə davam edir: Bir qrup xarici vətəndaş təxliyə olunub 

12:53
11 Mart

Cari ildə qlobal neft tədarükünün sutkada 107 milyon barel olacağı gözlənilir - PROQNOZ

12:16
11 Mart

ABŞ cari ildə gündəlik neft istehsalını artıracaq

11:53
11 Mart

Məcnun Məmmədov: Süni intellekt kənd təsərrüfatında yeni idarəetmə modelini formalaşdırır

11:35
11 Mart

Ötən gün qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib

11:34
11 Mart

ABŞ neft qiymətlərinə dair proqnozunu artırıb

11:33
11 Mart

Nazir: Aqrar Süni İntellekt layihəsi qərarverməni daha dəqiq edəcək

11:33
11 Mart

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib  

11:30
11 Mart

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan  

11:07
11 Mart

BMT-nin hesabatı: Süni intellekt uşaqlara qarşı kiberhücumları daha da artırır

10:49
11 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:41
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!