18 Aprel 2024 20:09
1129
PARLAMENT
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

 

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Tahir Rzayev bildirib ki, bu gün dünyada baş verən iqlim dəyişikliklərinin, digər problemlərin müəyyən çətinliklər yaratdığını, qida çatışmazlığının, qida zəhərlənmələrinin insanların səhhətinə ciddi təsir göstərdiyini söyləyib. Vurğulayıb ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən tədbirlər dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. O, ölkə Prezidentinin insan amilinə, Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına böyük önəm verdiyini qeyd edib.

Sonra çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mövzunun aktuallığını qeyd edib, qida təhlükəsizliyinin ölkədə yaradılan tarladan və fermadan süfrəyə qədər qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət sistemi olduğunu söyləyib. O, 2018-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti barədə məlumat verib.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ndan danışan Q.Təhməzli sənədin vacib məsələlərdən birinin qida təhlükəsizliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu deyib. O, həmçinin ölkə ərazisinə idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətinin həyata keçirilməsindən bəhs edib, Agentliyin auditorları tərəfindən aparılan yoxlamalar barədə məlumat verib.

Digər çıxış edənlər - parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov insan sağlamlığının təmin edilməsi üçün sağlam və düzgün qidalanmanın ən zəruri amillərdən olduğunu bildirib, qida təhlükəsizliyi məsələsinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, ərzaq təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Eyni zamanda, ərzaq məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunması ilə bağlı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində görülən işlər barədə məlumat verilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov qida təhlükəsizliyi ilə bağlı məhsulların idxalı və ixracı zamanı sərhəd-keçid məntəqələrində nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkənin iqtisadi potensialının artırılmasında ərzaq təhlükəsizliyinin təmin olunmasının, əhalinin sağlamlığının qorunmasının vacib amillərdən olduğunu söyləyib. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən İqtisadiyyat Nazirliyinin Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova ölkəmizdə istehsal olunan qida məhsullarının ekoloji cəhətdən təmizliyi, keyfiyyətinin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təminatı üçün istehlakçılar tərəfindən müvafiq qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb, qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısının alınması, istehlakçıların sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıblar.

Sonra deputatların mövzu ilə bağlı fikir və qeydləri dinlənilib, Qoşqar Təhməzli qaldırılan məsələlərə münasibət bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video