18 Noyabr 2026 12:10
486
İQTİSADİYYAT
A- A+
Milli Məclis məqsədli büdcə fondlarının idarə olunmasının təkmilləşdirilməsinə dair qanun layihəsini təsdiqləyib  

Milli Məclis məqsədli büdcə fondlarının idarə olunmasının təkmilləşdirilməsinə dair qanun layihəsini təsdiqləyib  


Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin noyabrın 18-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihədə məqsədli büdcə fondlarının ləğv edilməsi, fondların mədaxil mənbələri olan cərimə xarakterli və dəymiş ziyanın ödənilməsi ilə bağlı daxilolmaların qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, digər maliyyə mənbələrinə münasibətdə isə fondların tabe olduğu orqanların işçilərinin sosial müdafiəsinin maliyyələşdirilməsi məqsədilə bölgü müəyyən edilməsi təklif olunur. Hazırda ölkədə fəaliyyət göstərən məqsədli büdcə fondlarının vəsaitləri müxtəlif hüquqi əsaslar və fərqli maliyyə idarəetmə mexanizmləri üzrə formalaşır və istifadə olunur. Mövcud təcrübənin təhlili göstərir ki, bəzi fondlar üzrə vəsaitlərin dövlət büdcəsi ilə paralel şəkildə idarə olunması fiskal planlaşdırma, resurs bölgüsü, xəzinə icrası, hesabatlılıq və maliyyə nəzarəti baxımından əlavə çətinliklər yaradır. Belə ki, dövlət büdcəsinin gəlirləri və xərcləri ilə sıx əlaqəli olan, xüsusilə infrastruktur və investisiya xarakterli tədbirlərin maliyyələşdirilməsinə xidmət edən bəzi fondların ümumi büdcə çərçivəsindən kənar idarə olunması dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırır, büdcə resurslarının prioritetlər üzrə sistemli bölgüsünü çətinləşdirir və vəsaitlərin istifadəsi üzərində nəzarət imkanlarını zəiflədir.

Layihənin qəbul edilməsi nəticəsində məqsədli büdcə fondlarının vəsaitlərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, onların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun olaraq daha səmərəli maliyyə idarəetmə modelinin tətbiq edilməsi, dövlət maliyyəsinin vahid prinsiplər əsasında idarə olunması, büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi təmin ediləcək, məqsədli büdcə fondlarının vəsaitlərinin iqtisadi mahiyyətinə uyğun idarəetmə modeli formalaşdırılacaq, dövlət büdcəsi ilə birbaşa əlaqəli olan maliyyə axınlarının dövlət büdcəsində cəmlənməsi hesabına fiskal planlaşdırmanın keyfiyyəti artırılacaq, habelə ekoloji və təbii ehtiyatların qorunması, bərpası və istifadəsi ilə bağlı tədbirlərin operativ maliyyələşdirilməsi üçün daha çevik idarəetmə mexanizmi formalaşdırılacaq, büdcə və büdcədənkənar vəsaitlər arasında funksional bölgü daha dəqiq müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

HONOR İstanbulda istehsala başlayıb 

18:27
18 Noyabr

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub  

18:17
18 Noyabr

Qısa gəzintilər qan şəkərini tənzimləməkdə daha faydalıdır  

18:10
18 Noyabr

Avropanın enerji nəhəngi “Equinor” kiberhücuma məruz qalıb

17:59
18 Noyabr

“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib  

17:44
18 Noyabr

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB  

17:23
18 Noyabr

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir  

17:16
18 Noyabr

ABŞ dəniz piyadaları yeni M7 əvəzinə daha çox alman atıcı silahı alacaq

17:05
18 Noyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb  

16:59
18 Noyabr

Marko Rubio: ABŞ sistemli hücuma məruz qalmayıb

16:58
18 Noyabr

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

16:57
18 Noyabr

Alzheimer xəstəliyini yavaşladan dərman aşkarlanıb

16:54
18 Noyabr

Şencendə tarixi üçtərəfli görüş: qlobal çağırışlara ortaq cavab tapılacaqmı?

16:53
18 Noyabr

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!