07 Fevral 2023 01:31
21150
MSK
A- A+

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 1/2

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2022-ci il 28 iyul tarixli 1769 nömrəli və "Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 2006-cı il 17 avqust tarixli 446 nömrəli, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında və "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019 - 2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 18 dekabr tarixli 819 nömrəli və "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2021-ci il 28 aprel tarixli 2609 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında" 2022-ci il 28 noyabr tarixli 1890 nömrəli fərmanlarını rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları"na 1 saylı Əlavədə aşağıdakı dəyişikliklər edilsin: 
1.1. mətn üzrə "Təhsil Nazirliyi" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin; 
1.2. "I mərhələ - Namizədliyin irəli sürülməsi" hissəsi üzrə:
1.2.1. "Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:" adlı (ikinci halda) bənddə "h)", "x)", "i)", "ı)" hərfləri (hər iki halda) müvafiq olaraq "g)", "ğ)", "h)", "x)" hərfləri ilə əvəz edilsin;
1.2.2. "Namizədlik siyasi partiyalar tərəfindən irəli sürüldükdə, Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:" adlı bənddə "i)", "e)", "ə)" hərfləri (hər iki halda) müvafiq olaraq "e)", "ə)", "f)" hərfləri ilə əvəz edilsin;
1.2.3. "Namizədliyin irəli sürülməsinə razılıq verilməsi barədə ərizədəki yoxlanılmalı məlumatlar:" adlı bənddə "i)" hərfi (hər iki halda) "ı)" hərfi ilə, "ı)" hərfi isə "i)" hərfi ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları"nda mətn üzrə "Təhsil Nazirliyi" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin.
3. Mərkəzi Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları"na 1 saylı Əlavədə aşağıdakı dəyişikliklər edilsin: 
3.1. mətn üzrə "Təhsil Nazirliyi" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə, "Qeydiyyat və Notariat Baş İdarəsi" sözləri isə "Ədliyyə sahəsində xidmətlər baş idarəsi" sözləri ilə əvəz edilsin.
3.2. "I mərhələ - Namizədliyin irəli sürülməsi" hissəsi üzrə:
3.2.1. "Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:" adlı (hər iki halda) bəndə "İmza, ərizənin yazılma tarixi." sözlərindən əvvəl "ı)" hərfi əlavə edilsin;
3.2.2. "Razılıq barədə ərizədəki məlumatlar:" adlı (hər iki halda) - bəndə "İmza, ərizənin yazılma tarixi." sözlərindən əvvəl "ı)" hərfi əlavə edilsin.
4. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr     Məzahir Pənahov
Katib     Arifə Muxtarova 
Katib    Mikayıl Rəhimov

06.02.2023

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video