13 Noyabr 2025 12:31
448
İQTİSADİYYAT
A- A+
Mərkəzi Bank neft-qaz sektorunda ÜDM üzrə proqnozları açıqlayıb  

Mərkəzi Bank neft-qaz sektorunda ÜDM üzrə proqnozları açıqlayıb  


Mərkəzi Bankın 2025-ci ilin oktyabr proqnozlarına əsasən cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,2 faiz, qeyri-neft-qaz ÜDM-i üzrə 3,7 faiz olacağı gözlənilir.

AZƏRTAC qurumun “Pul Siyasəti İcmalı”na istinadla bildirir ki, proqnozlara görə 2025-ci ildə ümumi ÜDM-in artımına neft-qaz ÜDM-i azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək. Qeyri-neft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsirinin nisbətən azalacağı gözlənilir.

2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2 faiz və 4,4 faiz olacağı proqnozlaşdırılır. Proqnozlara görə, 2026-cı ildə də ümumi ÜDM-in artımına neft-qaz ÜDM-i azaldıcı, qeyri-neft-qaz ÜDM-i isə artırıcı təsir edəcək. Qeyri-neft-qaz sektoruna ev təsərrüfatlarının istehlakının artırıcı təsiri nisbətən azalsa da, əsas fondların yığımının artırıcı təsiri gözlənilir.

Neft-qaz sektorunda ÜDM üzrə 2025-ci ilə -0,2 faiz, 2026-cı ilə -2,4 faiz real azalma proqnozlaşdırılır. Qeyd edək ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illər üzrə qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozunun reallaşması, əsasən, daxili məcmu tələbin dinamikasından asılı olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkün: Bu gün çox sevincliyəm

10:29
17 Mart

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

BƏƏ İrandan gələn hücumlar səbəbindən hava məkanını bağlayıb  

10:09
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!