16 Noyabr 2025 17:41
504
SİYASƏT
A- A+
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb


Noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın da tamhüquqlu əsasda qoşulduğu yeni formatda əməkdaşlığın perspektivləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd edib: “ Bu gün Mərkəzi Asiya dinamik inkişaf və səmərəli əməkdaşlıq məkanıdır, burada davamlı artım və rifah üçün yeni imkanlar açılır. Region sürətlə qlobal iqtisadiyyata inteqrasiya olunur: investisiya cəlbediciliyi artır, üçüncü ölkə bazarlarına ixrac imkanları və tranzit potensialı genişlənir. Ötən il region ölkələri arasında qarşılıqlı ticarət 10,7 milyard dollara çatıb və Mərkəzi Asiyaya ümumi investisiyanın həcmi 17 faiz artıb”.

İclasda, ilk növbədə, mövcud görüşlərin regional dialoqun məşvərət formatından strateji “Mərkəzi Asiya Birliyi formatına çevrilməsi təklif edilib. Vurğulanıb ki, bu istiqamətdə ilk addımlar Məşvərət görüşləri haqqında Əsasnamənin hazırlanması, rotasiyalı Katibliyin yaradılması və milli koordinatorların prezidentlərin nümayəndələri səviyyəsinə yüksəldilməsi ola bilər.

Özbəkistan Prezidenti geniş həyat təcrübəsi olan nüfuzlu ictimai xadimlərdən ibarət Ağsaqqallar Şurasının yaradılması təklifini dəstəkləyib. O qeyd edib ki, bu, nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə, regional həmrəyliyin və milli kimliyin gücləndirilməsinə kömək edəcək.

Şavkat Mirziyoyev ortamüddətli dövrdə qarşılıqlı ticarət həcmini və ümumi xarici ticarət dövriyyəsini 1,5-2 dəfə artıracaq ticarət, iqtisadi və investisiya əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə çatdırmağı prioritet məsələ kimi xarakterizə edib. O, həmçinin inzibati maneələrin aradan qaldırılması, vergi və gömrük prosedurlarının sadələşdirilməsi, azad iqtisadi və sənaye zonalarından birgə istifadənin vacibliyini vurğulayıb.

“Fikrimizcə, yuxarıda qeyd olunan məsələləri əhatə edən 2035-ci ilə qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hərtərəfli Regional Proqramın hazırlanması və qəbul edilməsi ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artması üçün əlverişli şərait yaradacaq”, - deyə dövlət başçısı bildirib.

Prezident Mirziyoyev bildirib ki, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, terrorizm və ekstremizm təhdidlərinə, sərhədyanı cinayətkarlığa qarşı mübarizə üçün sistemli tədbirlər görülür. Regionun beynəlxalq rolu güclənir və qlobal məsələlərdə rolu genişlənir, “Mərkəzi Asiya +” formatında qarşılıqlı fəaliyyət güclənir və region nüfuzlu beynəlxalq forumlarda vahid mövqedən çıxış edir.

Azərbaycanın bu formata qoşulması ilə regionun qlobal birlikdə səsinin daha da əhəmiyyətli olacağına əminlik ifadə edilib.

Qeyd olunub ki, Özbəkistanın sədrliyi dövründə 20-dən çox böyük tədbir keçirilib. Baş nazirlərin müavinləri səviyyəsində Regionlararası Əməkdaşlıq Forumu fəaliyyətə başlayıb, ilk dəfə olaraq müdafiə nazirləri, xüsusi xidmət rəhbərləri, geologiya, sənaye, kənd təsərrüfatı, ekologiya və mədəniyyət nazirlərinin görüşləri keçirilib. Bir gün əvvəl Daşkənddə Mərkəzi Asiya Qadın Liderlərinin Dialoqu uğurla başa çatıb. Bütün bu tədbirlərin regional tərəfdaşlığın institusional əsaslarının və mexanizmlərinin sistemli şəkildə möhkəmləndirilməsini əyani şəkildə nümayiş etdirdiyi bildirilib.

Eyni zamanda vurğulanıb ki, mürəkkəb və gözlənilməz beynəlxalq siyasi proseslər fonunda region ölkələrinin birliyini və qarşılıqlı dəstəyini gücləndirmək xüsusilə vacibdir.

İclasda regional əməkdaşlığı daha da gücləndirmək üçün bir sıra təşəbbüslər irəli sürülüb. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun və Trans-Əfqan Nəqliyyat Dəhlizinin tikintisi regionlararası nəqliyyat əlaqəsi üçün prioritet layihələr kimi müəyyən edilib. Diqqət regionu Avropa ölkələri ilə birləşdirən Trans-Xəzər marşrutunun əhəmiyyətli potensialına yönəldilib. Bu sahələrdə işləri əlaqələndirmək üçün Baş nazirlərin müavinləri səviyyəsində İnfrastruktur İnkişaf Şurasının yaradılması təklif edilib. Regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kontekstində sammitdə qəbul edilmiş sənədlər - Regional Təhlükəsizlik və Sabitlik Konsepsiyası və Risklər və Təhdidlər Kataloqu yüksək qiymətləndirilib.

Region ölkələrində ətraf mühit, iqlim və su ehtiyatları çatışmazlığı məsələlərinin artan aktuallığı fonunda Mərkəzi Asiya üçün Yaşıl İnkişaf Konsepsiyasının qəbulunun sürətləndirilməsinin vacibliyi qeyd edilib. Regionda artan su çatışmazlığı nəzərə alınmaqla, 2026-2036-cı illərin "Mərkəzi Asiyada rasional su istifadəsi üçün praktik Fəaliyyət Onilliyi" elan edilməsi təklif olunub.

Mədəni və humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin gənclərin elmi və mənəvi maariflənməsi üçün faydalı platformaya çevriləcəyinə ümid ifadə olunub. Eyni zamanda, Daşkənddə Beynəlxalq Mənəvi İrs və Təhsil Konqresinin müntəzəm olaraq keçirilməsi məqsədəuyğun hesab edilib.

Elm və təhsil sahələrində əməkdaşlığın bir hissəsi olaraq hökumətlərarası layihələri maliyyələşdirmək, akademik icmanı təşviq etmək və süni intellekt texnologiyalarının tətbiqi imkanlarını genişləndirmək məqsədilə Elmi Tədqiqat Fondunun yaradılması təklif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!