24 Noyabr 2026 16:44
173
SİYASƏT
A- A+
İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  

İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  


İtaliya Respublikasının Deputatlar Palatasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “Fondazione Machiavelli” beyin mərkəzinin birgə təşkilatçılığı ilə “İtaliya-Azərbaycan strateji münasibətləri” mövzusunda yüksəksəviyyəli konfrans keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İtaliyanın və Azərbaycanın parlament üzvləri, diplomatlar, akademik dairələr, biznes və enerji sektorlarının nümayəndələri iştirak ediblər.

Konfransın açılışında Azərbaycanın İtaliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Vüqar Hacıyev, “Fondazione Machiavelli” fondunun prezidenti Daniele Scalea və BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış ediblər. Çıxışlarda iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

“İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və Avropanın enerji təhlükəsizliyi” mövzusunda keçirilən birinci paneldə ikitərəfli enerji əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində rolu, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında İtaliyanın əsas tərəfdaş və tranzit ölkə kimi əhəmiyyəti, həmçinin siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

“Regional bağlantılar və enerji əməkdaşlığı” mövzusuna həsr edilən ikinci paneldə isə Azərbaycanın Orta Dəhliz vasitəsilə Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafındakı strateji rolu diqqət mərkəzində olub.

Müzakirələr zamanı İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında enerji əməkdaşlığı, yeni ixrac layihələrinin perspektivləri, infrastrukturun inkişafı və enerji sahəsində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Paneldə Milli Məclisin deputatı Tahir Mirkişili, ADA Universitetinin professoru Damjan Krnjevic, SOCAR qrupuna daxil olan “Italiana Petroli” şirkətinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə rəhbəri Marco Mannocchi və “Fondazione Machiavelli” fondunun baş elmi işçisi Gianclaudio Torlizzi çıxış ediblər.

Tədbirin yekununda İtaliya-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, enerji təhlükəsizliyi, regional bağlantılar, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.

Qeyd edək ki, konfrans BMTMM-in Azərbaycan-Avropa dialoqunun təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədilə aparıcı beyin mərkəzləri ilə birgə həyata keçirdiyi təşəbbüslərin davamıdır.

Mərkəzin bu istiqamətdəki son fəaliyyətlərinə oktyabrın 27-də Brüsseldə Belçikanın Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu ilə birgə təşkil etdiyi “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzusundakı Birinci Azərbaycan-Aİ Beyin Mərkəzləri Forumu, sentyabrın 9-da İsveçrənin Sankt-Qallen Universitetinin Avropada İdarəçilik və Mədəniyyət Mərkəzi (GCE-HSG) ilə birgə keçirdiyi “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” adlı beynəlxalq konfrans, həmçinin sentyabrın 4-də LINKS Europe Fondu ilə birgə təşkil etdiyi “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” – “Barselona” oyunu ilə bağlı diqqətçəkən 5 maraqlı fakt 

16:58
24 Noyabr

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ  

16:52
24 Noyabr

Təbiətin dili obyektivdən danışdı

16:49
24 Noyabr

Sumqayıt Sənaye Parkında yeni istehsal layihəsi

16:47
24 Noyabr

“Barselona” gəlir, Bakı metrosu gec bağlanacaq

16:47
24 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib  

16:45
24 Noyabr

Altayda əvvəllər məlum olmayan mədəniyyətin izləri aşkarlanıb  

16:45
24 Noyabr

İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  

16:44
24 Noyabr

Yaponiya hərbi sənayeni gücləndirmək üçün avtomobil şirkətlərini cəlb edir  

16:40
24 Noyabr

Dövlət idarəçiliyində süni intellekt dövrü: beynəlxalq təlim proqramı başa çatıb

16:39
24 Noyabr

Diş əti xəstəliklərinə qarşı yeni üsul hazırlanıb

16:37
24 Noyabr

Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək

16:33
24 Noyabr

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  

16:32
24 Noyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:30
24 Noyabr

Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

16:27
24 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

16:16
24 Noyabr

Yağıntılı hava şəraiti neçə gün davam edəcək? – PROQNOZ

16:09
24 Noyabr

Görmə pozuntularına səbəb ola biləcək iki xəstəlik  

15:40
24 Noyabr

SOCAR “Wison Engineering Ltd” şirkəti ilə enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib  

14:52
24 Noyabr

Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri yeni mərhələyə qədəm qoyur

14:48
24 Noyabr

Gəncədə “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi açılıb

14:47
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!