16 Sentyabr 2025 19:21
602
SİYASƏT
A- A+
Mənəvi dəyərlərə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri uğurla inkişaf edir 

Mənəvi dəyərlərə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri uğurla inkişaf edir 


Azərbaycanla İslam dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bunun nəticəsidir ki, geniş İslam coğrafiyasında, o cümlədən də Birləşmiş Ərəb Əmirliklərində ölkəmizə, şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslənilir. Son illərdə dövlətimizin başçısının Ərəb Liqasının mötəbər tədbirlərinə fəxri qonaq qismində dəvətlər alması bunun əyani təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycanla BƏƏ arasında münasibətlərin genişlənməsini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dividendlər, lobbi maraqları, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, yeni ixrac bazarları, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. bu kimi amilləri xüsusi qeyd edə bilərik. Əsas məqam isə ondan ibarətdir ki, hər iki ölkənin rəhbərliyi qarşılıqlı siyasi dialoqun genişlənməsinə böyük səy göstərir.

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu bildirən deputat vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

S.Vəliyev vurğulayıb ki, xüsusilə də liderlər arasında daimi təmaslar, ikitərəfli və çoxtərəfli platformalarda baş tutan görüşlər, aparılan mühüm müzakirələr münasibətlərin xoş məram əsasında dərinləşməsində mühüm rol oynayır.

“Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib. Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa artan maraqdan xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib. Bunun ardınca – 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın respublikamıza rəsmi səfəri baş tutub”, - deyə deputat xatırladıb.

Deputatın fikrincə, liderlər arasında siyasi dialoqun yüksək dinamizminə adekvat olaraq ölkələrimiz qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələri də genişləndirirlər. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin “Masdar” şirkəti də yer alır. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanmasına diqqət çəkən deputat deyib: “Stansiyanın təməlqoyma mərasimi 2022-ci il martın 15-də “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olunub. 2022-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyəti qatılıb. Prezident İlham Əliyev tədbirdəki çıxışında stansiyanın açılışını əlamətdar nailiyyət kimi dəyərləndirərək vurğulayıb: “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir”.

İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk Günəş elektrik stansiyasıdır”.

Deputatın sözlərinə görə, belə bir nəhəng infrastruktur obyektinin inşasını öz öhdəsinə götürməsi, layihənin icrasına yüz milyonlarla dollar həcmində investisiyalar yönəltməsi “Masdar” şirkətinin ölkəmizə olan inamını ifadə edir. Lakin bu, sadəcə, başlanğıcdır. Prezident İlham Əliyev əminliklə bildirib ki, daha çox layihələr olacaq. Yeri gəlmişkən, 2023-cü il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında yeni sənədlər imzalanıb. Bu sənədlər əsasında “Masdar” şirkəti investisiya fəaliyyətini Azərbaycanın regionlarında da davam etdirəcək.

Samir Vəliyev qeyd edib ki, dost ölkənin Prezidentinin ötən ilin yanvar ayında respublikamıza baş tutan uğurlu rəsmi səfəri çərçivəsində də yeni sənədlər imzalanıb. O, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasını tarixi nailiyyət kimi dəyərləndirib.

Deputat hesab edir ki, strateji tərəfdaşlarımızın sayı artdıqca dünyada Azərbaycanın mövqeləri daha da möhkəmlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlin birinci yarısında ölkədə sənaye istehsalının dəyəri açıqlanıb

15:23
10 İyul

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub

15:20
10 İyul

Kubanıçbek Ömüralıyev: İmzalanan sənədlər TDT-yə üzv dövlətlərin maliyyə kəşfiyyatı sahəsində əməkdaşlığını gücləndirəcək

15:18
10 İyul

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

13:43
10 İyul

İlin birinci yarısında Azərbaycanda 65,2 milyard manatlıq ÜDM istehsal edilib

13:40
10 İyul

FHN taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

13:37
10 İyul

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

13:35
10 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

13:33
10 İyul

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

13:30
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri açıqlanıb

13:00
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!