30 İyul 2026 09:17
436
Mədəniyyət
A- A+
Memarların şeyxi - Əcəmi Naxçıvani

Memarların şeyxi - Əcəmi Naxçıvani


"Biz ölərik, bu, bizdən xatirə qalar"


Xalqımızın qədimliyini, ulu keçmişini, milli-mədəni irsini yaşadan və  əsrlərdən bəri dünyaya yaxından tanıdan görkəmli sənətkarlarımızdan biri də Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Tarixin pozulmaz səhifələrində dərin iz qoymuş böyük memarın zəmanəmizə gəlib çatan abidələri Yusif ibn Küseyiroğlu türbəsinin inşası 1162-ci, Möminə xatun türbəsinin inşası isə 1186-cı ildə başa çatmışdır. Hər iki abidə elə ilk baxışdan görənləri heyran qoyur. Amma əzəməti, möhtəşəmliyi, naxışlarının bənzərsizliyi və kitabələrinin mükəmməlliyi ilə Möminə xatun türbəsi Yusif ibn Küseyiroğlu türbəsini geridə qoyur, daha gözəl və heyranedicidir.

Yusif ibn Küseyiroğlu türbəsini memar gənc yaşlarında tikib. Gözəlliyi ilə insanları heyran qoyan Möminə xatun türbəsini isə sənətinin kamillik zirvəsinə ucaldığı bir vaxtda inşa edib. Necə deyərlər, peşəkarlıq, sənətkarlıq öz sözünü deyib. 

Tarixdən məlumdur ki, Möminə xatun məqbərəsi Şəmsəddin Eldənizin birinci arvadı, Azərbaycan Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi uğrunda çox böyük işlər görmüş xanımın adı ilə bağlıdır. Formasına görə kəsik onbucaqlını xatırladan bu tarixi yadigarın naxışları, üzərində kufi xətti ilə yazılmış "Quran" ayələrindən ibarət haşiyələr istər-istəməz Hindistandakı məşhur Tac-Mahalı, Səmərqəndin, İsfahanın möhtəşəm abidələrini xatırladır. Amma onu da qeyd edək ki, Möminə xatun məqbərəsinin yaranma tarixi onları neçə əsr qabaqlayır. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan bu abidəni anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də ölkəmizə gələn xarici qonaqlar böyük maraqla ziyarət edirlər. Yusif ibn Küseyrin məqbərəsi, Naxçıvan Cümə məscidi, dağıdılmış bir memarlıq abidəsinin qoşaminarəli piştağı və başqaları da Memar Əcəminin yadigarlarıdır.

Bir çox tarixi mənbədə bildirilir ki, XI-XII əsrlərdə Azərbaycanda şəhərlər böyüyür, saraylar, məscidlər və başqa dini tikililər inşa olunurdu. Şəhərlərin böyüməsi ilə paralel olaraq sənətkarlıq da inkişaf edirdi. Yeni tikililərin inşası üçün zaman yeni sənətkarlar yetişdirirdi. Həmin dövrlərdə yetişən və ulduz kimi parlayan, şan-şöhrəti ellərə yayılan memarlardan biri də Əcəmi Naxçıvani olmuşdur. Görkəmli memar bir-birindən dəyərli əsərlərin müəllifi kimi dünya şöhrəti qazanmışdır.

Sənətşünas, Əməkdar elm xadimi, professor  Əbdülvahab Salamzadə  onun haqqında yazırdı: "Yaxın Şərqin bir çox memarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks etdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incisinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır".

Dünyaca məşhur olan Əcəmi Naxçıvani bacarığı, peşəkarlığı ilə Orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş, yeni ruh, yeni ovqat və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkar olmuşdur. Tarixi mənbələr göstərir ki, görkəmli memarın fəaliyyəti daha çox Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlıdır. Naxçıvan şəhərindəki bənzərsiz abidələrdən Əcəminin əl işləri olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi islam aləminin şah əsərləri sırasında əsrlərdir ki, öz layiqli yerini qoruyub saxlayır. 

Əcəmi Naxçıvaninin günümüzə qədər gəlib çıxmış mədəni irsi illər, əsrlər boyu məktəb rolunu oynamışdır. Sonrakı dövrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığının inkişafına müsbət təsir göstərmişdir. Marağadakı Göy Günbəzdə (XII əsr), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas abidələrində (XIV əsr), türk sənətkarı Memar Sinanın (XVI əsr) İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşamaqdadır.

Görkəmli türk sənətşünas alimi Oqtay Aslanapa "Türk sənəti" adlı dəyərli əsərində qeyd edir ki, Anadoludakı Səlcuqlu dövrü memarlıq abidələrinin bəzək motivləri, Cənubi Azərbaycanın Qəzvin məscidlərindəki eyni motivlər Naxçıvan abidələri vasitəsilə Anadoluya gəlib çıxmışdır. Müəllif Sivasdakı nümunədən bəhs edərkən yazır: "Burada daş portalın üst kənarında bir-birini kəsən altıbucaqlıda Naxçıvan günbəzlərindəki motivlərin yenidən dəyərləndirildiyi görünməkdədir. Türk alimi Dalokay Vedat da bu cəhətə toxunmuş, Sinanın İstanbulda inşa etdiyi Xosrov paşa türbəsi haqqında danışarkən qeyd etmişdir ki, "burada Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir".

Məlum həqiqətdir ki, tarix-mədəniyyət abidəsi, o cümlədən türbə, məscid, xanəgah, körpü, karvansara, hamam, qala, istehkam, qəbirüstü xatirə abidəsi və s. hər bir xalqın sənətkarının tarixə vurduğu pozulmaz möhürdür. Çoxları kimi sənətkarlar da ömürlərini başa vurduqdan sonra dünyadan köçürlər. Ancaq onların yaratdıqları əsərlər uzun müddət yaşayır, gələcək nəsillərə öz mənsubiyyəti, onu yaradan sənətkar, tikildiyi tarix və s. haqqında dəyərli məlumatlar ötürür. Görkəmli memar Əcəmi Naxçıvani də özünün şah əsərində tarixi həqiqətləri qoruyub saxlayır.

Ötən il Parisdə UNESCO-nun mənzil-qərargahında yubileylər proqramı çərçivəsində Əcəmiyə həsr olunan sərgi açılıb, dahi memarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, onun 900 illiyi UNESCO-nun rəsmi Yubileylər Siyahısına daxil edilib. Bu, Azərbaycan mədəni irsinin dünya miqyasında tanıdılmasının növbəti nümunəsidir və ölkəmizin qlobal səviyyədə mədəni irsin qorunmasına sadiqliyini bir daha nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illiyi ölkəmizdə qeyd edilir, tədbirlər çərçivəsində böyük sənətkarın tarixi irsi daha da dərindən araşdırılır, öyrənilir və təbliğ edilir. 

Tarix məlum olan və olmayan səhifələrində Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən şah əsəri olan Möminə xatun türbəsi üzərində bu sözləri yazmışdır: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik, bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə". 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

19:28
30 İyul

Dağıstan Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələrini modernləşdirir

19:26
30 İyul

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!