Mədəniyyət paytaxtımız, qəhrəmanlıq zirvəmiz
Şuşanın adı çəkiləndə istər-istəməz ilk ağıla gələn söz zirvə olur. Dağlar qoynunda məskən salan bu tarixi qala şəhəri təkcə inzibati ərazi baxımından zirvədə yerləşmir, həm də mənən bir ucalıqdır, məqamdır... Arzularımızın ünvanı, sevgimizin qibləsidir. Mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq zirvəmizdir.
Qürurumuzun fateh yeri, Vətən yolunda canlarını qurban verən ölümsüz igidlərin müqəddəs qurbangahı, birliyimizin rəmzi, Tanrının yaratdığı ən gözəl əsərdir Şuşa. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Dağların sinəsi ilə uzanıb gedən gözəl yolları, zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayraqları, hər gün bir boy da böyüyən yeni binaları, bərpaolunan tarixi abidələri, yenidən həyata qaytarılan dini ocaqları Şuşanın gözəlliyinə bir rəng qatır.
Şuşa tariximizin bizə gəlib çatan ən qiymətli yadigarlarındandır. "Bazarbaşı" deyilən yerdən "Şeytanbazara" qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılıb. "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı binalar, birmərtəbəli dükanlar, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət olub. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınıb. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərib. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın çalışdığı qeyd edilir.
Şəhərdə olan 17 məhəllənin hər birinin məscidi, bulağı və hamamı olub. XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 min olduğu yazılır. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və sairə olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.
Erməni vandalları 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Ruhumuzun paytaxtı Şuşa bu gün həm də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti, quruculuq və bərpa işlərinin mərkəzinə çevrilib. Şəhərin elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturun bərpası işləri demək olar ki, başa çatıb. Şuşalıların doğma yurdlarına geri qayıtmaları üçün Şuşa şəhərinin baş planına uyğun olaraq 8 hektar ərazidə yerləşən yaşayış kompleksində sürətlə inşaat işləri görülməkdədir. Qeyd edək ki, tikinti işləri Şuşanın tarixi və memarlıq üslubuna uyğun aparılır. Tikintisi davam etdirilən binalar 3, 4 və 5 mərtəbəlidir. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılır.
Mədəniyyətimizin paytaxtı Şuşada tariximizin qiymətli yadigarları olan tarixi, mədəni, dini abidələrin bərpasına xüsusi diqqət verilir. Şəhərdə onlarca qədim mədəniyyət abidəsi yenidən bərpa olunaraq ikinci ömrünü yaşamaqdadır.
Qəhrəman oğullarımız, fədakar gənclərimiz ulu əcdadlarımızın qurduğu şəhəri canları, qanları hesabına düşmən işğalından azad etdilər. Qürurvericidir ki, bu gün Şuşada tikinti meydançasında çalışanların da əksəriyyəti gənclərdir. Dünyanın müxtəlif yerlərində yaşayan gənc soydaşlarımız vətənə dönərkən ilk ziyarət etdikləri yer Şuşa olur. Bir zamanlar erməni quldurlarının dağıdıb viran etdikləri şəhərdən indi musiqi səsləri eşidilməkdədir.
Fərəhlə qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilib. Qürurumuzun, mədəniyyətimizin paytaxtı gözəl Şuşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına evsahibliyi etməyə hazırlaşır.
Hər gün bir boy böyüyüb düşmənə dərd olan Şuşanın büsatına min alqış!
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Viktor Orban: Avropa liderləri odla oynayırlar
03 May
Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar
03 May
Sülh naminə tarixləşən Forum
03 May
Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür
03 May
Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb
03 May
Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xü...
03 May
Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır...
03 May
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May
Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir
03 May
Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yar...
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!