24 Sentyabr 2023 10:45
665
CƏMİYYƏT
A- A+
Maarif işığı

Maarif işığı

2023-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Əməkdar müəllimi Ələkbər Nuru oğlu Quliyevin anadan olmasının 75-ci ildönümüdür.

 

Ələkbər Quliyev 1948-ci ildə Babək rayonunun Qaraçuq kəndində (hal-hazırda Naxçıvan şəhərinin inzibati ərazisinə daxildir) dünyaya göz açmışdır. Tam orta təhsilini öz doğma kəndində yerləşən məktəbdə alan Ə.Quliyev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirmiş, həmin ildən Babək rayon Cavidabad (Qaraçuq) kəndində müəllim kimi əmək fəaliyyətinə başlamış, qısa müddətdə özünü əsl pedaqoq və təhsil təşkilatçısı kimi təsdiq edərək, direktor vəzifəsinə yüksəlmiş və 1981-ci ilədək bu vəzifədə işləmişdir. Ələkbər müəllim 1983-cü ildən pedaqoji fəaliyyətini Naxçıvan şəhər 11 saylı orta məktəbdə müəllim kimi davam etdirməyə başlamış, burada da fəallığı ilə seçilərək az müddət sonra təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, 1989-1996-cı illərdə isə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. Ə.Quliyevin qazandığı zəngin pedaqoji təcrübə, təşkilati-rəhbərlik bacarığı onun bu sahədə ən yüksək zirvəyə ucalmasına gətirib çıxarmış, 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təyin olunmuşdur. Keçid dövrünün səbəb olduğu çətin durğunluq illərindən sonra bu vəzifədə işlədiyi altı il ərzində Ələkbər müəllim Naxçıvanda orta təhsilin inkişafı üçün var qüvvəsi ilə çalışmış, təhsilin problemlərinin həlli istiqamətində yorulmaz fəaliyyət göstərmişdir. Ə.Quliyevin nazir işlədiyi dövrdə müxtəlif ixtisas sahibi olan yüzlərlə gənc müəllim yüksək diqqət və qayğı ilə muxtar respublikada mövcud olan orta məktəblərdə işə qəbul olunmuşlar. İndi artıq 20 ildən çox pedaqoji stajı olan həmin müəllimlərin öz işlərinə böyük məhəbbət və vicdanla yanaşmasında bu böyük maarif xadiminin danılmaz əməyi olmuşdur. Ələkbər müəllim özündən əvvəlki təhsil nazirlərinin maarifçilik xəttinin və muxtar respublika orta təhsilinin daha da inkişaf etdirilməsi üçün əzmlə çalışmış, eyni zamanda öz xələflərinə layiqli irs qoymuşdur.

Dövlətimiz əzmkar maarif xadimi və təhsil təşkilatçısının zəhmətini layiqincə qiymətləndirmiş, Ə.Quliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi 2001-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüşdür.

Ələkbər müəllimin həyatı kifayət qədər dinamik və zəngin olmuşdur. Belə ki, muxtar respublika ictimaiyyəti onu yalnız bacarıqlı təhsil xadimi kimi yox, eyni zamanda mübariz və sarsılmaz əqidəyə malik ictimai-siyasi fəaliyyəti ilə də tanımışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda baş verən ictimai-siyasi proseslərdə Ə.Quliyev yaxından və fəal şəkildə iştirak etmişdir. O, Ulu Öndər Moskvadan Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyevə qarşı ölkədə hakimiyyətdə olan partnomenklatura, daha sonra isə psevdodemokratların haqsız hücumlarına və böhtan kampaniyasına qarşı keçirilən bir çox mitinqlərin fəal iştirakçısı və təşkilatçısı olmuşdur. Xüsusən Yeni Azərbaycan Partiyasının təşəkkül tapması prosesinə fəal şəkildə qoşulan Ələkbər müəllim 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının iştirakçısı olmuşdur. Onun YAP-ın təşəkkülü və formalaşması prosesində iştirakı bununla məhdudlaşmamış, Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə partiyanın Naxçıvan Şəhər Təşkilatının yaradılması prosesinə rəhbərliyi  üzərinə götürmüş, bu işin öhdəsindən uğurla gəlmişdir.

Qeyd edək ki, bu proses heç də hamar getməmişdir. Həmin dövrdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin həm ölkə, həm də muxtar respublika miqyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə qarşı təxribatları özünün pik nöqtəsinə çatmış, 1992-ci il oktyabrın 24-də Naxçıvanda AXC Naxçıvan şəhər və Ordubad rayon təşkilatlarının rəhbərlərinin və  qanunsuz silahlı dəstələrinin iştirakı ilə dövlət çevrilişinə cəhd edilmişdir. Azərbaycan Respublikasının ozamankı daxili işlər naziri İ.Həmidovun başçılığı ilə həyata keçirilən bu dövlət çevrilişi cəhdi Naxçıvan əhalisinin ciddi müqaviməti nəticəsində iflasa uğrasa da, həmin qüvvələr bir tərəfdən Yeni Azərbaycan Partiyasının yaradılması və fəaliyyətinə mane olmağa çalışmış, digər tərəfdən isə muxtar respublikada ictimai-siyasi şəraitin gərginləşməsi istiqamətində fəaliyyət göstərmişlər.

Məhz belə bir şəraitdə Ə.Quliyev YAP Naxçıvan Şəhər Təşkilatının yaradılması işinə rəhbərliyi zamanı AXC Naxçıvan Muxtar Respublika və şəhər orqanlarının rəhbərlərinin başçılığı altında dəfələrlə ciddi fiziki və psixoloji təzyiqlə üzləşmişdir. Hətta bir sıra hallarda həyatına təhlükə yaranması belə Ələkbər müəllimi öz əqidəsindən döndərə bilməmiş, o, qətiyyətlə Ümummilli Lider Heydər Əliyevin ardıcılı kimi öz yoluna davam etmişdir. Beləliklə, 1993-cü il noyabrın 5-də YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransında Ə.Quliyev yekdilliklə təşkilatın sədri seçilmişdir. O, ömürünün sonunadək - 18 il bu vəzifədə çalışaraq, tutduğu mövqedə YAP-ın inkişafına və fəaliyyətinə öz töhfələrini vermişdir. Bu müddətdə YAP üzvlərinin sayı dəfələrlə artmış, təsis konfransındakı bir neçə yüz nəfərdən 13 min nəfərə çatmışdır. Ə.Quliyev ona etimad edilən siyasi işin öhdəsindən layiqincə gəlmiş, minlərlə insanın Ulu Öndər Heydər Əliyevin ideyaları işığına, Yeni Azərbaycan Partiyasının sıralarına cəlb olunmasında mühüm rol oynamışdır. Məhz bu fəallığın nəticəsi idi ki, o, eyni zamanda 1995-2000-ci illərdə YAP Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini vəzifəsində çalışmış, istər muxtar respublika miqyaslı, istərsə də respublika miqyaslı partiya tədbirlərinin fəal iştirakçısı olmuşdur.

Ə.Quliyevin ictimai-siyasi fəaliyyəti yalnız partiya işi ilə məhdudlaşmamış, o, Naxçıvan MR Ali Məclisinin birinci (1995-1996), ikinci (2002-2005), üçüncü (2005-2010) çağırışlarının deputatı seçilmiş və Ali Məclisin komissiya (komitə) sədri olmuşdur.

Ələkbər Quliyev 2010-cu ilin yanvar ayında ömrünün 62-ci ilində həyatla qəfildən vidalaşsa da, o, bu ömrə zəngin bir həyat salnaməsi sığışdıra bilmişdir. Məhz bunun nəticəsidir ki, bütün muxtar respublika sakinləri, təhsil mühiti, yeni azərbaycançılar Ələkbər müəllimi, onun ictimailəşmiş həyatını, pedaqoji-maarifçi və ictimai-siyasi fəaliyyətini böyük ehtiramla xatırlayırlar. O, hər şeydən əvvəl prinsipial, ciddi, əqidəli, səmimi və ədalətli insan kimi öz müasiri olan nəsillərin yaddaşında müsbət obrazı ilə qalmaqdadır. Həm siyasi əqidəsinə, ideoloji baxışlarına, həm də maarifçilik fəaliyyətinə görə özünün vətənpərvər azərbaycanlı obrazı ilə xüsusi rəğbətlə anılan Ələkbər Nuru oğlu Quliyevin xatirəsi onun əqidə yoldaşlarının və Naxçıvan təhsil ictimaiyyətinin qəlbində daim yaşayacaqdır.

 

Elman CƏFƏRLİ,

YAP Naxçıvan Şəhər Təşkilatının sədri,

Ali Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!