08 Oktyabr 2026 11:49
511
DÜNYA
A- A+
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub


Fransada lisey şagirdlərinin etiraz aksiyaları davam edir. Oktyabrın 8-də başlayan yeni aksiya günü - “4-cü mərhələ” çərçivəsində xüsusilə Parisdə səhər saatlarından etibarən bir sıra liseylərin qarşısında zibil qutuları və taxta paletlərlə blokadalar qurulub.

AZƏRTAC xəbər verir ki, tələbə və lisey şagirdləri birlikləri paytaxtda və ölkənin digər şəhərlərində yeni yürüşlərə çağırış edib. Milli Təhsil sahəsində fəaliyyət göstərən Snes-FSU, CGT və FO kimi bir sıra həmkarlar ittifaqları da aksiyalara qoşulub. Onların fikrincə, hökumət lisey şagirdlərinin tələblərinə hələ lazımi cavab verməyib. Çərşənbə axşamı keçirilən “3-cü mərhələ” zamanı ölkə üzrə 266 mindən 450 minədək insanın nümayişlərdə iştirak etdiyi bildirilir.

Baş nazir Sebastyan Lökornü dünən axşam çıxışında gənclərin narazılığının səbəbsiz olmadığını bildirib və hökumətin ilk qərarlarının oktyabrın sonunda açıqlanacağını vəd edib. O, müəllim çatışmazlığının aradan qaldırılması, məktəblərin maddi vəziyyəti, dərs vaxtının təşkili və Parcoursup sistemində şəffaflıqla bağlı beş istiqamətdə işə başlanacağını açıqlayıb.

Hökumətin lisey şagirdlərinin tələbləri ilə bağlı açdığı məsləhətləşmə platformasına artıq 40 mindən çox təklif daxil olub. Baş nazir bu məlumatların ictimaiyyətə açıqlanacağını bildirib.

Etirazlar fonunda polis müdaxilələri də diqqət mərkəzindədir. Daxili işlər naziri Loran Nunez hərəkatın başlanmasından bəri Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən 18 iş açıldığını bildirib. O, Lens şəhərində 15 yaşlı yeniyetmənin əlini itirməsindən sonra lisey şagirdlərinin aksiyaları zamanı səs qumbaralarının tətbiqinin müvəqqəti dayandırılmasını tapşırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT: Yəməndə avqustdan bəri 333 mindən çox insan didərgin düşüb

18:14
13 Noyabr

Yaddaş itkisinin gizli səbəbi tapılıb

18:03
13 Noyabr

Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir

17:47
13 Noyabr

Yer kürəsinin ən uzun heyvanı 119 metr uzunluğundadır  

17:44
13 Noyabr

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

17:43
13 Noyabr

Azərbaycan-Böyük Britaniya əlaqələrində yeni səhifə  

17:31
13 Noyabr

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?  

17:25
13 Noyabr

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb  

17:22
13 Noyabr

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

17:14
13 Noyabr

Qeyri-müntəzəm yuxu rejiminin gözlənilməz təhlükəsi üzə çıxıb

17:02
13 Noyabr

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

16:33
13 Noyabr

Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

16:31
13 Noyabr

Dublin Sammiti Azərbaycanın qlobal siyasi məkanda rolunun genişləndiyini nümayiş etdirdi  

16:26
13 Noyabr

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib  

16:25
13 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  

16:23
13 Noyabr

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub  

16:17
13 Noyabr

11400 illik gil məmulatları aşkarlanıb  

15:40
13 Noyabr

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

15:35
13 Noyabr

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA

15:29
13 Noyabr

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu  

15:28
13 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib  

15:23
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!