08 Fevral 2025 09:40
557
Mədəniyyət
A- A+
Lənkəran Diyarşünaslıq Muzeyinin binası da tarixdir 

Lənkəran Diyarşünaslıq Muzeyinin binası da tarixdir 


Ötən ilin sonlarında 100 illiyi böyük təntənə ilə qeyd olunan Lənkəran Tarix-Diyarşunaslıq Muzeyi 1924-cü ildə yaradılıb. Muzeyin yerləşdiyi bina üç mərtəbə olmaqla 12 otaqdan ibarətdir. Yerli memarlıq abidəsi hesab olunan bu tikili ötən əsrin əvvəllərindən Cənub bölgəsində yaxşı tanınan Mirəhməd xanın sarayı olub.

Xan evi kimi tanınan bu saray Mirmustafa xandan sonra hakimiyyətə gələn Mirhəsən xanın tək övladı Mirəhməd xanın öz sevimli həyat yoldaşı Tuğra xanımın (həm də əmisi qızı olub) şərəfinə inşa etdirdiyi binadır. Xan evinin inşasında istifadə olunan bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilib. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemləri olub.

Bu cür sarayları özünəməxsus edən cəhətlərdən biri də daxildən şəhər ətrafına çıxan gizli yeraltı yolların olmasıdır. Bu yollar mümkün ola biləcək xalq üsyanları zamanı saray sahibinin və onun ailə üzvlərinin qaçıb salamat qala bilməsi üçün nəzərdə tutulurdu. Mirəhməd xanın evindən də indi mayak kimi tanıdığımız yerə qədər yeraltı yol hazırlanmış, muzey fəaliyyətə başlayanda həmin yol aşkarlanaraq qapadılsa da, mayak hələ də durur. 

Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş olunur. Əsas fondda 6500-dən çox eksponat mühafizə edilir. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr (1917-1945-ci illər), müasir dövr (1945-ci ildən hazırkı dövrə qədər). Başqa sözlə bölmələr belə adlanır: daş abidələr, Lənkəran xanlıqlar dövründə, Lənkəranın mədəniyyəti, Lənkəranın arxeoloji tapıntıları, Lənkəranda elm və təhsilin inkişafı.

Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılıb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir.

Uzun illər bu ünvanda fəaliyyət göstərən muzeyi daha da zənginləşdirmək və sahəsini genişləndirmək məqsədilə 1913-cü ilin sentyabrında bu tarixi binanın əsaslı təmirinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidənqurma və bərpa işləri aparılıb. 2015-ci ilin aprel ayında Prezident İlham Əliyev muzeydə yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub. 

Ölkəmizdə tarixi-mədəni irsin qorunmasında və təbliğində mühüm rol oynamış bu muzeyin 100 illiyi və "Xan evi" kimi tanınan binanın tikilməsinin 111 illiyi münasibətilə ötən ilin dekabrında "Vətən tarixi ədəbi əsərlərdə" adlı tədbir keçirilib.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

13:00
19 Mart

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:59
19 Mart

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

12:58
19 Mart

MDB-nin mənzil-qərargahında “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub

12:33
19 Mart

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb  

11:55
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

11:43
19 Mart

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

11:37
19 Mart

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

11:32
19 Mart

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

11:21
19 Mart

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

10:58
19 Mart

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

10:57
19 Mart

Məhkəmə-Hüquq Şurasının iclasında bir sıra qərarlar qəbul olunub

10:56
19 Mart

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

10:56
19 Mart

Əkrəm İmamoğlu saxlanılıb

10:55
19 Mart

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb

10:54
19 Mart

"Torpaq əlimdə, Bahar ürəyimdə"

09:45
19 Mart

Bahar həm də hünər fəslidir

09:40
19 Mart

Bayram kimi nəğmələr

09:35
19 Mart

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

09:34
19 Mart

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

09:33
19 Mart

Bakıda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA

09:33
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!