Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır
Otuz ildən çox həsrət qaldıq bu torpaqlara, ötən bu illərdə Laçının təbii sərvətlərindən də uzaq düşmüşdük. Artıq Laçınımız azaddır. Onun dağlarında, meşələrində bitən müalicəvi tərkibli min bir dərdə dərman olan bitkiləri mövsüm boyunca toplayıb tədarük edirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Laçın sakini Osman Həsənov söyləyib.
Dəniz səviyyəsindən 1100 metrdən çox yüksəklikdə yerləşən Azərbaycanın dilbər guşəsi olan Laçın təbiəti, havası, suyu və münbit torpağı ilə tanınır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpağa malik olan bu yerlər zəngin bitki örtüyü ilə seçilir. Xüsusən də Laçının təbiətində müalicəvi əhəmiyyəti ilə fərqlənən bir çox bitki var.
Osman dayı 1948-ci ildə Laçının Mişni kəndində dünyaya göz açıb, uşaqlıqdan Laçının dağı, dərəsini gəzərək, orada bitən bitkilərin sirlərini mənimsəyib. Torpaqlarımız azad edildikdən sonra bu bitkiləri mövsüm boyu toplayaraq, təyinatı üzrə istifadə olunması üçün əlindən gələni əsirgəmir. Bildirir ki, Laçında yetişən bitkilər tərkibinə görə çox fərqlənir. Bu bitkilərə kəklikotu, ətotu, qantəpər, çobanyastığı, zəncirotu, solmazçiçəyi, dazıotu, çaşır, qarayarpız, qurdotu və saymaqla bitməyən digərləri aiddir.
Həmsöhbətimiz bu işlə iki il əvvəl fərdi qaydada məşğul olmağa başlayıb. Sonra “Bakı Abadlıq Xidməti”nin xətti ilə ona dəstək üçün bu işə 5 nəfər də cəlb olunub: “Mövsüm yeni başlayıb, xeyli zəncirotu yığmışıq. Sonra baldırqan, yarpız, kəklikotu və digər bitkilər yığacağıq. Ötən il bu bitkiləri yığıb qablaşdırdıq və satdıq. Əvvəl sellofan torbalarda satırdıq, indi isə qablaşdırımış formada təklif edirik. İstərdim ki, gələcəkdə bu işi daha da genişləndirim, yeni işçilər cəlb olunsun”.
Osman dayı deyir ki, Laçının dağları, dərələri bulaqlarla zəngindir. Lakin işğal dönəmində istifadəsiz qalan su mənbələrimizin çoxu itib-batıb. “Biz yaşlı nəsil həmin bulaqların suyu ilə böyümüşük. Laçınımız azad olunandan sonra bir neçə bulağın yerin tapdıq, gözü tutulanları yenidən bərpa etdik. Çalışırıq bu işlərə cavanları cəlb edək ki, sərvətlərimizi tanısınlar”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdir
21 May
Türkiyə sülh prosesini yaxından izləyir
21 May
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə...
21 May
Kamerun Respublikasının Prezidenti zati-aliləri cənab Pol Biyaya
21 May
"Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gə...
21 May
"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dö...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
21 May
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" A...
21 May
"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli ...
21 May
Ş.V.Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında...
21 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!