23 Aprel 2024 08:45
230
SİYASƏT
A- A+

Laçında sərhəd-keçid məntəqəsinin açılması suverenliyin tam təminatına gedən yolun başlanğıcı oldu

 

Bu, gələcək böyük təxribatların qarşısını aldı

 

Ötən ilin bu günü Azərbaycanın Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsi qurması Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatını məhdudlaşdırmağa başladı.
2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazilərində qalan tör-töküntülərinə silah-sursat, hərbi vasitələr, canlı qüvvə göndərirdi. Eyni zamanda aprelin 22-də Ermənistan tərəfindən bu qanunsuz daşımaların daha rahat şəkildə həyata keçirilməsi üçün Azərbaycan ilə sərhəddə Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurdular. Buna adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi açıldı. Təbii ki, bu sərhəd-keçid məntəqəsinin qurulmasınndan ölkəmizə qarşı istifadə etmək istəyən, bunu qeyri-qanuni hesab edən qüvvələr də az olmadı. Amma bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi və beynəlxalq hüquq normalarına tam uyğun idi. 
Bu məntəqənin qurulması Qarabağdakı erməni dəstələrinə dəstəyi məhdudlaşdıraraq,  gələcək böyük təxribatların qarşısını aldı. Beləliklə, ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesi başlandı. 
Milli Məclisin deputatı Sahib Alıyev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Laçında sərhəd-keçid məntəqəsinin yaradılması Qarabağdakı miatsumçular üçün nəfəsliyin bağlanması, Ermənistanın onları qanunsuz şəkildə silahlandırmasının qarşısının alınması demək idi. 
Deputat qeyd edib ki, bu, həmçinin Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistanda planlaşdırıldığı kimi, uzun müddət qalmalarının perspektivsizliyini ortaya çıxaran çox mühüm faktorlardan biri idi: "Açıq deməliyik ki, əgər bir il əvvəl bu hadisə baş verməsəydi, onda 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri çox qısa vaxtda və bu cür uğurla başa çatmazdı. Yəni bir cümlə ilə qiymətləndirməli olsaq, separatçıların Qarabağı tərk etmələrində, o rejimin özünü buraxmasında, Rusiya hərbi kontingentinin Azərbaycan torpaqlarından çıxıb getməsində, hətta Qazaxın eksklav olmayan 4 kəndinin geri qaytarılmasında da məhz bir il öncə atılan bu addım çox mühüm rol oynadı".
S.Alıyev vurğulayıb ki, Laçında sərhəd-keçid məntəqəsinin açılması Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin edəcəyini və bunun üçün bütün riskləri gözə almağa hazır olduğunu ortaya qoyan ən mühüm hadisə idi. Proseslərin sonrakı gedişi də bunu təsdiqlədi.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video