30 Sentyabr 2025 09:05
14014
Oxucu məktubları
A- A+
Küçə "marketinq"i

Küçə "marketinq"i


Bu qanunsuz "ticarət növü" illərdir Bakının bəlasına çevrilib


Küçə ticarəti, xüsusən də piyada səkilərinin meyvə-tərəvəz obyektləri tərəfindən zəbt olunması məsələsi artıq illərdir paytaxtda ciddi narazılıq doğuran problemlərdən biridir. Şəhərin əksər küçələrində, bazar ətrafında və yaşayış məhəllələrində rast gəlinən bu hal həm sağlamlıq baxımından, həm də sosial və hüquqi cəhətdən Bakının əsl başağrısıdır.

Məlumdur ki, səkilərin əsas təyinatı piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. O üzdən onların küçə "tacir"ləri tərəfindən zəbt olunması piyadaların yolunu daraldır, bəzi hallarda onları avtomobil yoluna çıxmağa məcbur edir. Bu isə yol hərəkəti iştirakçılarının həyatını risk altına salır. Uşaqlı ailələr, yaşlı insanlar və fiziki məhdudiyyətli şəxslər üçün bu vəziyyətin fəsadı daha acınacaqlı olur.

Başa düşürük ki, meyvə-tərəvəz satıcılarının bu cür fəaliyyət göstərməsinin əsas səbəbi alıcıya daha yaxın olmaq, yoldan keçən insanları müştəriyə çevirmək istəyidir. Düzdür, çox vaxt bu yolla daha çox alıcı toplamağa nail olurlar. Amma anlamırlar ki, bu həm qanunsuz ticarət forması, həm də şəhərin abadlığının pozulması deməkdir. Belə şəraitdə həmçinin gigiyena məsələləri sual altına düşür. Açıq havada, tozun, avtomobil tüstüsünün içində satılan meyvə-tərəvəz insan sağlamlığının düşmənidir. Biz hələ belə ərazilərin ətrafının antisanitar vəziyyətə düşməsini, aləmi bürüyən üfunət iyini demirik. Üstəgəl çəkidə aldatma, çürük məhsulların alıcıya sırınması və s.

Problemin digər tərəfi isə şəhərin görünüşünə vurulan zərbədir. Müasir şəhərlərin abadlaşdırılmasında səliqə, təmizlik və vizual harmoniya əsas şərtlərdən biridir. Lakin səkilərin müxtəlif köhnə çadırlarla, nizamsız taxta, karton, plastik qutularla və rəngbərəng torbalarla zəbt olunması ərazinin ümumi görkəmini korlayır. Bu hal ilk növbədə  qonaqlarda, o cümlədən turistlərdə şəhərimiz barədə mənfi rəy yaradır. İndi gəl onlara and-aman elə ki, Bakı bu deyil. 

Əlbəttə, küçə ticarəti birdən-birə yaranmayıb. Şəhərimizdə uzun illər fəaliyyət göstərən, vaxtilə hamının yaxşı tanıdığı "Şüşəli bazar", "Nəsimi bazarı", "Təzə bazar", "Yasamal bazarı"nın yerində yaşayış binalarının və  başqa obyektlərin tikilməsi də küçə ticarətinə yol açan səbəblərdəndir.  Belə səbəblər sırasında sosial-iqtisadi amillər də az deyil. İnsanların bir qismi iş yerlərinin azlığı, icarə haqlarının yüksək olması səbəbindən küçədə alver etməyə məcbur olur. Burada dövlət qurumlarının da üzərinə məsuliyyət düşür. Alternativ ticarət yerlərinin yaradılması, bazarların daha əlçatan edilməsi, icarə şərtlərinin sadələşdirilməsi satıcıların küçəyə çıxmasının qarşısını ala bilər. Müvəqqəti, bir-iki günlük obyekt sahiblərini polis vasitəsilə "qovmaq" məsələnin həll yolu deyil, problemi yaradan səbəb aradan qaldırılmalıdır.

Həll yolları isə həm inzibati, həm də maarifləndirici tədbirlərdən ibarət olmalıdır. Bir tərəfdən qanunsuz küçə ticarətinə qarşı mübarizə sərtləşdirilməli, digər tərəfdən satıcılara alternativ imkanlar təklif edilməlidir. Şəhər sakinlərinin də maarifləndirilməsi önəmlidir. Alıcı yalnız normal satış nöqtələrindən məhsul alarsa, küçə ticarətinə də ehtiyac olmaz. 

Dəfələrlə deyilməsinə baxmayaraq, hələ də bələdiyyələr bu problemin həllinə qoşulmur, "şənbə günü" bazarlarının açılmasına və fəaliyyətinə heç bir şərait yaratmır.

Göründüyü kimi, küçə ticarəti yalnız bir qrup insanın qazanc maraqları ilə bağlı məsələ deyil. Bu həm ictimai, həm sağlamlıq, həm də şəhər abadlığı ilə bağlı problemdir. Ona görə də məsələnin həllinə kompleks yanaşılmalıdır.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava müşahidə olunub, Şahdağa qar yağıb  

12:41
21 Mart

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

12:11
21 Mart

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

11:13
21 Mart

Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib

09:08
21 Mart

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!