13 Dekabr 2024 13:49
274
DÜNYA
A- A+
Kokain qaçaqmalçısı Kolumbiyadan Rusiyaya ekstradisiya edilib

Kokain qaçaqmalçısı Kolumbiyadan Rusiyaya ekstradisiya edilib


 Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, 3,2 kq-dan çox kokain qaçaqmalçılığında ittiham olunan şəxs Kolumbiyadan Rusiyaya edilib.

“Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə yerli sakin Ramirez Munoz Moskvaya gətirilib. O, ölkəmizdə qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur" - Volk deyib.

Polisin məlumatına görə, 2016-cı ilin mayında Munoz və onun əlaltıları Kolumbiyadan Rusiyaya hava yolu ilə kokainin daşınmasını təşkil ediblər. Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, çəkisi 3,2 kq-dan çox olan narkotik vasitə iki poçt qutusunda gizlədilib.

Volkun  sözlərinə görə, 2017-ci ilin noyabrında cinayətdə iştirak edən şəxs beynəlxalq axtarışa verilib və “İnterpol kanallarının cəlb olunması sayəsində o, Kolumbiya Respublikası ərazisində saxlanılıb”. Rusiya Federasiyası Baş Prokurorluğunun tələbini təmin edərək, xarici tərəfdaşlar axtarışda olan şəxsin ekstradisiyası üçün prosedur təşkil ediblər.

Dekabrın 12-də Boqotadakı El Dorado Beynəlxalq Hava Limanında təqsirləndirilən şəxs Moskvaya çatdırılmaq üçün Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!