30 May 2023 15:47
541
DÜNYA
A- A+

Kiril əlifbası ilə yazılmış ən qədim mətn tapılıb

 

Bolqarıstanın Balak-Dərə qalasında aparılan qazıntılar zamanı üzərində dua olan qurğuşun lövhə tapılıb. Arxeoloqlar əvvəlcə köhnə metal parçasına o qədər də əhəmiyyət verməyiblər. Onu təmizləyib muzey fondlarına göndərmək üçün şəklini çəkməyə başlayanda lövhədəki yazı diqqətlərini çəkib. Tədqiqat nəticəsində bunun elmə məlum olan ən qədim kiril yazısı olduğu müəyyən edilib.
Tapıntının rus dilinin tarixi ilə birbaşa bağlı olduğu bildirilir. Belə ki, Balak-Dərə hərbi qalası Böyük Çar Şimeonun dövründə Bolqar ordusunun forpostu olub, üzərində yazı olan lövhə də bu dövrə aiddir. Belə lövhələr döyüşdən əvvəl döyüşçülərin boynuna taxılırdı.
Qazıntılara rəhbərlik edən Bolqarıstan Milli Tarix Muzeyinin baş kuratoru, arxeoloq İvaylo Kanevin sözlərinə görə, tapılan lövhə qalanın Bolqar qarnizonunun əsgərlərinə məxsus olub və çox güman ki, 916-927-ci illər arasında hazırlanıb. Bunu hərflərin üslubu və lövhənin tapıldığı arxeoloji təbəqə sübut edir. Yeddi sətirlik mətndə Pavel və Nikola adlı iki nəfərin adı çəkilir. Onların Balak-Dərədə xidmət edən döyüşçülər olduğu güman edilir.
Qeyd etmək lazımdır ki, indiyə qədər “921-ci il” yazısı kiril əlifbası ilə yazılmış ilk mətn sayılırdı. O, Bolqarıstanda, Krepça kəndi yaxınlığındakı qaya monastırının divarında tapılmışdı. 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video