07 Fevral 2026 09:50
1368
SİYASƏT
A- A+
Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti


Bakı Hərbi Məhkəməsində separatçı rejimin keçmiş rəhbərlərinə oxunan hökmlər Ermənistandakı revanşist müxalifəti, kilsə və onlara xaricdən dəstək verən dairələri ciddi şəkildə məyus edib. Çünki fevralın 5-də separatçı tör-töküntülərin üzünə oxunan hökmlər, sadəcə, çoxsaylı cinayətlər törətmiş ünsürlərin ağır formada cəzalandırılması deyil, eyni zamanda, onillər ərzində uydurulmuş miflərin və gorbagor olmuş "Artsax" xülyasının hüquqi müstəvidə dəfn edilməsi idi. 

O səbəbdən, bu şəxslərin dünyanın gözü qarşısında cəzalandırılması Ermənistan müxalifətinin və onlara qucaq açanların ideoloji məğlubiyyəti sayılır. Həbs olunan separatçıların verdiyi ifadələrdə müharibə cinayətləri və onların sifarişçiləri, xarici dövlətlərin münaqişədəki gizli rolları da ifşa olundu. Bununla da, erməni himayədarlarının "humanitar" kartdan istifadə edərək bu cinayətkarları xilas etmək cədhləri fiaskoya uğradı. Məhkəmə prosesi beynəlxalq aləmə göstərdi ki, separatizm və dövlət suverenliyinə qəsd heç vaxt cəzasız qalmır. 

Ancaq erməni müxalifəti və kilsə yaranmış "fürsətdən" Nikol Paşinyan hökumətini zəiflətmək və Azərbaycanı hədəf göstərmək məqsədilə maksimum istifadə edirlər. Müxalif dairələr bu hökmləri Ermənistanın "milli rüsvayçılığı" kimi qiymətləndirir, Paşinyanı Bakıda məhkəmə qarşısında cavab verən şəxslərin taleyinə biganə qalmaqda və onların azad edilməsinə maraq göstərməməkdə ittiham edirlər. Hüquqşünas Siranuş Saakyan "ədalətli mühakimənin" təmin edilməməsi iddiasını irəli sürür. Kampaniyanın başında duran "Hayastan" bloku və terrorçu "Daşnaksütyun" partiyasının tərəfdarları Azərbaycana qarşı təhdid dolu videolar yayırlar. Şübhə yox ki, erməni müxalifətini və kilsəni separatçıların taleyi yox, Paşinyanı daha çox küncə sıxışdırmaq maraqlandırır. Əslində, revanşistlər də yaxşı bilirlər ki, separatçı rəhbərlərin törətdiyi konkret cinayətləri ört-basdır etmək qeyri-mümkündür. Paşinyan hökumətinin susqunluğu isə İrəvanın real vəziyyəti qəbul etmək məcburiyyətindən irəli gəlir. 

Prosesə özünəxas şəkildə burnunu soxan düşmənlərdən biri də Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin olub. Zatulin Bakıda keçirilən məhkəmə prosesini "siyasi qisas" və "qondarma ədalət" adlandırıb. O, ittiham olunan şəxslərin heç vaxt Azərbaycan vətəndaşı olmadıqlarını iddia edərək, onların Azərbaycan qanunları ilə mühakimə edilməsini qanunsuz sayıb. Erməni sevdalısı Paşinyanı öz həmyerlilərini taleyin ümidinə buraxmaqda və "xəyanətdə" suçlayıb. 

Zatulinkimilər unudurlar ki, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya birliyi Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu səbəbdən, Azərbaycanın öz ərazisində qanunsuz silahlı birləşmələr yaradan və separatçılıq fəaliyyəti göstərən şəxsləri mühakimə etməsi dövlətimizin legitim hüququdur. Beynəlxalq hüquqa görə, cinayət törədilən yerin qanunları əsas götürülür. Separatçı ünsürlər hansı ölkənin pasportunu daşımasından asılı olmayaraq, Azərbaycan qanunları qarşısında cavabdehlik daşıyırlar. Həmçinin ittihamlar, sadəcə, separatçılıqla bağlı deyildi, bu şəxslər dinc əhaliyə qarşı törədilmiş terror aktlarında, yaşayış məntəqələrinin bombalanmasında, Xocalı soyqırımında birbaşa iştirak ediblər, yaxud əmrlər veriblər. Bunlar beynəlxalq səviyyədə ağır cinayətlər hesab edilir. Üstəlik, Ermənistanın indiki rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib ki, bu da beynəlxalq sənədlərə əsaslanan bir reallıqdır. 

Xülasə, məhkəmə proseslərinin beynəlxalq hüquq normalarına uyğun keçirilməsi, vəkillərin təmin edilməsi və prosesin işıqlandırılması üçün şərait yaradılması erməni müxalifətinin və onların dəstəkçilərinin bütün əsassız ittihamlarını alt-üst edir. Bakı Hərbi Məhkəməsinin çıxardığı qərarlar, sadəcə, hüquqi prosedur deyil, eyni zamanda 30 illik işğal, terror və separatizm dövrünə vurulan tarixi möhürdür. Bu hüquqi zəfər bölgədə davamlı sülhün və sabitliyin də ən böyük təminatıdır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

Süni intellektə tələbat yaddaş çiplərinin qiymətini rekord həddə çatdırıb  

18:39
22 Sentyabr

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

18:34
22 Sentyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:32
22 Sentyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub

18:28
22 Sentyabr

 Şirin içkilərin tez-tez qəbulunun gizli təhlükəsi 

18:28
22 Sentyabr

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

18:18
22 Sentyabr

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

18:13
22 Sentyabr

Tarixdə ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxılıb

18:04
22 Sentyabr

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

17:54
22 Sentyabr

Göz quruluğuna qarşı təbii vasitə aşkar edilib   

17:49
22 Sentyabr

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:48
22 Sentyabr

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

17:45
22 Sentyabr

“ADEX 2026” və “Securex Caspian” sərgiləri 3 gün davam edəcək

17:41
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!