05 Sentyabr 2026 10:00
531
İQTİSADİYYAT
A- A+
Kiçik biznesin böyük rolu

Kiçik biznesin böyük rolu


KOB iqtisadi inkişafın dayağıdır


Azərbaycan iqtisadiyyatının inkişafında kiçik və orta biznes subyektlərinin (KOB) rolu getdikcə artır. KOB yeni iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli iqtisadiyyatın inkişafı baxımından çox əhəmiyyət daşıyır. Böyük şirkətlərlə müqayisədə daha çevik və dəyişən bazar şərtlərinə daha tez uyğunlaşa bilən KOB istehlakçı tələbatının ödənilməsində və yeni biznes ideyalarının reallaşdırılmasında da mühüm rol oynayır.

Kiçik və orta biznesin iqtisadiyyatda tutduğu mövqe, təbii ki, yalnız gəlir əldə edən kommersiya subyektləri olması ilə məhdudlaşmır. KOB-lar özəl sektorun əsas fəaliyyət subyektlərindən biri kimi iqtisadi fəallığın artmasında, yeni biznes təşəbbüslərinin formalaşmasında və sahibkarlıq mühitinin inkişafında mühüm rol oynayır. Bu cür biznesin müxtəlif iqtisadi fəaliyyət sahələrində iştirakı rəqabətin güclənməsinə, məşğulluğun artmasına və bazarın tələblərinə uyğun yeni məhsul və xidmətlərin formalaşmasına şərait yaradır.

Ümumiyyətlə, KOB iqtisadiyyatın hər sahəsində iştirak edən və bazarın real ehtiyaclarına çevik reaksiya verən sahibkarlıq subyektləridir. Ölkəmizdə fəaliyyət göstərən sahibkarların kifayət qədər yüksək faizini KOB-ların təşkil etməsi bu sektorun iqtisadi həyatımızdakı çəkisini aydın göstərir. Ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm və ictimai iaşə, sənaye, daşınmaz əmlak kimi özəl sektor və digər sahələrdə fəaliyyət göstərən KOB-lar iqtisadi fəallığın müxtəlif istiqamətlərində öz izini qoyur. 

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov özəl sektorun inkişafında bu yanaşmanın əhəmiyyətini belə vurğulayır: "Özəl sektorun inkişafı, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə 70 minə yaxın KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən yararlanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan Elektron KOB evi portalından da artıq istifadə etmək mümkündür".

Bu geniş fəaliyyət miqyası KOB sektorunda müşahidə olunan artım dinamikasında da öz əksini tapır. Son 6 ildə Azərbaycanda KOB subyektlərinin sayı 74 faiz artaraq 424 mini ötüb. Eyni dövrdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 10 milyard manatdan 21 milyard manata çatıb, bu sektorda məşğulluq isə 47 faiz artıb. Göstəricilər KOB-un ölkə iqtisadiyyatında rolunun iqtisadi dəyərin və məşğulluğun formalaşmasında getdikcə artdığını göstərir. Artımın arxasında isə biznes mühitinin yaxşılaşması və KOB-ların ehtiyaclarına uyğun dövlət dəstək mexanizmlərinin istiqamətində həyata keçirilən tədbirlər dayanır.

Həmin dəstəyin konkret istiqamətlərindən biri də sosialyönümlü sahibkarlığın inkişafıdır. Bu istiqamətdə həyata keçirilən "Qarabağ KOB-ları" layihəsi Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və onların üzvlərinin sahibkarlıq fəaliyyətinə cəlb olunmalarına, məşğulluqlarının təmin edilməsinə və sosial rifahlarının yaxşılaşmasına dəstək verir. Layihə çərçivəsində iştirakçılar biznes və peşə təlimlərinə cəlb olunurlar. Təlimləri uğurla başa vuranlara seçdikləri fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşanı da əhatə edib. İl ərzində 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. 

Bu kimi təşəbbüslər göstərir ki, KOB-lara yönələn dövlət dəstəyi sahibkarlığın daha geniş sosial və regional müstəvidə inkişafına xidmət edir. Burada məqsəd təbii ki, sadəcə, yeni sahibkarlıq subyektlərinin yaranmasını artırmağa yönəlməyib. Onların dayanıqlı şəkildə böyüməsi vacib şərtdir. Bu baxımdan mikrosahibkarın kiçik, kiçik sahibkarın orta, orta biznesin isə daha iri biznesə çevrilməsi iqtisadi inkişafın təbii və arzuolunan mərhələləridir.

KOB-ların iqtisadiyyatda artan çəkisi onların innovasiya və rəqabət mühitinin formalaşmasında da rolunu gücləndirir. İndi KOB-ların daha çevik fəaliyyət göstərməsi ön plandadır - bu, zamanın tələbidir. Ona görə də KOB subyektləri bazardakı dəyişikliklərə tez uyğunlaşmalı, innovativ yeniliklərə uyğunlaşmalı, müasir texnologiyalardan istifadə edərək yeni məhsul və xidmətlər təqdim etməlidirlər. KOB-ların belə fəaliyyəti bazarda rəqabətin güclənməsinə, sahibkarların məhsul və xidmətlərin keyfiyyətini artırmasına, həmçinin istehlakçı tələblərinə daha çevik cavab verməsinə yol açır. Elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal texnologiyaların biznes proseslərinə inteqrasiyası və innovativ biznes ideyalarının dəstəklənməsi sahibkarların daha müasir və rəqabətqabiliyyətli fəaliyyət modelinə keçidini sürətləndirir. Xüsusilə kiçik biznes üçün texnologiyaların əlçatanlığının artması onların böyük şirkətlərlə rəqabət imkanlarını genişləndirir. Rəqabətin güclənməsi isə sahibkarları daha keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə, xərcləri azaltmağa və resurslardan daha səmərəli istifadə etməyə sövq edir. Bu mənada KOB-lar innovasiyanın iqtisadiyyata yayılmasında və daha çevik, rəqabətli özəl sektorun formalaşmasında mühüm rol oynayır.

KOB-ların inkişafı göstərir ki, kiçik biznesin iqtisadiyyatda rolu heç də kiçik deyil. Bu müəssisələr məşğulluğun təmin olunmasında, yeni biznes təşəbbüslərinin yaranmasında, eləcə də iqtisadi inkişafın bir çox istiqamətində çox böyük rol oynayırlar. Və bütün bunlar onu deməyə əsas verir ki, KOB-ların inkişafına qoyulan investisiya bütövlükdə özəl sektora və ölkə iqtisadiyyatına yatırılan sərmayədir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!