19 İyun 2025 08:25
403
CƏMİYYƏT
A- A+
Kəngərliyə qayıdış davam edir

Kəngərliyə qayıdış davam edir


Dünən Böyük qayıdış proqramı çərçivəsində Ağdam rayonunun Kəngərli kəndinə daha 40 ailə - 154 nəfər köçürülüb. Bununla da kənd sakinlərinin sayı 847 nəfərə çatıb. Təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Kəngərli sakinlərinə qovuşan sayca 14-cü yaşayış məntəqəsi, Ağdam rayonunun isə ikinci kəndidir.

İllərdir yurd həsrəti çəkən kəngərlilər bu günü bayram ab-havası ilə yaşayırlar. Bu insanlar bir gün yenidən dədə-baba torpaqlarına ayaq basmaq, uşaqlıq xatirələrini canlandırmaq arzusu ilə yaşayıblar. İndi artıq istəkləri gerçəkliyə çevrilib.

Əzəli torpaqlarına 32 ildən sonra qovuşan keçmiş məcburi köçkün İsmayıl Bağırov deyib ki, yenidən Kəngərliyə, doğma yurduna qayıtmaq yaşadığı ən böyük həsrətin bitməsi deməkdir: "Bu torpağa olan ümidim heç vaxt itməyib. Kəndi tərk edən son sakinlərdən biri idim. Ayrıldığım gün hələ də gözümün önündədir. Ancaq sənədlərimizi götürə bilmişdik. Hər şeyimizi, xəyallarımızı, arzularımızı, gəncliyimizi, mal-mülkümüzü qoyub çıxdıq o torpaqlarda. Amma həmişə inanmışıq ki, 30 yaşında çıxmalı olduğum kəndə bir gün geri dönəcəyik. Çox şükür, bu günləri görmək bizə nəsib oldu. Bizim torpaqlara qayıdışımız toy-bayramdır. O qədər sevincliyəm ki, qəhər məni boğur. Ali Baş Komandanımıza, ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Bu günə bizi onlar yetirdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin".

Kəngərliyə qayıdanlar arasında yalnız uşaqlığı, gəncliyi bu torpaqlarda keçənlər deyil, həm də doğma yurd yerlərini ilk dəfə görənlər də var. 13 yaşlı Zeynəb Abbasova deyib ki, hər zaman nənəsi və babası ilə kənd haqqında danışıb, uşaqlıqdan bu yerləri görmək istəyib: "Onlar Ağdamı elə təsvir edirdilər ki, sanki bir nağıl aləmidir. Mən orada olmamışdım. Görmədiyim üçün çox üzülürdüm. İndi isə arzuma çatmışam. Doğma yurda qovuşmaq unudulmaz hissdir. Kəngərlidə yaşayıb, burada təhsil alacağam, yeni dostlarım, müəllimlərim olacaq. Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm".

Kəngərli kəndində sakinlərin rahatlığının təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib, yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub, sakinlərin işlə təmini üçün müvafiq addımlar atılıb. Açılışı mayın 10-da gerçəkləşən Kəngərliyə birinci mərhələdə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Ümumilikdə isə kənd 2544 nəfər üçün nəzərdə tutulub. Əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr insanların təhlükəsiz və dayanıqlı şəkildə yurdlarına qayıtmasını təmin edir. Bu günədək artıq 15 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması reallaşdırılıb, 14997 nəfər (3761 ailə) əzəli torpağına qovuşub. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 571 ailə (2091 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 376 ailə (1409 nəfər) Şuşa şəhərində, 86 ailə (346 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 180 ailə (840 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 90 ailə (306 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 180 ailə (592 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində, 186 ailə (775 nəfər) Ağdam rayonunun Sarıcalı kəndində, 197 ailə (847 nəfər) Ağdam rayonunun Kəngərli kəndində,  89 ailə (363 nəfər) Laçın rayonunun Bəylik kəndində məskunlaşıb. Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərdən əlavə, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır.

Qarabağa və Şərqi Zəngəzura qayıdan həyat, Azərbaycan xalqının əzmini, doğma yurda olan sonsuz sevgisini əks etdirir. Bu torpaqlarda inşa edilən hər bir bina, çəkilən hər bir yol Azərbaycanın gələcək inkişafı üçün mühüm zəmin yaradır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ulu Öndərin ömür yolu müstəqil Azərbaycanın tarixidir

16:57
13 İyul

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq  

12:51
13 İyul

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib  

12:36
13 İyul

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

12:01
13 İyul

DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb  

11:57
13 İyul

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib  

10:56
13 İyul

Türkiyədə terrorçu kürdlər 40 ildən sonra silahı yerə qoymağa başlayıblar

10:45
13 İyul

Bilmək istəyirəm

10:40
13 İyul

Ağstafada Milli Qəhrəman, şəhid zabit Rafiq Alıcanovun 60 illiyi qeyd olunub

10:35
13 İyul

Klublarımızın reytinqdə mövqeləri

10:30
13 İyul

"Zirə"nin matçı yunanıstanlı hakimə tapşırıldı

10:25
13 İyul

Kris Kuaku "Qarabağ"da

10:20
13 İyul

Mikels ümidlidir

10:15
13 İyul

"Turan Tovuz"dan daha bir transfer 

10:10
13 İyul

"Hər şey yaxşılığa doğru gedir"

10:05
13 İyul

Milli Mətbuat Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib

10:00
13 İyul

Ustad rejissor

09:55
13 İyul

Qızmar yay günlərində yaşıl Bakı parkları əsl istirahət yeridir

09:50
13 İyul

Ucqar dağ kəndinin problemləri həll edilir

09:45
13 İyul

Masallıda xeyriyyəçilərin dəstəyi ilə ehtiyacı olanlar üçün yeni evlər tikilir

09:40
13 İyul

Sahibkarlar maarifləndirilir

09:35
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!