08 Oktyabr 2026 12:39
369
İQTİSADİYYAT
A- A+
Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb  


Kənd Təsərrüfatı Nazirliyi pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama yayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, son günlər ayrı-ayrı fermerlər tərəfindən bəzi pambıq tədarükçüsü şirkətləri tərəfindən təhvil alınmış pambıq məhsulunun dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı müxtəlif media resurslarında və sosial şəbəkələrdə müraciətlər yayımlanır.

“Bununla əlaqədar bildiririk ki, Azərbaycanda pambıq istehsalçıları ilə pambıq emalı və tədarükü ilə məşğul olan şirkətlər arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” (Contract Farming) modeli əsasında tənzimlənir. Bu çərçivədə tərəflərin hüquq və öhdəlikləri qarşılıqlı qaydada imzalanmış müqavilələrlə müəyyən edilir.

Müvafiq müqavilə şərtlərinə əsasən, istehsal mövsümü ərzində şirkətlər tərəfindən fermerlərə verilmiş avanslar, həmçinin təqdim olunmuş mineral gübrə, pestisid, toxum və göstərilmiş texniki xidmətlərin dəyəri mövsümün sonunda təhvil verilmiş pambıq məhsulunun ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi isə məhsulu tədarük edən şirkətin müqavilə üzrə öhdəliyidir.

Qeyd edirik ki, dövlət tərəfindən pambıqçılığın inkişafının stimullaşdırılması məqsədilə fermerlərə istehsal edib tədarük məntəqələrinə təhvil verdikləri pambıq məhsuluna görə əlavə məhsul subsidiyası ödənilir. Bu subsidiya əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyi tədbiridir.

Pambıq istehsalçılarına subsidiyaların ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” əsasında həyata keçirilir.

Daxil olan fermer şikayətlərində adı çəkilən tədarükçü şirkətlərə pambıq məhsulu təhvil vermiş fermerlərin məhsul subsidiyası nazirlik tərəfindən vaxtında ödənilib. Fermerlərin əsas narazılığı isə təhvil verdikləri pambıq məhsulunun dəyərinin müvafiq şirkət tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.

Bildiririk ki, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlər özəl hüquqi şəxslərdir və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Bu səbəbdən nazirlik və onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə özəl şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf hesab olunmur və tərəflər arasındakı müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyillər.

Bildiririk ki, pambıq şirkətləri özəl müəssisələrdir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmirlər. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının da məhkəməyə müraciət etmə hüquqları var.

Eyni zamanda, fermerlərin üzləşdiyi problemin həlli və pambıq tədarükü sahəsində müqavilə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərlə mütəmadi müzakirələr aparılır. Şirkətlərə fermerlər qarşısında götürdükləri müqavilə öhdəliklərinə ciddi riayət etmələri, təhvil aldıqları pambıq məhsulunun dəyərini müqavilə şərtlərinə uyğun olaraq vaxtında və tam şəkildə ödəmələri ilə bağlı müvafiq tövsiyələr verilir”,- deyə məlumatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

10:20
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK  

09:41
09 Oktyabr

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB  

09:31
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL  

09:19
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!