Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Artım həm bitkiçilik, həm də heyvandarlıq məhsulları üzrə olub
Prezident İlham Əliyevin bölgələrə növbəti səfərləri, Şirvan suvarma kanalının təməlini qoyması, Qarabağ suvarma kanalının yenidən qurulması barədə sərəncam imzalaması aqrar sektorun inkişafının daim diqqətdə olduğunu bir daha təsdiq etdi. Sahədə aparılan işlərin davamlı olması isə təbii ki, öz müsbət nəticələrini göstərir.
Ölkənin kənd təsərrüfatı getdikcə irəliləyir, unudulmuş, tənəzzülə uğramış sahələr dirçəldilir, məhsuldarlıq artır. Şirvan suvarma kanalının təməlini qoyarkən dövlətimizin başçısı demişdir: "Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti ilə tanış olmuşam. Mənə məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada - Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır - nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti - bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük - Hacıqabulda hər hektardan 7 ton. Amma torpağı daim münbit olan yerlərdə bu rəqəm daha da arta bilər".
Məqsəd də budur. Hədəf həm də təkcə bir məhsul növü üzrə deyil, kənd təsərrüfatının bütün sahələrində yüksək göstəricilərə nail olmaqdır. Bəs Azərbaycan kəndlisi bu ilin birinci rübünə necə yekun vurub? Hazırda kənddə hansı işlər görülür? Bu ilin bol məhsulu barədə nikbin proqnoz vermək olarmı? Dövlət Statistika Komitəsinin təqdim etdiyi fakt və rəqəmlərə nəzər salaq.
Bu ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 444,6 milyon manat təşkil edib. Bunun 1 milyard 368,5 milyon manatı heyvandarlıq, 76,1 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1, bitkiçilik məhsulları istehsalı 2,9 faiz artıb.
Hazırda ölkədə yaz-tarla işləri gedir və ilin ötən 3 ayında 121,5 min hektar sahədə və ya keçən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 20,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 3 min hektarı dən üçün qarğıdalı), 27,1 min hektar sahədə kartof, 27,3 min hektar sahədə tərəvəz, 3,5 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə şəkər çuğunduru, 36,5 min hektar sahədə çoxillik otlar və 3,5 min hektar sahədə birillik otlar əkilib.
Təsərrüfatlarda yanvar-mart aylarında 96,6 min ton, yaxud keçən ilin eyni dövrünə nisbətən 2,7 faiz çox tərəvəz məhsulları yetişdirilib.
Mal-qaranı və qoyun-quzunu qışlamadan salamat çıxaran heyvandarlarımız da ilin əvvəlindən yaxşı nəticələr əldə etməyə səy göstəriblər. Belə ki, yanvarın 1-dən martın sonunadək quş əti də daxil olmaqla diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta istehsal edilib. Bununla da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,6, süd istehsalı 0,6, yumurta istehsalı 5,2 faiz artıb.
Aprelin 1-i vəziyyətinə ölkədə 7 milyon 206 min baş qoyun və keçi, 2 milyon 512,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 238,8 min baş inək və camış, 4965 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 49,3 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton quş əti və 296,6 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələrdə cəmi quşların sayı 10 milyon 607,5 min baş olub və hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.
Nə xoş ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də məhsul istehsal olunur. Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyarkən indi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafının da geniş vüsət aldığını qeyd etmişdir: "Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik".
Görülən genişmiqyaslı işlər, həyata keçirilən önəmli layihələr bizi kənd təsərrüfatı məhsullarının idxalından imtina edəcəyimiz günə yaxınlaşdırır.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstan demokratiyası risk altındadır - ABŞ
02 May
300 illik şəhər quraqlıq zamanı yenidən peyda oldu
02 May
Yeni tərkibli çörək istehsal ediləcək
02 May
Geyinilə bilən portativ kondisioner təqdim edilib
02 May
İran ABŞ-nin 5 şirkəti və 7 fiziki şəxsinə sanksiya tətbiq edib
02 May
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
02 May
Ukraynanın enerji sisteminin yarısı işləmir - Nazir
02 May
UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib
02 May
Ronaldu "Əl-Nəsr"i Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxarıb
02 May
Gürcü politoloq: Bəzi qüvvələr Gürcüstanda dövlət çevrilişi etmək istəyir
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!