29 Avqust 2026 08:40
1286
SİYASƏT
A- A+
Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  

Kayrat Osmonaliyev: "Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir"  


Qırğızıstan Azərbaycan üçün "şərq qapısı"na çevrilir


"Azərbaycan-Qırğızıstan münasibətləri 2026-cı ildə strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik və geoiqtisadi qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni mərhələsinə keçib. Xüsusilə vacib məqam ondan ibarətdir ki, nəqliyyat və investisiyalar vahid strategiyada birləşdirilməyə başlayır. Cari il iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində tərəflər müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalı isə 200 milyon dollaradək artırılıb. Prezident İlham Əliyev bununla yanaşı, bu məbləğin də son hədd olmadığını açıq şəkildə qeyd edib. Qırğızıstan-Azərbaycan münasibətləri tədricən qardaşlıq diplomatiyasından qarşılıqlı bağlılığın geoiqtisadiyyatına keçir. Qırğızıstan şərq tranzit potensialını, hidroenergetikanı, aqrar resursları, turizm imkanlarını və Mərkəzi Asiya bazarlarına çıxışı təmin edir. Azərbaycan isə Xəzərə çıxışı, nəqliyyat infrastrukturunu, logistika sahəsində təcrübəsini, energetika üzrə imkanlarını, həmçinin Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edir".

Bunu AZƏRTAC-a müsahibəsində Qırğızıstanın Azərbaycandakı sabiq səfiri Kayrat Osmonaliyev deyib.

- Bişkekdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Türkmənistan və Xəzər dənizi üzərindən Azərbaycana uzanan Orta dəhlizə inteqrasiyasının strateji əhəmiyyəti necə qiymətləndirilir?

- Mən Çin-Qırğızıstan-Özbəkistan (ÇQÖ) dəmir yoluna yalnız Qırğızıstanın milli infrastruktur layihəsi kimi deyil, Orta dəhlizin şərq istiqamətində mühüm davamı kimi yanaşardım. Burada nəzərə alınmalı məqam ondan ibarətdir ki, söhbət vahid və dəyişməz marşrutdan getmir. Orta dəhlizin Qazaxıstan üzərindən keçən şimal Xəzər qolu ilə yanaşı, Özbəkistan-Türkmənistan-Xəzər-Azərbaycan marşrutunu əhatə edən və getdikcə daha çox əhəmiyyət qazanan cənub qolu da mövcuddur. Azərbaycan tərəfi Xəzər istiqamətini Türkmənbaşı, Aktau, Kurık və Bakı limanlarını əhatə edən geniş nəqliyyat şəbəkəsi kimi nəzərdən keçirir. ÇQÖ dəmir yolunun tikintisi isə bu şəbəkənin yük bazasının genişlənməsinə imkan yarada bilər.

Xüsusilə cənub marşrutunun perspektivləri diqqət çəkir. ÇQÖ dəmir yolunun istifadəyə verilməsi Qırğızıstan-Özbəkistan-Türkmənistan-Türkmənbaşı limanı istiqamətində yeni nəqliyyat bağlantısının formalaşmasına şərait yarada bilər. Regionun biznes dairələri də bu marşrutun Qazaxıstan üzərindən keçən alternativ istiqamətlərlə müqayisədə daha əlverişli tariflər və daha az yüklənmə baxımından üstünlüklər yarada biləcəyini gözləyirlər.

Qırğızıstan baxımından layihənin strateji əhəmiyyəti daha genişdir. ÇQÖ dəmir yolu ölkəni Çin-Mərkəzi Asiya yük axınlarının son nöqtəsindən Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyə və Avropa bazarlarına çıxan Trans-Avrasiya nəqliyyat zəncirinin mühüm həlqəsinə çevirə bilər. Dəmir yolu əlaqələri baxımından məhdud imkanlara malik Qırğızıstan üçün bu, həm beynəlxalq tranzit, həm də daxili nəqliyyat inteqrasiyası baxımından mühüm addımdır. Ölkənin mövcud dəmir yolu şəbəkəsinin parçalanmış olması və şimal ilə cənub arasında birbaşa bağlantının olmaması yeni layihənin əhəmiyyətini daha da artırır.

Azərbaycan üçün isə Qırğızıstan Orta dəhlizin şərq istiqamətində mühüm tərəfdaşa çevrilə bilər. Burada tərəflərin maraqları bir-birini tamamlayır: Qırğızıstanın dünya bazarlarına daha səmərəli çıxışa, Azərbaycanın isə sabit və artan şərq yük axınına ehtiyacı var. Azərbaycan artıq dəhlizin qərb hissəsində mühüm infrastruktura - Ələt limanına, Bakı-Tbilisi-Qars dəmir yoluna və Xəzər üzrə nəqliyyat imkanlarına malikdir. Buna görə Azərbaycan-Qırğızıstan əməkdaşlığının perspektivləri yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş tranzit və regional əməkdaşlıq müstəvisinə keçir.

Bu baxımdan perspektivli nəqliyyat zəncirini Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər-Azərbaycan-Gürcüstan/Türkiyə-Avropa istiqamətində təsəvvür etmək mümkündür.

Beləliklə, ÇQÖ dəmir yolunun Orta dəhlizə inteqrasiyası Qırğızıstanın bu nəqliyyat sistemində kənarda qalan ölkə deyil, onun şərq istiqamətində əsas quru nəqliyyat qovşaqlarından biri kimi formalaşmasına imkan yarada bilər. Eyni zamanda layihə Mərkəzi Asiya ilə Azərbaycan arasında iqtisadi və logistika əlaqələrinin dərinləşməsinə, Orta dəhlizin yük bazasının genişlənməsinə və Çin-Avropa arasında alternativ nəqliyyat bağlantılarının güclənməsinə xidmət edə bilər.

- Qırğızıstan iqtisadiyyatının hansı sektorları, - energetika, logistika, turizm, kənd təsərrüfatı, - Azərbaycan biznesində daha böyük real maraq doğurur?

- Mən burada hər dörd sektoru eyni səviyyədə qiymətləndirməzdim. Energetika ən aktual istiqamətdir. Bu, artıq sadəcə potensial maraq deyil. 2025-ci ildə fond, digər layihələrlə yanaşı, İssık-Kul və Oş vilayətlərində iki kiçik SES layihəsini maliyyələşdirib. Buna görə də mən üç istiqamətdə inkişaf gözləyərdim: kiçik və orta hidroenergetika, enerji infrastrukturu, neft məhsullarının tədarükü və energetika sahəsində əməkdaşlıq. Sonuncu istiqamət xüsusilə maraqlıdır, çünki cari ilin iyulunda energetika sahəsində əməkdaşlığa dair sənədlər və 2026-2028-ci illər üçün yol xəritəsi imzalanıb.

Logistika potensial baxımdan ən strateji sektordur. Energetika ən aktual sahədirsə, logistika strateji baxımdan ən əhəmiyyətli sahəyə çevrilə bilər. Üstəlik, söhbət yalnız dəmir yolundan getmir. Quru limanlara, multimodal terminallara, anbarlara, soyuducu komplekslərə, nəqliyyat-ekspedisiya şirkətlərinə, yüklərin izlənməsi üzrə rəqəmsal sistemlərə, sığorta və ticarətin maliyyələşdirilməsi xidmətlərinə ehtiyac yaranacaq.

Özbəkistan tərəfi açıq şəkildə bildirir ki, Orta dəhlizin inkişafı quru limanlara, terminallara, anbarlara, soyuducu anbarlara, təmir müəssisələrinə, sığorta, maliyyə və rəqəmsal xidmətlərə tələbat yaradır. Burada Azərbaycan biznesinin Xəzər nəqliyyat qovşağı ilə işləmək təcrübəsi sayəsində təbii rəqabət üstünlüyü var.

Aqrar-sənaye kompleksi ən praktik istiqamətdir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu ilk vaxtlardan aqrar-sənaye kompleksini, bağçılığı, emalı və tekstil sənayesini prioritet istiqamətlər sırasına daxil edib. Lakin mən sadəcə kənd təsərrüfatı xammalının ixracına deyil, birgə istehsal zəncirlərinin yaradılmasına diqqət yetirərdim: qırğız xammalı - Azərbaycan texnologiyaları və kapitalı - Qırğızıstanda emal - Xəzər üzərindən ixrac. Məhz belə bir model hər iki tərəf üçün daha maraqlıdır.

Turizm sahəsində də əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Bu istiqamət daha uzunmüddətli perspektiv daşısa da, xüsusilə İssık-Kul gölü Qırğızıstanın əsas turizm üstünlüklərindən biridir. Azərbaycanın hotelçilik və turizm infrastrukturu sahəsində təcrübəsinin Qırğızıstanın dağ, sağlamlıq və ekoturizm potensialı ilə birləşdirilməsi yeni imkanlar yarada bilər. 2026-cı ildə Şuşa ilə Çolpon-Ata, Qəbələ ilə Karakol, Gəncə ilə Oş şəhərləri arasında qardaşlaşma haqqında sazişlərin imzalanması da bu baxımdan əhəmiyyətlidir. Bu təşəbbüslər gələcəkdə iki ölkə arasında yalnız mədəni əlaqələrin deyil, həm də qarşılıqlı turizm marşrutlarının inkişafına zəmin yarada bilər.

- Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 200 milyon dollara çatdırılmasını və bunun ÇQÖ-Türkmənbaşı-Xəzər-Bakı-BTQ marşrutu ilə əlaqəsini necə qiymətləndirirsiniz?

- Məncə, bu, sadəcə kəmiyyət deyil, keyfiyyət baxımından da bir addımdır. İlkin olaraq fondun kapitalı 25 milyon dollar təşkil edirdi. Daha sonra bu məbləğ 100 milyon dollaradək artırıldı, indi isə 200 milyon dollara çatdırılıb. Bununla yanaşı, 2026-cı ilin ortalarına doğru fond artıq fəaliyyətinin əsas mərhələsində idi. 11 təşəbbüs təsdiqlənmiş, təxminən min iş yeri yaradılmış, daha 30-a yaxın layihə isə nəzərdən keçirilməkdə idi. Prioritetlər sırasında energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən Qırğızıstan regionlarında həyata keçiriləcək layihələr göstərilirdi. Buna görə də mən 200 milyon dolları son investisiya həcmi kimi deyil, maliyyə rıçağı kimi qiymətləndirərdim. Əgər fond birgə maliyyələşdirmə, bank kreditləşməsi və özəl kapitalın cəlb edilməsi mexanizmlərindən istifadə edərsə, layihələrin real həcmi fondun nominal kapitalından əhəmiyyətli dərəcədə yüksək ola bilər.

İstərdim ki, CQÖ-Türkmənbaşı-Xəzər-Bakı-BTK marşrutunun potensial olaraq Çin təşəbbüsünü Orta dəhlizin qərb hissəsi ilə birləşdirə biləcək infrastruktur oxu formalaşdırmasına xüsusi diqqət yetirim. Buna görə də Bişkek üçün burada söhbət yalnız Qırğızıstandan nə qədər yük keçəcəyindən getmir. Daha vacib məsələ ölkənin bu tranzit ətrafında öz sənaye, logistika, enerji və ixrac ekosistemini yarada bilib-bilməyəcəyidir. Məhz bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun 200 milyon dollaradək artırılması xüsusi strateji əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

22:26
29 Avqust

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

20:53
29 Avqust

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

20:30
29 Avqust

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

19:47
29 Avqust

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

18:59
29 Avqust

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

17:51
29 Avqust

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

15:32
29 Avqust

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

15:14
29 Avqust

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

14:27
29 Avqust

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

13:25
29 Avqust

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

13:06
29 Avqust

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək

12:45
29 Avqust

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

12:06
29 Avqust

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

12:04
29 Avqust

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!