14 Avqust 2026 01:16
2060
Fərmanlar
A- A+
"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365 (Cild I); 2024, № 4, maddə 377, № 5 (I kitab), maddə 505) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 3.0.5-ci yarımbəndinə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" sözlərindən sonra ", "İstilik təchizatı haqqında" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 11, maddə 1020; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6.6-cı bənddə "elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin" sözləri "elektroenergetika, habelə istilik və qaz təchizatı subyektlərinin" sözləri ilə əvəz edilsin; 

2.2. həmin Fərmanla təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi" üzrə:

2.2.1.1.1-ci bənddə "elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində" sözləri "elektroenergetika, istilik və qaz təchizatı sektorlarında" sözləri ilə əvəz olunsunvə həmin bəndə "ötürücülər," sözündən sonra "qazı nəql edənlər, saxlayanlar," sözləri, "təchizatçılar" sözündən sonra ", qaz satıcıları" sözləri əlavə edilsin;

2.2.2. 3.1.5-ci və 3.2.3-cü yarımbəndlərdə "elektrik və istilik enerjisi, habelə" sözləri "elektrik enerjisi, istilik və" sözləri ilə əvəz edilsin;

2.2.3. 5.6-cı bənddə "elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin" sözləri "elektro-energetika, habelə istilik və qaz təchizatı subyektlərinin" sözləri ilə əvəz edilsin.

3. "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490 (Cild I); 2024, № 5 (I kitab), maddə 515; 2025, № 1, maddə 23, № 6, maddə 540; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il3 iyul tarixli 708 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissədə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində" sözləri "Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında" sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" üzrə:

3.2.1. adında "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində" sözləri "Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında" sözləri ilə əvəz edilsin; 

3.2.2. 1-ci hissə üzrə:

3.2.2.1. 1.1-ci bənddə "elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində" sözləri "elektroenergetika, istilik və qaz təchizatı sektorlarında" sözləri ilə əvəz edilsin;

3.2.2.2. 1.2-ci bənddə "və istilik enerjisi, habelə" sözləri "enerjisi, habelə istilik və" sözləri ilə əvəz edilsin;

3.2.2.3. 1.3.1-ci yarımbənddən "nəql edənləri (istilik enerjisinə münasibətdə)," sözləri çıxarılsın;

3.2.3. 2-ci hissə üzrə:

3.2.3.1. adında və 2.1-ci bəndin birinci abzasında "Elektrik və istilik enerjisi təchizatı sahəsində" sözləri "Elektroenergetika və istilik təchizatı sektorlarında" sözləri ilə əvəz edilsin;

3.2.3.2. 2.1.1-ci yarımbənddə "enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin" sözləri "təchizatı sektorunda təbii inhisar subyektlərinin" sözləri ilə əvəz edilsin;

3.2.3.3. 2.1.2-ci yarımbənddə "enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrin" sözləri "təchizatı subyektlərinin" sözləri ilə əvəz edilsin;

3.2.3.4. 2.2.2-ci yarımbənddə "enerjisi təchizatı sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində" sözləri "təchizatı sektorunda təbii inhisar subyektlərində" sözləri ilə əvəz edilsin;

3.2.3.5. 2.2.3-cü yarımbənddə "enerjisi təchizatı sahəsində fəaliyyət göstərən müəssisələrdə" sözləri "təchizatı subyektləri tərəfindən" sözləri ilə əvəz edilsin;

3.2.3.6. 2.2.4-cü yarımbənddən "enerjisi təchizatı" sözləri çıxarılsın;

3.2.3.7. 2.6.2-ci yarımbənddə "təchizatı müəssisələri" sözləri "enerjisinin paylayıcıları" sözləri ilə əvəz edilsin;

3.2.3.8. 2.6.6-cı yarımbənddə"enerjisinin təchizatı müəssisələri" sözləri "təchizatı subyektləri" sözləri ilə əvəz edilsin;

3.2.4. 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.1.4-cü (birinci halda) və 3.6.2-ci yarımbəndlərdə "sahəsində" sözü "sektorunda" sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 940 (Cild I); 2025, № 12 (I kitab), maddə 1162; 2026, № 1, maddə 30) ilə təsdiq edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nın 1.2-ci bəndində "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində" sözləri "Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında enerji masası: sərhəddə elektrik xətlərinin “işığı” müzakirə edildi

15:08
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!