22 İyun 2025 09:35
560
DÜNYA
A- A+
İsrail-İran qarşıdurması: gərginlik səngimir

İsrail-İran qarşıdurması: gərginlik səngimir


Kaya Kallas: "Yaxın Şərqdə vəziyyətin gərginləşməsi heç kimə sərfəli deyil"


Yaxın Şərqdə davam edən müharibənin doqquzuncu günü - iyunun 21-nə keçən gecə İsrail və İran yenidən qarşılıqlı zərbələr endiriblər. İranın "Fars" xəbər agentliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbəsinin hədəfi İsfahandakı nüvə obyekti olub. 

Yerli hakimiyyət zərbənin dəf edildiyini, təhlükəli materialların sızmasının olmadığını bildirib. Qeyd olunub ki, ölkənin qərbindəki nəhəng ballistik raket anbar tunelinə hücum edilib. Hücum 15 döyüş təyyarəsi və 30-dan çox döyüş sursatı ilə həyata keçirilib. Başqa bir dalğada isə 50 qırıcı təyyarə 130-dan çox sursatdan istifadə etməklə İsfahana hücum edib və orada nüvə obyektindən əlavə, hava hücumundan müdafiə batareyaları, tunellər və ballistik raket obyektləri də hücuma məruz qalıb.

Bundan bir qədər əvvəl İsrail ordusu İranın İsrailə raket zərbələri endirdiyini bildirib. "Röyter" agentliyi  Təl-Əviv ərazisində partlayışlar barədə xəbər  yayıb. Beyt - Şeanda vurulan raketdən qəlpələrin düşməsi nəticəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İsrailin İranın Qum şəhərində mənzilə endirdiyi hava zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fələstin bölməsinin rəhbəri Səid İzadi həlak olub. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib. Onun dediyinə görə, İzadi 2023-cü il oktyabrın 7-də İsrailə genişmiqyaslı hücumdan əvvəl HƏMAS-ı maliyyələşdirib və silahlandırıb. Nazir Səid İzadinin öldürülməsini "İsrail kəşfiyyatı və Hərbi Hava Qüvvələri üçün böyük nailiyyət" adlandırıb. 

İsrail Müdafiə Qüvvələri (IDF) SEPAH-ın "190-cı bölmə"sinin komandiri Behnam Şəhriyarini də öldürdüyünü bildirib. Məlumata görə, Şəhriyari iyunun 21-nə keçən gecə avtomobilini idarə edərkən İsrail Hərbi Hava Qüvvələrinin İranın qərbində endirdiyi zərbə nəticəsində öldürülüb. Həmçinin bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin 2-ci PUA briqadasının komandiri Aminpur Cudaki iyunun 20-də endirilən zərbə nəticəsində həlak olub. IDF-nin məlumatına görə, iyunun 13-də SEPAH-ın PUA aviasiyası  komandiri Taher Pur öldürüldükdən sonra dron hücumlarına rəhbərliyi Cudaki öz üzərinə götürmüşdü.

İran dövlət televiziyasının məlumatına görə, Salariyə rayonunda yaşayış binasına endirilmiş zərbə nəticəsində 16 yaşlı yeniyetmə həlak olub, iki nəfər isə yaralanıb. Bundan əlavə, Ynet portalı "Mehr" xəbər agentliyinə istinadən bildirib ki, İranın nüvə alimi İsar Təbatəbai-Qəmşeh və onun həyat yoldaşı İsrailin pilotsuz təyyarəsinin Tehranda mənzilə endirdiyi zərbə nəticəsində həyatlarını itiriblər.

ABŞ münaqişənin həllində diplomatiyaya arxalanmağa davam edir. Tramp administrasiyası diplomatiya yolu ilə nəticələr əldə etməyə ümidlidir. Bunu Dövlət Departamentinin sözçüsü Temmy Brüs gündəlik mətbuat konfransında deyib. Avropa ölkələri ilə İran arasında aparılan danışıqlara münasibət bildirən Brüs onların effektivliyinə şübhə ilə yanaşaraq,  "məhsuldar olmayan" adlandırıb. Bununla belə, onun sözlərinə görə, ABŞ hökuməti "bütövlükdə diplomatik həllə nail olmaq üçün hər bir yeni cəhd və fürsəti alqışlayır". Brüs qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə "bütün istiqamətlər üzrə işləyir", o cümlədən İran və İsrail arasındakı münaqişənin həlli üçün çalışır. "Bizim səylərimiz Prezidentin diplomatiyaya sadiqliyini və diplomatiyanın uğur qazanmağın yeganə yolu olduğuna inamını açıq şəkildə nümayiş etdirir", - deyə o, vurğulayıb.

İrana verilən ikihəftəlik müddətlə bağlı sualı cavablandıran Brüs bildirib ki, İran tərəfi ilə artıq görüşlər keçirilib və indi yekun qərarları Prezident Tramp verəcək. O, əlavə edib ki, "bu iki həftəni gözləmək böhrandan diplomatik çıxış yolu tapmaqda müsbət rol oynaya bilər". Brüs həmçinin Donald Trampın hələ də danışıqlara ümid etdiyini vurğulayıb, lakin xəbərdarlıq edib ki, əgər İran bu müddət ərzində ABŞ-nin maraqlarına və ya şəxsi heyətinə zərbə vurarsa, "nəticələr ağır olacaq".

Bu arada, "B-2" strateji stels bombardmançı təyyarələri ABŞ-nin Missuri ştatındakı bazasından havaya qalxıb. 8 yanacaqdoldurma təyyarəsi də  onlarla eyni istiqamətdə uçur. Bildirilir ki, "B-2" bombardmançıları İranın Fordodakı yaxşı mühafizə olunan nüvə obyektinə hücum üçün nəzərdə tutulan  təyyarələrdir.

Xəbər verildiyi kimi, cümə günü İran Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Cenevrədə Avropa ölkələrinin xarici işlər nazirləri ilə danışıqlar aparıb. Avropa tərəfi Tehranı dərhal ABŞ ilə dialoqu bərpa etməyə çağırıb və bunun regionda zorakılığın daha da artmasının qarşısını almaq üçün zəruri olduğunu vurğulayıb. Görüşdən sonra xarici işlər nazirləri - David Lemmi (Böyük Britaniya), Æan-Noel Barro (Fransa) və Yohan Vadeful (Almaniya) bildiriblər ki, İran "İsrailin zərbələrinin dayanmasını gözləmədən" danışıqlara başlamalıdır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın dediyinə əsasən, İran və A3 ölkələri Cenevrədəki nüvə müzakirələrində görüşləri davam etdirmək barədə razılığa gəliblər: "Danışıqları davam etdirmək barədə razılığa gəldik, danışıqlar prosesini açıq saxlamaq çox vacibdir. Təkcə nüvə məsələsi deyil, həm də  daha geniş məsələlər müzakirə olunacaq". Diplomat qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi heç kimə sərfəli deyil.

İranın xarici işlər naziri Abbas Əraqçi da öz növbəsində danışıqlara və diplomatiyaya hazır olduğunu təsdiqləyib, lakin şərt qoyub: "İsrailin hücumları dayandırılmalı, onlara görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir". 

İranın "Tasnim" agentliyinin məlumatına görə, danışıqların birinci raundu qarşılıqlı hörmət və bütün tərəflərin fikirlərinin nəzərə alındığı ciddi bir atmosferdə keçib. Bu proses davam etdikcə, qaldırılan bəzi məsələlər diplomatiyaya yol açmaq üçün daha da aydınlaşa bilər. İranla nüvə danışıqlarının memarları olan A3 ölkələri və Avropa hələ də tarixi rol oynamağa və diplomatiyanı inkişaf etdirmək üçün daha bir fürsət əldə etməyə ümid edirlər. Danışıqlarda vurğulanıb ki, yalnız təcavüzü dayandırmaqla ədalətli prosesə əsaslanan diplomatiyaya yol açıla bilər. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib  

23:08
15 İyul

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb  

22:34
15 İyul

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

20:49
15 İyul

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

20:26
15 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

19:41
15 İyul

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

19:01
15 İyul

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir  

18:37
15 İyul

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:01
15 İyul

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

17:57
15 İyul

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır  

17:31
15 İyul

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

17:30
15 İyul

Ukraynanın Baş naziri istefa verib

17:27
15 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb  

17:25
15 İyul

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir  

16:54
15 İyul

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur  

16:44
15 İyul

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

16:40
15 İyul

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub  

16:24
15 İyul

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib  

16:12
15 İyul

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

16:02
15 İyul

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək  

15:43
15 İyul

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb  

15:37
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!