01 Oktyabr 2023 10:10
291
SİYASƏT
A- A+
İrəvanda xaos davam edir

İrəvanda xaos davam edir

 

Məğlub separatçılar Nikol Paşinyana qarşı çevrilişə hazırlaşırlar

 

Hayastanda gərginləşən ictimai-siyasi durum ölkədə xaotik vəziyyət yaradıb. Mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdədir. Əsas niyyət iqtidara  qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.
İrəvanda Nikol Paşinyana qarşı təşkil edilən etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində 100-dən çox insan həbs edilib, bir o qədəri də yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən isə belə məlum olur ki, yaxın vaxtlarda Hayastanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki separatçılar Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsini istəmirlər.
Dünən  İrəvanda, Azərbaycan tərəfindən həbs edilən Ruben Vardanyan və digər separatçılara dəstək nümayişi keçirilib.
Keçmiş hərbi xuntanı təmsil edənlər Nikol Paşinyana qarşı hər hansı uğur əldə edə bilmədikləri üçün istiqaməti dəyişməyə, diasporun, kilsə və rusiyameyillilərin dəstəyini bu yolla əldə etməyə çalışırlar.
Mitinqin təşkilatçıları qeyd ediblər ki,  Qarabağdakı keçmiş terrorçu rejimin oyuncaq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabrda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda deyilib ki,  oyuncaq qurumun "keçmiş xarici işlər naziri" David Babayan, "müdafiə ordusunun keçmiş komandiri" Levon Mnatsakanyan, "təhlükəsizlik şurasının keçmiş rəhbəri" Arşavir Qaramyan və "müdafiə nazirinin keçmiş müavini" David Manukyan da saxlanılıb.
Etiraz aksiyaları zamanı polislər növbəti dəfə müxalifət fəallarına qarşı zorakılıq nümayiş etdiribər. Bu cür faktlara dair videoları dərc edən saytlar hətta "qırmızı beretli"lərdən birinin yaşlı qadına qapaz vurmasını yazıb. Görüntülərdə polisin bu davranışından sonra erməni qadınların onun üzərinə hücum etməsi də əks olunub.
Bu arada yayılan məlumatlara görə, Paşinyanın göstərişi ilə İrəvan küçələrinə əlavə hərbi və polis qüvvələri cəmləşdirilir. Erməni hərbi ekspert Samvel Koçaryan isə yaranmış vəziyyətdə ölkədə "rəngli inqilab"ın təşkil edildiyini vurğulayır.  Qeyd edilir ki,  günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbəttə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində "rəngli inqilab"a aparır. Etirazçılar başqa ölkələrdəki "rəngli inqilab" təşkilatçılarının metodları ilə hərəkət edirlər. "Rəngli inqilab"ın emissarları Hayastanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışırlar. Etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır.
Göründüyü kimi, İrəvanda  etirazlar səngimək bilmir. Nikol Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanı qarşıdakı dövr ərzində gərgin  günlər gözləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!