14 Yanvar 2026 20:19
362
CƏMİYYƏT
A- A+
“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  

“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  


Vyanada “Türk həftəsi” çərçivəsində “İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” mövzusunda ATƏT-in mənzil-qərargahında dəyirmi masa keçirilib.

Tədbir Türk Dövlətləri Təşkilatının (TDT) sədrliyi olaraq Azərbaycan Respublikasının və digər üzv ölkələrin ATƏT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı, TDT və ATƏT Katibliyinin dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada ATƏT-in Baş katibi Feridun Hadi Sinirlioğlu və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev açılış nitqi ilə çıxış edərək, nəqliyyat bağlılığı və ticarətin asanlaşdırılmasının regional əməkdaşlığın, iqtisadi dayanıqlığın və davamlı inkişafın gücləndirilməsində əhəmiyyətini vurğulayıblar.

Tədbirdə TDT-yə üzv ölkələrinin nəqliyyat sahəsinə cavabdeh qurumlarının nümayəndələri, eləcə də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) və TDT-nin Logistika Mərkəzləri və Yükdaşıyıcıları Alyansının rəhbərləri və Dünya Bankı və Hamburq limanının nümayəndələri çıxış ediblər. Dəyirmi masada hazırkı iqtisadi mühitdə Orta Dəhlizin artan əhəmiyyəti vurğulanıb, Xəzər dənizi regionu üzrə və onun hüdudlarından kənarda daşımaların və ticarətin asanlaşdırılması üçün TDT-yə üzv ölkələrinin milli və regional perspektivləri təqdim edilib, son illərdə yük axınında artım müşahidə olunan Orta Dəhliz boyunca ticarət və nəqliyyat əməkdaşlığında müsbət təcrübələr bölüşülüb.

Tədbirdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev çıxış edərək ölkəmizin geostrateji yerləşməsi, Orta Dəhlizin potensialı və onun inkişafında ölkəmizin mühüm rolu, Azərbaycan ərazisindən keçən yüklərin həcmi, ölkəmiz tərəfindən nəqliyyat sahəsində həyata keçirilən beynəlxalq əhəmiyyətli infrastruktur layihələri və Orta Dəhlizin potensialının artırılması istiqamətində görülən işlər, dəhliz boyunca yerləşən ölkələrlə əməkdaşlıq barədə ətraflı danışıb.

Dəyirmi masada ATƏT-in iştirakçı ölkələri, ATƏT Katibliyi və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!