Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın hədəfi 2027-ci ilə qədər Avropanı ildə 20 milyard kubmetr qazla təchiz etməkdir
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar davam edir. Konfransa olan maraq, iştirakçıların sayının getdikcə artması onu deməyə əsas verir ki, Bakıda iqlim dəyişikliyi ilə mübarizə istiqamətində çox mühüm qərarlar qəbul olunacaq. Bu baxımdan COP29 Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada qlobal təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə mərkəzinə çevrilməsini də təmin edəcək.
Neçə illərdir Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaş olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlara da göstərə biləcək ki, alternativ enerji ilə bağlı layihələr və "yaşıl enerji"nin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdən biridir.
Bu mötəbər tədbirin "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıracaq. Ölkəmiz həmçinin həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq.
Son illərdə Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir.
Hazırda Azərbaycan Avropanın 10 ölkəsinin ənənəvi enerji təminatçısıdır. Yəni Avropanın 10 ölkəsi Azərbaycandan qaz alır. Ən son sentyabrın 1-də Azərbaycan Xorvatiyaya qaz təchizatına başlayıb. SOCAR-ın məlumatına görə, qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və MET Qrup vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir. Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Xorvatiya həm də Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkədir.
Qeyd edək ki, bundan öncə SOCAR Sloveniyaya qaz tədarükünə başlayıb.
Müşahidəçilər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resurslarına marağı getdikcə artır. Onlar hesab edirlər ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-yə qaz ixracının dayandırılması Azərbaycan qazına tələbatı artırıb.
Ötən ilin iyulunda istismara verilən "Abşeron" qaz-kondensat yatağından ilkin hasilat sxemi mərhələsi üçün il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təqribən 580 min ton kondensat hasil edilib. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" platformasında yazıb. "Abşeron" yatağının mərhələli işlənməsi və illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə çatdırılması planları ölkəmizin, eləcə də regional və Avropa tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfələrdir", - deyə nazir qeyd edib.
Bu ilin iyul ayının 18-də Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyev bir daha Azərbaycanın enerji potensialı barədə məlumat verərək deyib ki, Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılması nəzərdə tutulur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
Dövlət başçısı çıxışında bir daha xatırladıb ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, Azərbaycan Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öhdəliyini yerinə yetirmək üçün çalışır. Bu, Azərbaycanın hədəfidir.
Azərbaycanın ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidinə gəldikdə isə deyə bilərik ki, bu istiqamətdə çox mühüm addımlar atılır, dost və tərəfdaş ölkələrlə müştərək layihələrin işlənməsi istiqamətində sazişlər imzalanır. Onlardan biri də 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"dir. Bu sazişə əsasən 4 ölkə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsini reallaşdırmaq üçün birgə səy nümayiş etdirirlər. Sentyabrın 3-də Buxarestdə saziş çərçivəsində keçirilən 8-ci Nazirlər-Rəhbər Komitənin iclasında energetika naziri Pərviz Şahbazov deyib ki, layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatı bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırılır.
Bununla yanaşı, Azərbaycan Rəqəmsal İpək Yolunun inkişafı çərçivəsində qonşu ölkələrlə birgə Xəzər dənizinin dibi ilə Körfəz ölkələrinə çıxışı olan fiber-optik kommunikasiya xətlərinin çəkilməsi layihəsi həyata keçirir. 2023-cü ildə "AzerTelecom" və "Qazaxtelecom" telekommunikasiya operatorları Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üçün birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar. Gələcək xətt Avropa və Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı "Rəqəmsal İpək yolu" (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.
Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau şəhərindən Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və 340 kilometrdən artıq olacaq. Qazaxıstanın Kurık limanından Bakı yaxınlığındakı Buzovna kəndinə uzunluğu təxminən 330 kilometr olan ehtiyat kanal çəkiləcək. 1000 kilometrlik sualtı kabel "uzunluğuna görə rekord vuracaq və başa çatdıqdan sonra "yaşıl enerji"nin idxalını asanlaşdıracaq".
Əlavə edək ki, Azərbaycan "yaşıl enerji" dəhlizinin əsas resurs mənbəyi olmaqla Avropa və Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq.
Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Bu, Azərbaycanın hədəfidir və bunun üçün potensial da var. Yaxşı sərmayə mühiti də mövcuddur. Bu da göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a evsahibliyi edəcək ölkə kimi "yaşıl enerji"yə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!