06 Aprel 2024 08:25
1447
SİYASƏT
A- A+
İlham Əliyevə gələn zənglər

İlham Əliyevə gələn zənglər

 

Qərb Azərbaycan Prezidenti ilə hesablaşır

 

Aprelin 3-də və 4-də bir gün ara ilə ABŞ Dövlət katibi Entoni Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə zəng vuraraq, Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında keçirilən 5 aprel görüşünün mahiyyəti, məqsədi barədə, sözün əsl mənasında, hesabat, izahat vermələri Qərb təsisatlarının Azərbaycan Prezidenti ilə birbaşa hesablaşdığını ortaya qoyur. Dünyanın "supergüc"lərinin rəsmi şəxslərinin ardıcıl zənglərinin özü belə göstərir ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycansız regionda hər hansı məsələnin, problemin öz həllini tapması mümkünsüzdür.
İzahat zənglərinin nümayiş etdirdiyi bir başqa gerçəklik isə reallıqları məhz Bakının diktə etməsi, faktiki olaraq gerçək gücün Azərbaycan Prezidenti İlham Əliyev olmasıdır.

 

Faktlara əsaslanan cavablar qarşı tərəfi susdurur

 

Bütün bunları ABŞ Dövlət katibi Entoni Blinkenin və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə zəng vurmalarının fonunda Azərbaycana qarşı təşkilatlanaraq məkrli siyasət həyata keçirmək istəyən qərəzli Qərbin də yaxşı anladığını görürük. 
Ümumiyyətlə, ABŞ də, Avropa da, Aİ də regionda gücün Azərbaycan olduğunu yaxşı bilirlər və Azərbaycanla hesablaşırlar. Onlar regionla bağlı atdıqları, planlaşdırdıqları bütün addımları ilə bağlı Bakıya hesabat verirlər. Və hər dəfəsində də Prezident İlham Əliyev onların iç üzlərini, yalanlarını ifşa edir, yanlışlarını üzlərinə deyir. Qərb rəsmiləri Azərbaycana qarşı nə qədər yalan, böhtan dolu ittihamlar səsləndirsələr də, İlham Əliyev onları faktlarla, gətirdiyi təkzibolunmaz dəlillərlə susdurur.  
Necə ki aprelin 3-də E. Blikenlə telefon danışığı zamanı dövlət başçısı İlham Əliyev Cənubi Qafqazla bağlı məsələlərdə özünün qırmızı xəttini cızıb, qətiyyətli mövqeyini ortaya qoyub, yalan, böhtan xarakterli iddiaları faktlarla rədd edib. 
Dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Dövlət başçısı həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işğəncələrə məruz qalması məsələsini diqqətə çəkib. C.Assancın ABŞ-yə ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulayıb. 
Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyevə zəngi zamanı da Brüsseldə keçirilən üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenə bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

 

Sülh prosesinə zərbə

 

Ermənistan Qərb dəstəkçilərinin təhriki ilə sülhdən yayınaraq siyasi manipulyasiya və hərbi təxribatlarla məşğul olur. Avropa İttifaqının Ermənistandakı getdikcə tərkibi genişləndirilən monitorinq missiyası (əslində, hərbi missiya) Ermənistanın təcavüzkar davranışlarını daha da artırıb. Başda Fransa olmaqla Aİ-yə üzv ölkələr tərəfindən Ermənistanın silahlandırılması bölgədə sülhü təhlükə altında qoyur. 
Ermənistan Azərbaycana qarşı ərazi iddiasından hələ də əl çəkməyib, Azərbaycan ərazisi olan bəzi kəndləri qaytarmayıb, sərhədlərin  müəyyənləşdirilməsi istiqamətində razılıq əldə edilməyib. 
E.Blinken və U.Lyayenin Prezident İlham Əliyevə zəng vuraraq 5 aprel görüşünün ölkəmizin əleyhinə olmadığını əsaslandırmağa çalışmaları da əslində, pərdə arxasında ayrı oyunların getdiyini açıq göstərir.
Neçə müddətdir ki, Azərbaycana qarşı təşkilatlanaraq "səlib yürüşü" həyata keçirən riyakar Qərb yaxşı bilir ki, Ermənistan üzərindən Cənubi Qafqazda bölücü xətlər həyata keçirmək planlarını açıq şəkildə gerçəkləşdirə bilməz. Buna Azərbaycan qətiyyən imkan verməz. Buna görə də həmişə olduğu kimi, üzdə bir söz deyib, əməldə başqa fəaliyyətlə məşğul olmağa çalışırlar. 
Lakin Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev də o qənaətdə olduğunu nəzərə çatdırdı ki,  ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Göründüyü kimi, regionun güc mərkəzi Azərbaycan baş verənlərin fərqindədir və heç zaman ikilistandartlı Qərbin Cənubi Qafqazı qan gölünə çevirmək kimi çirkin məqsədlərinə çatmasına imkan verməyəcək. 
Azərbaycanın gücünün və təsirinin, şəxsən Prezident İlham Əliyevin böyük siyasi lider olmasının növbəti göstəricisi olan və regiondan çox-çox uzaqlardan dövlət başçımıza gələn 3-4 aprel  zəngləri də bir daha ortaya qoydu ki, Bakının siyasi iradəsinin əksinə bölgədə hər hansı fəaliyyətlərin həyata keçirilməsi mümkün deyil. 
Cənubi Qafqazla bağlı gerçəkləşdiriləcək bütün işlər, atılacaq addımlar, həyata keçiriləcək layihələr əvvəlcə Bakı ilə birbaşa Prezident İlham Əliyevlə razılaşdırılmalıdır. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi xidmətdən və tibbi müayinədən yayınanları nə gözləyir?

17:11
20 May

Praqa Aİ və NATO-nun Avropanın təhlükəsizliyi üzrə rolunu qiymətləndirib  

17:10
20 May

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

16:36
20 May

Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir  

16:35
20 May

Macar nəşri: Bu gün Aİ korrupsiyaçılara qarşı qərar qəbul edəcək

16:33
20 May

NATO-nun Baş katibi ABŞ və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib  

16:30
20 May

Prezident: Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik

16:28
20 May

YAP sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib  

16:26
20 May

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir  

16:23
20 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

16:22
20 May

DİN: 10 nəfər saxlanılıb, 75 kiloqram narkotik dövriyyədən çıxarılıb

16:21
20 May

Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışıb  

16:19
20 May

Tailand nümayəndəsi: Bakıda keçirilən tədbir korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük rol oynayır  

16:17
20 May

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər  

16:07
20 May

Səudiyyə Ərəbistanının nümayəndəsi GlobE şəbəkəsinin 6-cı Plenar iclasından gözləntilərini açıqlayıb  

16:06
20 May

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

16:05
20 May

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

16:05
20 May

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib  

16:04
20 May

İranın Ali rəhbəri ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir  

16:03
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

16:02
20 May

Kayrat Sarıbay: Azərbaycan AQEM sədrliyi çərçivəsində inklüziv inkişafa diqqət yetirir  

16:01
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!