24 İyul 2026 10:00
634
DÜNYA
A- A+
Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib

Hindistanda tələbə etirazları hökumət üçün problemə çevrilib


Hindistanın müxtəlif şəhərlərində hakim partiyanın üzvləri, əsas müxalifət partiyası, tələbələr və polis arasında toqquşmalar baş verir. Hadisələr imtahan suallarının  sızması və hakimiyyət orqanları tərəfindən Telegram-ın müvəqqəti bloklanmasından sonra təhsil nazirinin istefasını tələb edən satirik "Xalq tarakanlar partiyası"nın etirazları ilə başlayıb.

Bu günlərdə qeyri-rəsmi  partiyanın minlərlə tərəfdarı Dehlidə toplaşaraq parlamentin binasına yürüş etmək istəyib. Bu zaman polislə toqquşmalar baş verib və təxminən 60 etirazçı və 118 polis əməkdaşı yaralanıb.

Hindistanın məşhur siyasi sülaləsinin varisi Rahul Qandi və əsas müxalifət Hindistan Milli Konqresinin (INC) digər liderləri "Xalq tarakanlar partiyası"nı dəstəkləyib və Baş nazir - Bharatiya Æanata Partiyasının (BÆP) lideri Narendra Modinin iqamətgahına yürüş ediblər. Orada polislə toqquşma baş verib, asayiş keşikçiləri Qandini və digər INC liderlərini saxlayıb, lakin sonradan sərbəst buraxıblar. Rahul Qandi təhsil naziri Dharmendra Pradhanın istefasını və 20 iyulda tələbə nümayişinin dağıdılmasına görə Baş nazir Modinin üzr istəməsini tələb edib. INC və BÆP üzvləri Hindistanın müxtəlif şəhərlərində mitinqlər və yürüşlər keçirib, bəzi yerlərdə bir-biriləri, bəzi yerlərdə isə polislə toqquşublar.

Hökumət hələlik təslim olmaq niyyətində deyil. Yüksəkvəzifəli bir məmur PTI xəbər agentliyinə nazir Dharmendra Pradhanın istefa verməyəcəyini bildirib. "Təhsil nazirinin istefasından söhbət gedə bilməz. Bu məsələ, ümumiyyətlə, gündəmdə deyil. Nazir imtahan suallarının sızmasında günahlandırıla bilməz, çünki o, bu məsələdə şəxsən iştirak etməyib", - deyə mənbə bildirib və təkrar imtahanın uğurlu olduğunu qeyd edib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb

17:01
24 İyul

Milli Məclis ABŞ konqresmenlərini erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə çağırıb

16:56
24 İyul

Tunisdə Azərbaycanda pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirilən islahatlardan danışılıb

16:51
24 İyul

Banqladeş Prezidenti istefa verib

16:49
24 İyul

Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib

16:42
24 İyul

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!