03 Fevral 2026 12:02
382
DÜNYA
A- A+
Hindistan iqtisadi əməkdaşlığı kənara ataraq siyasi ambisiyalarla çıxış edir  

Hindistan iqtisadi əməkdaşlığı kənara ataraq siyasi ambisiyalarla çıxış edir  


Müasir Hindistanın Böyük Britaniya koloniyasından azad olunaraq müstəqil dövlət kimi fəaliyyət göstərməsində mühüm rol oynayan, milli azadlıq hərəkatının lideri Mahatma Qandi, onun qızı Hindistanın Baş naziri İndira Qandi və nəvəsi İ.Qandinin oğlu, Hindistanın Baş naziri Raciv Qandi - bir nəsl sui-qəsd nəticəsində qətlə yetirilib. Bu sui-qəsdlər Hindistanda 100-dən artıq xalqın və etnik qrupun diskriminasiyaya məruz qalması nəticəsində baş verib.

AZƏRTAC xəbər verir ki, bu gün Hindistanda sayları 100 milyonu ötən siqhlər yenə də Narendra Modi rejiminin təzyiqləri altında əzilərək separatçılığa əl atır, destabil siyasi vəziyyətin yaranmasına şərait yaradırlar. Hindistanda yaşayan digər xalqlar barəsində də eyni sözləri söyləmək olar. Lakin rəsmi Dehli bu problemləri bir kənar buraxıb, xalqların problemlərini həll etmək, sayı 1,5 milyarda yaxınlaşan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə Hindistan Ermənistanı silahlandırır.

Son 2 ildə Hindistan ilə Ermənistan arasında 1,5 milyard dollar həcmində silah-sursat ticarəti barədə müqavilə imzalanıb və silahların bir hissəsi artıq Ermənistana verilib. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir zamanda bu silahlanmanın hansı məntiqlə həyata keçirildiyini başa düşmək bir az çətindir. Lakin gün kimi aydın olan odur ki, Hindistan Azərbaycanın Pakistan ilə strateji əməkdaşlıq əlaqələrini həzm edə bilməyərək regionda qeyri-sabitlik yaratmaq niyyətindədir. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan sülh naminə əməkdaşlığı davam etdirir. Lakin Ermənistan aldığı bu silahlardan 15-20 il sonra istifadə edib-etməyəcəyi böyük sual doğurur.

Fevralın 2-də Hindistanın Müdafiə Qərargahının rəisi, general Anil Çauxan İrəvanda səfərdə olub və Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Tərəflər hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bəyan ediblər. Bu səfərə kimi iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.

Hindistanın “Indian Aerospace Defense News” saytı bildirir ki, 2022-2023-cü illərdə Hindistan istehsal etdiyi silahların 43 faizini Ermənistana satıb, 2024-2025-ci illər üçün isə iki dövlət arasında 600 milyon dollar həcmində silah alışı barədə müqavilələr imzalanıb.

2020-ci il müharibəsindən sonra Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib. Bəzi məlumatlara görə, milyonlarla dollarlıq kontraktlarda təkcə “Pinaka” sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır və onlardan 6-sı artıq Ermənistana çatdırılıb. Görünür, Qərbdə dayaq tapa bilməyən Ermənistanın revanş hissi ilə yaşayan bəzi siyasi qüvvələri Şərqə üz tutub. Böyük oyunçularla birlikdə yenidən regionumuzda münaqişə ocağının yaradılmasına çalışırlar. Lakin istənilən halda uduzan tərəf Hindistan olacaq və bunun da səbəbi ondan ibarətdir ki, rəsmi Dehli özünün strateji müttəfiqi olan Rusiya ilə Azərbaycandan keçən nəqliyyat əlaqələrini kəsiləcək. Ermənistan isə “dəmir yumruğu” dadıb.

Hindistanın Azərbaycana münasibətindəki mənfi transformasiya N.Modu hakimiyyətə gəldikdən sonra baş verib. Onun düşüncəsinə görə, Azərbaycan Pakistanla əməkdaşlıq edərək Kəşmir münaqişəsində rəsmi İslamabadı dəstəkləyir. Kəşmir münaqişəsi Türkiyənin istefada olan generalı Mehmet Okkanın dediyi kimi “böyük güclərin yaratdığı və hazırda dondurduğu problemdir. Onu Hindistan və Pakistan həll edə bilməz”. Azərbaycanın isə ümumiyyətlə o münaqişə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan daim qarşılıqlı faydalı əməkdaşlığa can atan siyasət yürüdür və elə Hindistan ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında iştirak etməsi də təsadüfü xarakter daşımır. Bu dəhliz Hindistana Azərbaycandan daha çox lazımdır. Dəhliz Hindistanın Avropa və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə onun strateji əhəmiyyətini də artırır. ŞCBND dəhlizinin əsas seqmenti olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır. Bu yol Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Hindistanın Mumbai limanından Avropaya və Rusiyaya daşınan yüklər İranın Bəndər-Abbas limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq mənzil başına nəql olunacaq. “The Times of İndia” saytının yazdığına görə, ŞCBND Hindistanın Avropa ilə ticarət əlaqəsi üçün mühüm xarakter daşıyan yoldur. Bu dəhlizlə yüklər 45 günə deyil, 20 günə çatdırılacaq və nəqliyyat xərclərinin 40 faiz azalmasına səbəb olacaq. Göründüyü kimi Hindistan iqtisadi əməkdaşlığı bir kənara ataraq siyasi ambisiyalarla çıxış edir ki, bunun da nəticəsində qeyd etdiyimiz kimi uduzan tərəf olacaq.

Azərbaycan artıq regionun güc mərkəzinə çevrilib. Burada reallaşan və beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat layihələri ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu günlərdə ABŞ-ın vitse-prezidentinin Cey Di Vensin regionumuza səfəri gözlənilir. Orta Dəhliz və onun əsas seqmenti kimi fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin (TRİPP) həyata vəsiqə almaq ərəfəsində olduğu bir zamanda Hindistanın bu cür addımları necə qarşılanacaq? Hindistan təkcə tranzit yollardan və ticarət əlaqələrindən deyil, eləcə də ABŞ kimi qlobal dövlətin geosiyasi layihəsinin qarşısını kəsən bir subyekt kimi çıxış edəcək ki, bu da ona baha başa gələ bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Geosiyasi proseslərə neft bazarı ucuzlaşma ilə reaksiya verir  

16:18
03 Fevral

“AnewZ” telekanalının yeni sənədli filmi - “Liviya Qəddafinin devrilməsindən 15 il sonra”  

16:16
03 Fevral

Baş prokuror İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:15
03 Fevral

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

16:14
03 Fevral

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər  

16:12
03 Fevral

Cənubi Koreyada Afrika donuz taununa 6-cı yoluxma faktı təsdiqlənib

16:09
03 Fevral

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib  

16:05
03 Fevral

Rütte: Ukrayna üçün hava hücumundan müdafiə raketlərinin 90 faizi ABŞ-dan alınır  

16:05
03 Fevral

DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir  

16:04
03 Fevral

“Azexport” portalı Yaxın Şərq bazarlarına ixrac imkanlarını genişləndirir  

16:01
03 Fevral

Əlcəzairdə 4 silahlı öldürülüb

16:00
03 Fevral

Gürcüstanın Baş naziri: Orta Dəhliz sabit, etibarlı tranzit marşrutudur  

15:59
03 Fevral

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşıb - STATİSTİKA 

15:56
03 Fevral

DSX: Cari ilin yanvarında dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb

15:53
03 Fevral

Dövlət Agentliyi: Həkim və tibb personalı yeni tələblər barədə məlumatlandırılacaq

15:51
03 Fevral

Venesuela Vaşinqtona diplomatik missiya göndərəcək

15:50
03 Fevral

Azərbaycan ərazisində son dövrün ən güclü palçıq vulkanı püskürmələrindən biri baş verib  

15:49
03 Fevral

Sabah qar yağacaq, güclü külək əsəcək

15:47
03 Fevral

Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər  

15:46
03 Fevral

Çinin hibrid pilotsuz yük təyyarəsinin ilk uçuşu uğurla başa çatıb

15:45
03 Fevral

Zelenski: Ukraynanın enerji obyektləri yenidən hədəfə alınıb 

15:44
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!