06 Fevral 2026 18:36
824
CƏMİYYƏT
A- A+
Həyəcan təbili çalmağın zamanıdır

Həyəcan təbili çalmağın zamanıdır


Uşaq və yeniyetmələri virtual şəbəkələrin neqativ təsirindən xilas etməliyik


Sosial şəbəkələrin uşaq və yeniyetmələrin psixologiyasına təsiri dövrün ən mürəkkəb sosial probleminə çevrilib. Son günlər təhsil müəssisələrində yaşanan sarsıdıcı hadisələr də göstərir ki, yeniyetmələrin davranışı artıq fərdi nizam-intizam məsələsi olmaqdan çoxdan çıxıb. Cəmiyyətimizin gələcəyi hesab olunan uşaq və yeniyetmələrin əlində qələm-kitab əvəzinə silah rəqəmsal dünyanın neqativlərindən və onun səbəb olduğu böyük faciələrdən xəbər verir. 

Bu günlərdə Binəqədi rayonundakı “İdrak” liseyində şagirdin öz müəlliminə silahla xətər yetirməsi, Hacıqabulda 12 yaşlı yeniyetmənin digər azyaşlını bıçaqlaması qanun pozuntuları olmaqla yanaşı, həm də sosial xəbərdarlıqdır. Yaşanan hadisələr sosial şəbəkələrin uşaq psixologiyasını necə sürətlə deformasiyaya uğratdığını göstərən ciddi siqnaldır. Hadisələrin məkanı və üsulu fərqli olsa da, ana xətt azyaşlılar arasında aqressiya və qəddarlığın yayılma təhlükəsidir. 

Virtual aləmdəki kriminal “qəhrəmanlıq” obrazlarının real həyata daşınması, məktəb mühitində şiddətin baş verməsi tendensiyanın sadəcə başlanğıcıdır. Sərhədlərini aşan süni intellekt və nəzarətsiz sosial media alqoritmləri uşaqların reallıq hissini və bəşəri duyğularını tamamilə itirməsinə səbəb olur. Azərbaycan üçün xarakterik olmayan bu cür hadisələr nəzarətdən çıxmış sosial şəbəkə bataqlığının milli ailə institutumuza, dəyərlərimizə vurduğu ən ağır zərbədir. 

Müasir süni intellekt alətləri ilə yaradılan və sosial platformatlarda sürətlə tirajlanan videolar uşaqları zorakılıq və cinayət elementləri ilə qarşı-qarşıya qoyur. Zamanla qanunsuz olan hərəkət “normal hal” kimi qəbul edilir və qəhrəmanlıq anlayışı fiziki güclə, silahla eyniləşdirilir. “Facebook” və “YouTube” kimi nəhəng şəbəkələr uşaqları qorumaq üçün yaş məhdudiyyəti və valideyn nəzarəti funksiyaları tətbiq etsələr də, nəticə dəyişmir. Valideynin qadağasına rəğmən, uşaqlar başqa telefonlar, uydurma profillər vasitəsilə zərərli kontentlərə rahatlıqla daxil ola bilirlər. 

Heç bir ciddi filtrasiya olmadan yayılan qeyri-etik görüntülər, cinayətə təşviq edən çağırışlar, qumar oyunları xarakteri tam formalaşmamış uşaqların mənəviyyatını birbaşa hədəf alır. Bu baxımdan, gələcəyimiz üçün həyəcan təbilinin çalınmasının vaxtıdır. Beynəlxalq təcrübəni nəzərə alaraq, ölkəmizdə də kompleks tədbirlərin görülməsi zəruridir. Sosial şəbəkə platformalarının Azərbaycan nümayəndəlikləri qarşısında yaş filtrləri və zərərli məzmunun bloklanması ilə bağlı sərt tələblər qoyulmalıdır. Məktəblərdə təkcə informatika deyil, “rəqəmsal təhlükəsizlik və etika” dərsləri keçirilməli, dərslər zamanı telefon istifadəsi tam qadağan edilməlidir. Şagirdlərə virtual aləmlə real aləmin sərhədləri izah olunmalıdır. Ən əsası isə məktəb psixoloqlarının fəaliyyəti formal xarakter almamalıdır. 

Daha yaxşı olar ki, uşaqlarımızın virtual aləmdə tapdığı “adrenalin” idman, incəsənət və ya digər sosial dərnəklərlə əvəz olunsun. Valideynlər “uşaq evdədir, gözümün qabağındadır” düşüncəsindən uzaq durmalıdırlar. Çünki uşaqların əlindəki smartfon onlara bütün dünyanı maneəsiz “gəzdirir”, qaranlıq məkanlara “aparır”. Uşaqlarımızı silahlardan qoruduğumuz kimi nəzarətsiz informasiya axınından da qorumalıyıq. Dövlət, məktəb və ailə üçbucağı şəklində vahid qalxan yaratmasaq, texnologiya uşaqlarımızı yoldan çıxartmağa davam edəcək. Vaxt itirmədən hərəkətə keçmək hər birimizin həm vətəndaşlıq, həm də vicdan borcudur. 

Dünyanın müxtəlif ölkələri artıq bu məsələ ilə bağlı sərt qanunlar qəbul edirlər. Avstraliya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini tamamilə qadağan edən qanun layihəsi üzərində işləyir. Fransa “rəqəmsal yetkinlik” yaşını 15 olaraq müəyyənləşdirib. Çin  “gənclik rejimi” tətbiq edərək uşaqlar üçün oyun və sosial media vaxtını gündəlik 40 dəqiqə ilə məhdudlaşdırıb, gecə saatlarında isə giriş bağlanır. ABŞ-də 14 yaşdan aşağı uşaqların sosial media hesabı açmasını qadağan edən qanun qəbul edilib. Amma problemin həlli yalnız qadağalarla deyil, sistemli yanaşma ilə mümkündür. 

Sosial şəbəkələr müasir dövrün təhlükəli “küçələridir”. Uşaqlarımızı gecə vaxtı təkbaşına təhlükəli küçəyə buraxmadığımız kimi onları öz əlimizlə internetin ölümcül quyularına da atmamalıyıq. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!