26 Fevral 2021 18:54
945
Mədəniyyət
A- A+
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub

 

Fevralın 26-da Bakı Kitab Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazası təqdim edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, Xocalı soyqırımı özlüyündə daha qlobal və bəşəri hadisədir: “Şanlı Azərbaycan Ordusu və xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 gün davam edən Vətən müharibəsi dövründə Qarabağ münaqişəsini həll edərək tarixə qovuşdursa da, Xocalıya ədalət savaşı hələ də davam edir. Düşünürük ki, bu proses ədalət öz yerini tapana və Xocalı cinayətkarları hüquqi cəzalarının alana qədər davam etdirilməli, Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətə hüquqi qiymət verilməli, cinayətkarlar məsuliyyətə cəlb olunmalı, bəşəriyyət tərəfindən lənətlənən cinayətlər sırasına Xocalı soyqırımı da əlavə edilməli və gələcək nəsillərə çatdırılmalıdır”.

Bu istiqamətdə erməni vandalizminin bariz nümunəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Fondunun dəstəyi ilə dövlət sənədlərinə, beynəlxalq və yerli müəlliflərə, soyqırımı dövründə beynəlxalq mediada yer alan xəbərlərə, Xocalı qurbanlarının şahidlərinin ifadələrinə və nəhayət, soyqırımında rol oynayan erməni vandallarının öz çıxış və etiraflarına istinad edərək “Khojaly Today” akademik resurs bazasının yaradılmasının təqdirəlayiq hadisə adlandıran G.Anarqızı deyib: “Qloballaşan dünyada əsas istinad edilən mənbələrin internet məlumat bazalarının olduğunu nəzərə alaraq “Khojaly Today” akademik resurs bazasının yaradılmasının, bu günə qədər Xocalı soyqırımı ilə bağlı faktların, fotoların, videoların, məqalə və kitabların orada yerləşdirilməsi, dünyanın bütün kitabxanalarında və kitab evlərində akademik mənbə kimi təqdim edilməsi və qeydiyyatdan keçirilməsi Xocalıya ədalət savaşının hüquqi qiymət alması istiqamətində mühüm rol oynayacağına və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı istiqamətində hər hansı resurs arayışı fonunda önəmli yer tutacağına inanırıq”.

Sonra Berlin Humboldt Universitetin doktorantı, saytın qurucu komandasının koordinatoru Şamxal Əbilov www.khojalytoday.com akademik resurs bazası haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması məqsədilə yaradılan resurs bazasında Xocalı faciəsinə aid rəsmi sənədlər, beynəlxalq və yerli müəlliflərin akademik yazıları, bu barədə beynəlxalq mediada yayımlanan materiallar, soyqırımı şahidlərinin ifadələri toplanıb. Elektron baza tədqiqatçılar, tələbələr və Xocalı haqqında məlumat əldə etmək istəyən müxtəlif şəxslər üçün ümumiləşdirilmiş mənbə rolunu oynayır.

“Xocalı xarici mediada” bölümündə soyqırımın baş verdiyi dövrdə xarici jurnalistlər tərəfindən qələmə alınan və dünyanın bir çox aparıcı media səhifələrində nəşr edilən xəbərlər yer alıb.

“Resurs” bölməsində videoçarxlar və sənədli filmlərlə yanaşı, Xocalı soyqırımını əhatə edən, beynəlxalq və yerli müəlliflər tərəfindən qələmə alınan akademik kitablar, elmi məqalələr, xarici fotoqraflar tərəfindən lentə alınmış və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən fotolar, hadisəyə dair şahid ifadələri, soyqırımı pisləyən və qarşısının alınmasına yönələn konvensiya və müqavilələr yer alır.

Qeyd edib ki, bu günədək bir çox ölkələr Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini bəyan edən qətnamələr qəbul edib, bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidələr qoyulub. www.khojalytoday.com resurs bazasının “Beynəlxalq dəstək” bölməsində məhz buna yer verilib.

“Resurs” bazası, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi tərəfləri ilə, ermənilərin 30 ilə yaxın müddətdə işğal dövründə həmin ərazilərdə mədəni irsimizə və təbii sərvətlərimizə qarşı apardıqları vandalizm siyasətinə dair materiallarla tanış olmağa imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!