19 Aprel 2024 14:01
178
İQTİSADİYYAT
A- A+

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”ni nəzərə alaraq bir neçə mövzuda ekoloji auditin keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.

O, cari il Qanunla nəzərdə tutulan vəzifələrlə yanaşı, planlaşdırılan bəzi tədbirlər haqqında da məlumat verib. Palata sədri deyib ki, bu il Türkiyə Ali Audit Orqanı ilə 2 mövzuda paralel auditi, COP29 tədbirində həmkar AAO-ların iştirakının təşkilini və iqlim fəaliyyətinin qiymətləndirilməsinə AAO-ların cəlb edilməsi məsələlərinin müzakirə edilməsi, məsafədən auditlə bağlı proqram təminatının hazırlanması işlərinə başlanılması, ASOSAI-nin maliyyə hesabatlarının auditinin keçirilməsi kimi tədbirlər nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video